10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Tovuz döyüşlərindən bir ayı: nə qazandıq?

13 Avqust 2020, 10:33
Seçmə
A A
Tovuz döyüşlərindən bir ayı: nə qazandıq?

Ermənilərin Tovuz rayonu istiqamətində 12-16 iyul tarixlərində törətdikləri hərbi təxribatlardan bir ay ötür. Azərbaycan tərəfi düşmənin xain hücumuna cavab verərkən Ermənistanın yüzə yaxın canlı qüvvəsini, çoxsaylı hərbi texnikasını məhv etdi. Düşmən bu dörd günlük savaşda qınına çəkilməyə məcbur edildi.

Azərbaycan tərəfdən bu döyüşlərdə 11 hərbçi şəhid, 1 mülki vətəndaş həlak oldu.

Bu təxribatlar törədilərkən Azərbaycan beynəlxalq aləmdə də Ermənistana sarsıdıcı zərbələr vurdu. Bu zərbələrin təsirindən düşmən hələ də özünə gələ bilməyib.

Bu döyüşlərdə dünyada yaşayan azərbaycanlılar dövlətimizin və ordumuzun yanında oldular. İyulun 14-də 50 mindən çox vətəndaşımızın Bakı küçələrinə axışması, eləcə də, şəhidlərimizin böyük insan kütlələrinin coşqusu, ehtiramı ilə son mənzilə yola salınmaları azərbaycanlıların torpaq itkisi ilə barışmadıqlarını, tezliklə ərazilərini işğaldan azad edəcəklərinin mesajları idi. Dünyanın bir çox dövlətlərindəki erməni səfirlikləri qarşısında soydaşlarımızın keçirdikləri aksiyaları da bu sıraya daxil etmək olar.

Eyni zamanda, Azərbaycan bu döyüşlərdə ən böyük beynəlxalq dəstəyi aldı. Qardaş Türkiyənin hərbi dəstək verəcəyini belə bəyan etməsi, iyulun 29-dan avqustun 12-nə qədər ölkəmizin əksər ərazilərində Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin keçirilməsi düşmənin yuxusunu ərşə çəkdi.

Tovuz döyüşlərində əldə edilən uğurların Azərbaycan üçün əhəmiyyəti böyükdür.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli: “Tovuz hadisələrinin siyasi, hərbi, mənəvi baxımından çox böyük əhəmiyyəti var. Ermənistan və onun arxasındakı güclər bir daha gördülər ki, Azərbaycan dövləti ilə hərbi dildə danışmaq olmaz, bu ölkənin güclü ordusu var, hər an qarşıya qoyulan məqsədləri gerçəkləşdirmək üçün güclü silahlı qüvvələrə malikdir. Tovuz döyüşlərində Ermənistan çox böyük itkilər verdi. Yüzə qədər hərbiçi və çoxlu sayda hərbi texnika itirdi. Nəticədə geri çəkilməyə başladı, qarşısına qoyulan heç bir tapşırığı yerinə yetirə bilmədi. Son 5 ayda pandemiyanın dünyanın əsas mövzusuna çevrilməsi tarixdə nadir hadisələrdən biridir. Belə bir hal yoxdur ki, davamlı olaraq beş ayda bir mövzu dünyanın əsas gündəmi olsun. Belə bir vəziyyətdə Azərbaycan xalqı səfərbər olaraq şəhidlərini dəfn etdi, gənclərimiz vətənpərvərlik şüarları ilə küçələrə axışdılar. Bundan əvvəlki bu cür hadisələrdən Tovuz hadisələrinin fərqi o oldu ki, dünya azərbaycanlıları hər yerdə birlik nümayiş etdirdilər, dünyanın aparıcı ölkələrində Ermənistan səfirliklərinin qarşısında etiraz aksiyaları keçirdilər, ordumuza və dövlətimizə dəstək ifadə etdilər. İlk dəfə xaricdə yaşayan azərbaycanlılar oradakı ermənilərlə üz-üzə gəldilər. Azərbaycan gəncliyi bütün müstəvilərdə ermənilərin layiqli cavabını verdi. İlk dəfə iş adamlarımız Rusiyada erməni mallarını satmaqdan imtina etdilər, erməni biznesmenlərinə layiqli cavab verdilər. Diasporumuz və iş adamlarımız ordumuzla həmrəy oldular. Həzi Aslanov, Məhəmməd Əsədov, İsmət Qayıbovdan sonra ilk dəfə Azərbaycan döyüş meydanında generalını-Polad Həşimovu itirdi. Xalqımız generalına böyük ehtiram göstərdi. Generalların əsgərləri ilə birlikdə döyüşməsinin hər kəs şahidi oldu.

Eyni zamanda, ilk dəfə qardaş Türkiyədən bu tərzdə dəstək gördük. Azərbaycana hər cür dəstəyin veriləcəyi ifadə edildi. Qardaş ölkənin parlamentindəki dörd partiya birlikdə bəyanat imzalayaraq, ölkəmizin haqq işini dəstəklədilər.

Bu da bir ilk idi. Azərbaycanla Türkiyənin birgə keçirdikləri böyük hərbi təlimləri də gördük. Tariximizə iki ölkə arasında ilk dəfə bu şəkildə keçirilən böyük təlimlər kimi düşdü. Cəmiyyətimiz buna çox böyük qiymət verdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dedi ki, 102 il öncə babalarımızın getdiyi yolu biz də getməyə hazırıq.

Nuru Paşaya işarə edirdi. Ermənistan və onun arxasındakı qüvvələrə bununla öz mesajını göndərdi. 2016-cı ilin aprel hadisələri kimi, indiki Tovuz hadisələrində də mediamız, QHT-lər, aparıcı siyasi partiyalar həmrəy oldular.

50-yə yaxın siyasi partiya vahid mövqedən çıxış etdi. Gənclərimiz cənab prezidentin çağırışına qoşularaq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdilər. Düzdür, ondan qabaq sosial şəbəkələrdə müraciətlər var idi. Amma bu rəsmi deyildi. Məhz dediyimiz vaxta qədər səfərbərliklə bağlı quruma 150 nəfər müraciət etmişdi.

Ali Baş Komandanımız konkret ünvan göstərdikdən sonra bir həftə ərzində 50 min insan müraciət etdi. Hətta qızlar belə müraciətlər etdilər. Gənclərimizin bu vətənpərvərliyi yüksək təqdirə layiqdir.  Ermənistanın bircə nicatı var. O da Azərbaycan torpaqlarını işğaldan azad etməkdir. Əks halda Azərbaycan qısa müddətdə hərbi əməliyyatları bərpa edib, torpaqlarını işğaldan azad edəcək.

Tovuz hadisələri beynəlxalq aləmdə Ermənistanın siyasətinin iflasa uğradığını bir daha göstərdi. Bu hadisələrdən sonra ordumuzun şəxsi heyətində mənəvi, psixoloji hazırlığı həddindən artıq yüksəlib. Böyük ruh yüksəkliyi yaranıb. Xalqımızın ordusunun arxasında necə dayandığını görürlər”.

Əvvəlki yazı

Deputat: “Nəcməddin Sadıkova qarşı düşünülmüş kampaniyadır”

Sonrakı yazı

Rafiq Aslanovun oğlunun avtomobil kolleksiyası – Foto

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.