14-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

TOVUZDAKI DƏHŞƏTLİ QƏTLİN YENİ TƏFƏRRÜATLARI – “Boğub öldürüblər…”

03 Mart 2018, 12:27
Uncategorized
A A
TOVUZDAKI DƏHŞƏTLİ QƏTLİN YENİ TƏFƏRRÜATLARI – “Boğub öldürüblər…”

Qatillərin Ramiz Mirzəyevin bacısının evinə necə girdikləri haqda versiyalar var

Tovuz rayonunda baş vermiş dəhşətli hadisədən 1 həftə ötür. Fevralın 24-də səhər 9 radələrində rayon mərkəzindəki Mərdan Musayev küçəsində yerləşən, Tovuz şəhər sakini, 1945-ci il təvəllüdlü Fərman Qoca oğlu Məmmədova məxsus ümumi sahəsi 320 kv/m olan 2 mərtəbəli 7 otaqdan ibarət evin birinci mərtəbəsindəki otaqlardan birində yanğın baş verib.Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub, çarpayı və divandan başlayan yanğın söndürülüb. Araşdırma zamanı ev sahibi və onun həyat yoldaşı, 1950-ci il təvəllüdlü Pakizə Şəmşad qızı Mirzəyevanın yanaraq öldükləri məlum olub. Sonrakı araşdırmalar isə ər-arvadın yanğından əvvəl qətlə yetirildiyini ortaya qoyub.
RAMIZMəhkəmə tibbi ekspertiza zamanı mərhumların bədənləri üzərində küt alətlə yetirilən xəsarət izləri müəyyən edilib. Fərman Məmmədovun boğazında kəndirlə boğulmaya xarakterik olan stranqulasiya şarımı müəyyən olunub. Bu xəsarətlər isə onu deməyə əsas verib ki, ər-arvadın ölümünün səbəbi yanğınla əlaqəli deyil, onlar yanğından əvvəl qətlə yetiriliblər. Evdə yanğın isə qətlin ört-basdır edilməsi üçün törədilib. Meyiti yandırılan Pakizə Mirzəyeva AFFA-nin keçmiş prezidenti Ramiz Mirzəyevinbacısıdır. O, ölümünə qədər Tovuz rayon poliklinikasında həkim işləyib.
Qətllə bağlı ehtimallardan biri budur ki, Pakizə Mirzəyevanın yaşadığı ünvanın qapısını özünü xəstə yaxını kimi təqdim edən bir şəxs döyüb. Versiyaya görə, qapını Pakizə Mirzəyevanın həyat yoldaşı Fərman Məmmədov açıb. İstintaqın qənaətinə görə, həmin vaxt evə bir neçə maskalı şəxs soxulub. Fərman Məmmədov həmin şəxslərə müqavimət göstərməyə çalışıb, lakin onu boğub öldürüblər.

Ramiz Mirzəyevin bacısının evi ile ilgili görsel sonucu

Bundan sonra mənzildə olan Pakizə Mirzəyevaya hücum ediblər. Yenə də versiyalara görə, qadın onlara müqavimət göstərib, hətta “çağırılmamış qonaqlara” külqabı atdığı bildirilir. Belə iddialar var ki, dəstə üzvləri Pakizə Mirzəyevaya əzab verməklə ondan pulların və qızılların yerini soruşublar. Qadın onlara heç nə deməyib. Maskalılar isə ona inanmayıblar. Qadına xəsarət yetirib, əl-qolunu, ayaqlarını “skoç”la bağlayıblar. Evin altını üstünə çeviriblər. Lakin axtardıqları qızıl-zinət əşyalarını tapa bilməyiblər. Belə məlumatlar da var ki, istintaqçılar hadisə baş verən evin həyətində axtarış aparan zaman bağçadan torpağa basdırılmış seyf aşkar ediblər.

İstintaqa yaxın mənbələrdən redaksiyamıza daxil olan digər bir məlumatda deyilir ki, P.Mirzəyevanın tibbi müayinəsi keçirilərkən onun dırnaqlarının altında mümkün qatilinin dərisinin nümunələri götürülüb. Bu, istintaqçılara belə nəticəyə gəlməyə əsas verib ki, qadın mümkün qatili ilə ölümündən əvvəl süpürləşib, ona müqavimət göstərib, üzünə, qoluna cırmaq atıb. Həmin vaxt qatilin dərisi qadının dırnaqlarının altına dolub. Həmin nümunələr sonrakı təhqiqatlar üçün istintaqa təqdim edilib. Ev tam yanmadığından istintaqçılar əl-barmaq izləri də götürə biliblər.

anarDəstə üzvlərinin yaxınlarda müəyyən ediləcəyi gözlənilir. Bundan başqa, dəstənin hadisə yerinə nömrələri saxta olan “Range Rover” markalı maşınla gəlmələri haqda da məlumatlar var. İstintaq digər bir versiya üzərində də işləyir. Belə ehtimallar var ki, ər-arvad qisas məqsədi ilə də öldürülə bilər. Qeyd edək ki, bu, Mirzəyevlərlə bağlı son 1 ildə baş vermiş 3-cü dəhşətli hadisədir. Belə ki, mərhum Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev 15 gün öncə Sabirabadda yol qəzasında həlak olmuşdu. Keçmiş AFFA prezidentinin qardaşı oğlu Orxan Mirzəyev isə ötən ilin yayında Hacıqabulda Hacıqabulda “Toyota Land Cruiser”in aşması nəticəsində həlak olmuşdu.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda ile ilgili görsel sonucu

Tovuzda qətldən dolayı dolaşan xəbərlərdə deyilir ki, Pakizə Məmmədovanın rayonda qızıl-zinət əşyaları satan şəxslərlə və valyuta alverçiləri ilə münasibətləri olub. Belə məlumatlar da var ki, P.Məmmədova qızıl-zinət əşyalarını satanlara tez-tez müraciətlər edib, ara-sıra onlara külli miqdarda borc da verib. Ehtimal edilir ki, basqınçılar da bu haqda məlumatlı olublar. Hazırda ikiqat qətl işi ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tovuz Rayon Prokurorluğu ile ilgili görsel sonucu

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb(musavat.com).

Əvvəlki yazı

Afrində tarixi qələbə: Raco azad edildi – Təcili

Sonrakı yazı

Narkoloji Mərkəzdə həlak olanlardan 9-nun meyiti ailələrinə təhvil verilib

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.