19-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Tovuzdakı dəhşətli “Nərmin cinayəti”lə bağlı yeni – Detallar

12 İyun 2020, 14:38
Manşet
A A
Tovuzdakı dəhşətli “Nərmin cinayəti”lə bağlı yeni – Detallar

Azərbaycanda böyük rezonans dorğuran “Nərmin cinayəti”lə bağlı yeni məlumatlar var.

bu barədə 2019-cu ilin noyabrında Tovuzun Dondar Quşçu kəndində itkin düşən, 2020-ci ilin ilin yanvarında yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın valideynləri məlumat veriblər.

N.Quliyevanın anası Aliyə Quliyeva saytımıza bildirib ki, övladının qatili İlkin Süleymanovdur:

“Mənim balamı öldürən İlkindir. Yayılan səs yazıları, “Youtube”a yerləşdirilən videoların hamısı onun qohum-əqrəbasının işləridir. Onlar bununla özlərini müdafiə etdiklərini düşünürlər. Amma vaxtında, bu işi biləndə uşağımı gətirib verərdilər. İndi hər şey üçün gecdir”.

Nərmin Quliyevanın atası Şərif Quliyev deyib ki, dövlətin, qanunun verəcəyi qərarlara gözləyirlər:

“Bizim başqa söykənəcəyimiz bir şey yoxdur. Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalara inanırıq. O yayılan səs yazısı da araşdırıldı. Məlum oldu ki, bunu İlkinin qohumları onu təmizə çıxarmaq üçün edirlər. Hətta şayiə yayırlar ki, guya bizə dövlət pul verir, yardım verir. Ağıllarına gələni danışırlar. Çünki bilirlər ki, İlkin günahkardır.

Nərmin rəhmətə gedəndə iş adamları bizə dəstək oldular, bunu danmaq olmaz, çox sağ olsunlar. Amma demək ki, bizə dövlət tərəfindən yardım edilir və s. ağ yalandır. İlkinin ailəsinin çalışdığı odur ki, biz onlardan şikayətçi olmayaq və o azadlığa çıxsın. Amma onu biz şikayət etməmişik, hüquq-mühafizə orqanları araşdırıb tapıb təqsirkarı.

O səs yazılarını da özləri yaymışdı. 1 həftə əvvəl “Youtube”da İlkinin atası, qardaşı və əmisi oğlunun yaydığı videoda deyir ki, “Nərminin qəbri açılıb”. Əgər düzgün adamlardırlarsa, qoy desinlər bunu kim deyib. Axı belə bir şey yoxdur. Mənim övladımın qəbri açılsa, birinci mənim icazəm olmalıdır, ekspertiza, hüquq-mühafizə orqanlarının qərarı olmalıdır. Bütün ekspertizalar aparılıbsa, qəbir niyə yenidən açılsın?!

Niyə mənim balamın ruhunu incidirlər! O videodan sonra uşağın qəbrinin videosunu da göndərdim Baş Prokurorluğa. İlkinin ailəsinin istədiyi yalnız və yalnız izi itirməkdir. Amma ata kimi mənim ürəyim yanır. Hər gün balamın yandırıldığı yerdən keçirəm. Bunu sözlə ifadə etməkdə acizəm. Allah heç kimə bala dərdi çəkdirməsin. Mənə çəkdirənlərin cəzasını qanunlarımızın verəcəyindən əminəm”.

Ş.Quliyev deyib ki, yaxın günlərdə Bakıya gələcək:

“Bir neçə gün əvvəl İlkinin qapalı məhkəməsi keçirilib, heç bir məluamtımız yoxdur. Bakıya gəlməkdə məqsədim bununla bağlı Baş Prokuroluğa gedib, məlumat almaqdır”.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Daha sonra İ.Süleymanov etirafa məcbur edildiyini iddia edib. Onun vəkilləri bununla bağlı Baş Prokurorluğa şikayət edib və buna görə məsuliyyət daşıyan vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını istəyib. Lakin Baş prokurorun sabiq I müavini Rüstəm Usubov şikayətin əsassız olması, buna görə də cinayət işi başlanmasının rədd olunması ilə bağlı qərar verib. Müdafiçilər həmin qərarın ləğvi üçün bir neçə gün əvvəl məhkəməyə müraciət ediblər. Həmin şikayatə iyunun 3-də Səbail rayon Məhkəməsində baxılıb. Qapalı keçirilən məhkəmə iclasına İlkin Süleymanovun özü də gətirilib.

Əvvəlki yazı

Vergini aldatdı, 4,5 milyon ödəyəcək – Foto

Sonrakı yazı

Deputatdan nazirə: “Sizin günahınız olmayıbmı?”

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.