“Tovuz məhbusları”na hökm oxunub. REPORTYOR.info xəbər verir ki, Samir Qurbanov 8 il, Babək Məmmədli 7 il, Amin Həsənov 7 il, Əflatun Bayramov 7 il, Tehran Qasımov 5 il, Orxan Qurbanov 2 il 6 ay, Cavid əmənov 2 il 6 ay, Ələddin İbişov 2 il 6 ay, Yusif İmanov 2 il 6 ay,
Elçin İsmayılov 2 il 6 ay, Şəhriyar Cabbarov 2 il 6 ay azadlıqdan məhrum edilib.
****
Bu gün “Tovuz məhbusları”na hökm oxunacağı gözlənilir. REPORTYOR.info xəbər verir ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmi proses keçirilir.
“Tovuz məhbusları” Cinayət Məcəlləsinin 167-3.1 (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma), 218.2 (cinayətkar birlikdə, mütəşəkkil dəstələrin birliyində iştirak), 214-1 (terroru maliyyələşdirmə) maddələrilə təqsirləndirilir.