Bu gün Tovuzda 20-25 yaşlarında olduğu ehtimal edilən qız intihara cəhd edib.
Reportyor.info-nın məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində, Tovuz çayının üzərində yerləşən körpüdə qeydə alınıb.
Hələlik şəxsiyyəti məlum olmayan qız özünü körpüdən atıb. O, Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.