09-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Tovuzda bu sahələrdə yaşanan problemlərlə bağlı müraciətlər edildi

20 Avqust 2020, 12:39
Cəmiyyət
A A
Tovuzda bu sahələrdə yaşanan problemlərlə bağlı müraciətlər edildi

Millət vəkili Qənirə Paşayeva Mədəniyyət nazirinin birinci müavini və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri ilə Tovuzda bu sahələrdə yaşanan bir sıra problemlərlə bağlı müzakirələr aparıb. Millət vəkili Qənirə Paşayeva Mədəniyyət nazirinin birinci müavini Anar Kərimovla görüşüb: “Milli Məclisin Mədəniyyət komitəsinin sədri olaraq Mədəniyyət nazirinin birinci müavini Anar Kərimovla görüşdüm və geniş müzakirələrimiz oldu. Mədəniyyət sahəsində öz həllini gözləyən bir sıra vacib problemlər, Mədəniyyət komitəsinin iş planında və müzakirəsində olan bir sıra vacib qanun layihələri, bölgələrimizdəki bir sıra tarixi-mədəni abidələrimiz, kino və teatr sahəsindəki vəziyyət, sənət adamlarının müəllif hüquqları ilə bağlı ortaya çıxan problemlər və bir çox məsələlər ətrafında çox geniş, faydalı müzakirələr oldu. Eyni zamanda millət vəkili seçildiyim Tovuz rayonunda bir neçə ay əvvəl tikilərək istifadəyə verilmiş Aşıq Hüseyn Bozalqanlı adına Aşıq muzeyi, Tarix-Diyarşünaslıq muzeyi, Dövlət Rəmzləri muzeylərinin hələ də elektrik enerjisi ilə təmin olunmaması, problemin nazirliklə bu məsələyə cavabdeh qurumlar arasında ciddi müzakirə olunması və həllini tapmasının vacibliyi, həmin muzeylərdə kadr çatışmazlığı problemlərini Anar müəllimin diqqətinə çatdıraraq qısa zamanda bu məsələlərə diqqət göstərməsini xahiş etdim. Hörmətli Anar müəllimə çox təşəkkür edirəm ki, istər mədəniyyət sahəsi ilə bağlı, istərsə də Tovuzla bağlı qaldırdığım məsələləri diqqətlə dinlədi və ciddi addımlar atılacağını bildirdi. Mədəniyyətimizin qorunması, onun inkişafı dövlətimizin, cənab Prezidentimizin siyasətində, birinci vitse Prezidentimiz Mehriban xanım Əliyevanın fəaliyyətində ən vacib məsələlərdən biridir. İnanırıq ki, Mədəniyyət nazirliyində başlayan islahatlar sürətlə davam edəcək, bu sahədə həllini gözləyən problemlərin həlli istiqamətində önəmli işlər görüləcək və bu sahənin inkişafında, mədəniyyətimizin dünyada təbliğinin genişləndirilməsində daha böyük uğurlara nail olunacaq. Anar müəllimi Mədəniyyət nazirinin birinci müavini təyin olunması münasibətilə təbrik etdik, ona uğurlar dilədik və Milli Məclisin Mədəniyyət komitəsi olaraq mədəniyyət sahəsinin inkişafı ilə bağlı bütün məsələlərdə hər zaman dəstək olacağımızı bildirdim.” Millət vəkili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva eyni zamanda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə də görüşüb: “Millət vəkili seçildiyim Tovuz rayonunda rabitə, internetlə təminat və nəqliyyat sahəsində yaşanan bəzi problemlərlə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə görüşdük və geniş fikir mübadiləsi apardıq. COVİD-19 pandemiyası dövründə online təhsilə keçmək məcburiyyətində qalan müəllim və şagirdlərimizin kəndlərimizdə internet təminatı ilə bağlı üzləşdiyi problemlərlə bağlı da müzakirələr aparıldı. Hörmətli Ramin müəllimə çox təşəkkür edirəm ki, Tovuz rayon sakinlərimizin qaldırdığı bir sıra problemlərlə bağlı müraciətlərimizi diqqətlə və həssaslıqla dinlədi, həlli istiqamətində daha sürətli addımların atılacağını bildirdi. Ramin müəllim son dövrlərdə nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində görülən işlər, əldə edilən uğurlar barədə də məlumatlar verdi. O bildirdi ki, bölgələrimizdə də rabitə və nəqliyyat sahəsində, eyni zamanda internetlə təminat imkanlarının kənd rayonlarında daha da genişləndirilməsi istiqamətində həyata keçirilən layihələrin sayı çoxalacaq.”

Əvvəlki yazı

Kürdəmirin həbs edilən başçısına rəsmi – İttiham

Sonrakı yazı

“Vəziyyət gərgindir” – Gülər Əhmədova

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.