06-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Tovuz sakini:”Hər gün iş olmur. Olanda da 5-6 manata işləyirəm ödəyə bilmirəm, vurub öldürsünlər məni

01 Yanvar 2019, 14:24
Sosial
A A
Tovuz sakini:”Hər gün iş olmur. Olanda da 5-6 manata işləyirəm ödəyə bilmirəm, vurub öldürsünlər məni

Aqil Mirzəyev və övladları 

‘Bu gün-sabah oğlumu əsgər aparacaqlar, pul tapıb, onu əməliyyat etdirə bilmirəm”
Tovuz rayonu, Düzqırıqlı kənd sakini Aqil Mirzəyev şəraitli ev, ünvanlı sosial yardım, əmək fəaliyyəti ilə məşğul olmaq üçün normal iş yeri istəyir. Amma onun bu istəkləri arzu olaraq qalır.

Reportyor.info xəbər verir ki, bu sözləri Meydan TV-yə giley-güzar edən kənd sakini günəmuzd işlədiyini söyləyir. Onun sözlərinə görə, kommunal xərclər vəziyyəti daha da ağırlaşdırıb:
“Hər gün iş olmur. Olanda da 5-6 manata işləyirəm. Ən yaxşı halda, 8 manat pul verirlər. Qışda iş olmur, əkin-biçin yoxdur. Damın altında qırılıb, batırıq. 5-6 manatla beş adamdan ibarət külfəti dolandırmaq zülmdür. Qazpulu, işıqpulu da bir yandan evimizi yıxıb. Qazın sayğacı 55 manat yazıb. İşığın da üstündə 45 manat pul var. İşığı, qazı kəsəcəkləri ilə hədələyirlər. Hamısı bir-birinə qarışıb. Ödəyə bilmirəm, vurub, öldürsünlər məni. Neyləyim, çatdıra bilmirəm”.

Şikayətçi deyir ki, 13 yaşlı oğlunun səhhətində problem var, qasıq yırtığından əməliyyat olunmalıdır, amma pul yoxdur:
“Bu gün-sabah oğlumu əsgər aparacaqlar, pul tapıb, onu əməliyyat etdirə bilmirəm. Gələcəyin əsgəridir, imkanım da çatmır. Səhər dərsə yola salmışıq, məktəbdə sancılanıb, icazə alıb, evə gəlib. Uşaq bir ayda 3-4 dəfə möhkəm sancılanır”.

Bu azmış kimi, 2014-cü ildə Mirzəyevlər ailəsinə verilən 121 manat ünvanlı sosial yardım dayandırılıb. Ailə başçısı təkrar sosial yardım almaq məqsədilə elektron müraciıt edib:
“Elektron qeydiyyatdan keçdim, karta kimi almışdım. Hətta 206 manat sosial yardım yazılmışdı. Kartı bankomata saldım, həmin dəqiqə telefona mesaj gəldi ki, sizin sosial yardımınız müvəqqəti olaraq dayandırılıb. İmtina məktubunda göstərilmişdi ki, guya Vergilər Nazirliyindən qeydiyyatdan keçmişəm, hətta 12 ay vergi ödəməmişəm. Fəhlə adamam, mənimki yer belləməkdir, sahibkarlıq nədir, bilmirəm. Sosiala imtina cavabı gələndə, VÖEN-i bağlatdırdım. Bu, 2016-cı ildə olub”.
Çarəsiz qalan Aqil Mirzəyev yenidən ünvanlı sosial yardım alacağına ümid edir. Təkrar onlayn müraciət etməyi düşünür, lakin yenə imtina cavabı alacağından qorxur:
“Dövlətim mənə kömək etsəydi, uşaqlarımı bir yana çıxarardım, əkinçiliklə məşğul olardım. Beş nəfər adam bir otaqda qalmışıq. İmkanım yoxdur ki, əlavə bir otaq da tikdirim. Mal-qaranı almağa da pul lazımdır, gərək tövlən ola. İmkanım olsa, tövlə yerinə otaq tikdirərəm. Əkinçilk üçün də toxum almağa imkanım yoxdur. Fəhlə işi ilə birtəhər girələnirəm. Çox xahiş edirəm, mənə ünvanlı sosial yardım ayrılsın, övladlarımı dolandırım”

Məsələ ilə bağlı Vergilər Nazirliyi Meydan TV-nin sorğusunu cavablandırıb:
“Mirzəyev Aqil Oqtay oğlunun heç bir vergi borcu yoxdur. Sistem göstərilən VÖEN altında ödəyici müəyyən etmir. Ümumiyyətlə, hər hansı bir şəxs VÖEN-ni bağlatdırıbsa, onun heç bir borcu ola bilməz.  Adətən, kimsə vergi uçotunu bağlayırsa, o zaman onun son borcu yoxlanılır, yalnız bundan sonra VÖEN bağlanır”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti isə göndərdiyimiz sorğunu cavabsız buraxıb. Mətbuat xidmətinin rəhbəri zənglərə cavab verməyib.

Əvvəlki yazı

Hərbi xidmətə çağırış başladı

Sonrakı yazı

“ƏN UĞURLU ƏMƏLİYYATLAR CASUSLARIN İFŞASIDIR…” – “Bunlar Mahmudov komandasının üzvləridir”

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.