19-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Tovuzda şəhid Orxan Hümmətova həsr olunmuş “Qızılqaya qartalı” kitabının təqdimatı keçirilib

23 May 2019, 12:51
Gündəm
A A
Tovuzda şəhid Orxan Hümmətova həsr olunmuş “Qızılqaya qartalı” kitabının təqdimatı keçirilib

Tovuz rayonunda şəhid zabitimiz Orxan Hümmətova həsr olunmuş “Qızılqaya qartalı” kitabının təqdimatında kitabın ön sözünün müəllifi və kitabın çapına dəstək göstərmiş Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri, millət vəkili Qənirə Paşayeva çıxış edib və gənclərimizi qəhrəman şəhidlərimizin vətənpərvərliyindən örnək almağa çağırıb.

Tovuzun Qaraxanlı kəndində böyüyüb, boya-başa çatmış şəhid zabitimiz Orxan Hümmətova həsr edilmiş və şair-publisistlər Çingiz Qəribli ilə Ramiz Çıraqlı tərəfindən qələmə alınmış “Qızılqaya qartalı” kitabının Tovuz rayonununda təqdimatı keçirilib. Kitabda zabit Orxan Hümmətovun həyat yolundan bəhs edən sənədli povest və xatirələr toplanıb. Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, kitabın ön sözünün müəllifi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri, millət vəkili Qənirə Paşayeva, kitabın müəllifləri, şəhidin ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Tədbirdə çıxış edən Tovuz rayon İcra Hakimiyyətinin başçısı M.Məmmədov şəhid zabitimiz O.Hümmətov haqqında fikirlərini bölüşüb, dövlətimizin, cənab Prezident İlham Əliyevin və 1-ci vitse-prezident Mehriban Əliyevanın hər zaman şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb və bu cür tədbirlərin gənclərimiz üçün önəmini xüsusi vurğulayıb. Şəhid zabitimiz Orxan Hümmətova həsr olunmuş “Qızılqaya qartalı” kitabının təqdimatında kitabın ön sözünün müəllifi və kitabın çapına dəstək göstərmiş Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri, millət vəkili Q.Paşayeva çıxış edərək şəhid zabitimiz O.Hümmətovu yaxından tanıdğını, onun hərbi məktəbə böyük həvəs və istəklə daxil olması, yaxşı hərbçi olmaq üçün daim öz üzərində çalışması, işğal altında olan torpaqlarımızın işğaldan azad edilməsində iştirak etmək istəyi, ən böyük arzusunun torpaqlarımızın işğaldan azad görmək olması, keçdiyi həyat yolu barədə geniş danışıb, gənc nəsillərimizin bu cür qəhrəman şəhidlərimizi yaxından tanımaları üçün bu cür kitabların və tədbirlərin keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Kitabın müəlliflərinə təşəkkürünü bildirən Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri, millət vəkili Q.Paşayeva bu cür kitabların nəşrinə və təbliğinə dəstək verməyimiz bizim vəzifəmizdir deyib.Millət vəkili Q.Paşayeva bildirdi ki, şəhid zabitimiz O.Hümmətovun şəhid olduqdan sonra ailəsini ziyarəti, görüşü zamanı ondan şəhidimiz haqqından kitabın yazılması və anım tədbirinin keçirilməsi xahişi edilmişdir: “Biz o zaman söylədik ki, Vətənimizin tarixi və insanlarımızın qəlbində yaşayacaq bütün dəyərli şəhidlərimiz, o cümlədən Orxan Hümmətov heç bir zaman unudulmayacaq, onun haqqında kitab yazılacaq və anım tədbiri keçiriləcəkdir”, – millət vəkili dedi.

Tovuz rayon icra hakimiyyətinə, Gənclər evinə və özəlliklə bu tədbirdə iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva bu kitabın məktəblərə, gənclər evlərinə, kitabxanalara pulsuz təqdim ediləcəyini deyib və bu kitabın insanlarımız, özəlliklə gənclrimizdə vətənpərvərlik duyğusunun güclənməsinə öz kiçik töhfəsini verəcəyinə inandığını deyib. Millət vəkili Q.Paşayeva bildirib ki, hər bir azərbaycanlının, o cümlədən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan dəyərli şəhidlərimizin ən böyük arzusu işğal altında olan bütün torpaqlarımızın işğaldan azad edilməsidir. İnşallah bu kimi tədbirləri Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər gözəl guşələrimizdə keçirək deyib. Dövlət başçımızın və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə göstərdiyi diqqət və qayğını xüsusi vurğulayan deyən millət vəkili Q.Paşayeva hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz deyib. Tədbirdə iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri M.Qurbanlı çıxış edərək Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuzun güclənməsi, torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində görülən işlər barədə geniş danışıb, gənclərimiz arasında vətənpərvərlik ruhunun güclənməsi istiqamətində bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib, rəhbərlik etdiyi qurumun hər zaman bu kimi tədbirlərin, layihələrin həyata keçirilməsinə dəstək olduğunu və dəstək göstərməyə hazır olduğunu qeyd edib. Kitabın həmmüəlliflərindən olan şair-publisist Ramiz Çıraqlı çıxış edərək bu cür tədbirin keçirilməsinə dəstək göstərilməsinə görə təşəkkürünün bildirib və dəyərli şəhidlərimiz haqqında kitabların yazılması istiqamətində işləri davam etdirəcəklərini bildirib.

Tovuz rayon Ağsaqqallar Şurasının sədri İsa Cavadov, rayon Qarabağ müharibəsi əlilləri, şəhid ailələri ictimai birliyinin sədri Əli Əliyev çıxış edərək bu kimi tədbirlərin keçirilməsinin önəmi ilə bağlı fikirlərini bölüşüblər. Şəhid zabitimiz Orxan Hümmətovun atası Bayram Hümmətov çıxış edərək belə bir kitabın yazılması və tədbirin keçirilməsinə görə təşəkkürünü bildirib, Vətənimiz üçün canından keçən oğlu ilə qürur duyduğunu deyib, hər zaman Vətənimiz üçün canından keçməyə hazır olduğunu deyib və şəhidimiz O.Hümmətovun son illər istifadə etdiyi qələmini millət vəkili Q.Paşayevaya hədiyyə edib. Tədbirdən sonra Tovuz rayon icra başçısı M.Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri və millət vəkili Q.Paşayeva şəhid zabitimiz O.Hümmətovun ailə üzvləri ilə də görüşüblər. Qeyd edək ki, şəhid zabitimiz O.Hümmətova həsr olunan “Qızılqaya qartalı” Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB və “CBS” nəşriyyatının dəstəyilə nəşr olunub.

Millət vəkili Q.Paşayevanın tədbirdə çıxış videosunun linkini burdan izləyə bilərsiniz.

Əvvəlki yazı

Ramil Usubov polkovnik-leytenantı işdən çıxardı

Sonrakı yazı

“Biabırçı cinayət törətmiş Ramil Səfərovun…” – Jurnalistin paylaşımı etiraza səbəb oldu

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.