
Tovuz rayonunda güllələnən sabiq məhkəmə sədri xəstəxanada ölüb. Report xəbər verir ki, rayon sakini, 1963-cü il təvəllüdlü Ələkbərov Firudin Muxtar oğlunu həmyerlisi, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu güllələyib.
F.Ələkbərli 3 güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən Ə.Şəmiyev polis tərəfindən saxlanılıb.