18-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Torbasını tikək, çıxsın getsin…” – Məktəb direktoru rüşvəti belə yığır? + VİDEO

05 Oktyabr 2018, 22:41
Uncategorized
A A
“Torbasını tikək, çıxsın getsin…” – Məktəb direktoru rüşvəti belə yığır? + VİDEO

Cəlilabad rayonu, Günəşli kənd sakini Dadaşov Azad Adışirin oğlu təhsil naziri Ceyhun Bayramova şikayət məktubu yazdıb. Bizimyol.info xəbər verir ki, gənc müəllim məktubunda işlədiyi Cəlilabad rayonu, Alar kənd 2 saylı tam orta məktəbində ona və digər müəllimlərə qarşı qanunsuzluğa yol verildiyini iddia edib.

A.Dadaşov bildirib ki, məktəbin direktor əvəzi Təranə Mustafayeva kimə və ya kimlərəsə güvənərək məktəbi özünün şəxsi biznesinə çevirib: “Buna bariz numunə olaraq saymaqla bitməyən özbaşınalıqlardan bir neçəsini diqqətinizə çatdırıram. Direktor məktəbin gənc müəllimi, Biologiya fənnini tədris edən Hicran Ağayevanın 2015-ci ilin oktyabr ayından 3 illik analıq məzuniyyətinə çıxmasına baxmayaraq onun dərs saatlarını bu il vakansiyaya çıxarıb. Nəticədə həmin yer yerdəyişmə zamanı başqa bir müəllim tərəfindən tutulub. Nəticədə Təranə Mustafayeva özbaşınalıq edərək vəzifəsindən sui-istifadə etdiyinə görə Ağayeva Hicran İbadət qızını işsiz qoyub.

Əlavə olaraq qeyd edim ki, Təhsil Nazirliyinin 03.12.2015 tarixində mənə ünvanlandığı məktuba əsasən bildirilir ki, məktəbin keçmiş direktoru hazırda tədris işləri direktor müavini olan 70 yaşlı Coğrafiya müəllimi Əliyev Həsənağa işində yol verdiyi nöqsanlara görə onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilib. Lakin bizim direktorumuz Həsənağa Əliyevlə işbirliyinə girərək onunla müqavilə bağlaması azmış kimi, hətta qanunları daha da ciddi şəkildə pozaraq Coğrafiya fənninə aid olan dərs saatlarını Təhsil Nazirliyindən gizlədərək vakant kimi göstərməyib, həmin dərs saatlarını H.Əliyev üçün saxlayıb. Əslində, vakant verilməli olan Coğrafiya saatları olduğu halda məktəbin iki Riyaziyyat-İnformatika və bir Riyaziyyat fənnindən Diaqnostik Qiymətləndirmədən (DQ) keçmiş Fizika müəllimi olmasına baxmayaraq 45 saat Riyaziyyat saatından 12 saatını vakansiyaya çıxarıb”.
Azad Dadaşov məktubunda ona verilən dərs saatlarının azlığından ciddi şəkildə şikayətlənib: “Xususi olaraq bildirməliyəm ki, məktəbdə iki Riyaziyyat-İnformatika müəllimi olduğumuz halda direktor orta hesabla 75 saat Riyaziyyat-İnformatika dərsindən mənə cəmi 20 saat Riyaziyyat dərs yükü ayırıb, İnformatika saatlarından isə İnformatikadan DQ-dən keçməməyimi əsas gətirərək mənə 1 saat belə olsun İnformatika saatı verməyəcəyini bildirir. Lakin 12 saatlıq Riyaziyyatdan verilən vakant yerə gələn müəllimə İnformatika saatı verilir. Bu da növbəti qanun pozuntusudur”.

A.Dadaşovun nazirə məktubunda bildirilir ki, rüşvət istədiyi yerdə səs yazısı yayılan, buna görə də məktəbin direktorluğundan azad edilən sabiq direktor Lətif Seyfullayevə məktəbdə yeni vəzifə verilib: “Lətif Seyfullayevi Təranə xanım özünə müddətli müqavilə ilə Təlim–tərbiyə işləri üzrə müavin təyin edib ki, bu da təhsil sisteminə böyük bir ləkədir. Axı kollektiv içində müəllimi rüşvət üstündə açıq-aşkar şəxsiyyətinə xələl gətirən sözlərlə təhqir edən bir şəxs şagirdlərə hansı təlim-tərbiyəni verə bilər? Qeyd edim ki, bu rüşvət olayı ilə bağlı Prokrorluq orqanları heç bir münasibət bildirməyib”.

Cəlilabad rayonu, Günəşli kənd sakini Dadaşov Azad Adışirin oğlunun müraciəti əsasında Təhsil Nazirliyinə göndərilən informasiya sorğusunda cavab verilib.

Cavabda bildirilib: “Alar kənd 2 nömrəli tam orta məktəbin riyaziyyat-informatika müəllimi Dadaşov Azad Adışirin oğlunun müraciəti Cəlilabad rayon təhsil şöbəsi tərəfindən araşdırılıb. Məktubda sosial məzuniyyətdə olduğu qeyd olunan Ağayeva Hicran İbadət qızı hazırda həmin məktəbdə müəllim işləyir, 14 saat dərs yükü ilə təmin edilib. Məktəbin coğrafiya müəllimi Həsənağa Əliyev uzun müddət məktəbə rəhbərlik edib və kollektivdə xüsusi nüfuza malikdir. Diaqnostik qiymətləndirmədə 42 bal (ixtisas) topladığı nəzərə alınaraq onunla müddətli müqavilə bağlanılıb. Azad Dadaşov 2009-cu ildən həmin məktəbə riyaziyyat-informatika müəllimi təyin edilib . İnformatika fənni üzrə diaqnostik qiymətləndirmədə iştirak etmədiyi üçün informatika fənnindən dərs saatı ona verilməyib. 2017-2018-ci tədris ilində riyaziyyat fənni üzrə diaqnostik qiymətləndirmədə iştirak edərək 42 bal (ixtisas üzrə 26 bal) toplayıb. 2018-2019-cu tədris ilində Alar kənd 2 nömrəli tam orta məktəbdə dərs bölgüsü müəllimlərin diaqnostik qiymətləndirmə nəticəsinə uyğun olaraq proporsional qaydada aparılıb və A.Dadaşova 18 saat dərs yükü düşdüyü halda ehtiyacı nəzərə alınaraq 25 saat riyaziyyat dərsi verilib. İnformatika dərsləri həmin fənn üzrə diaqnostik qiymətləndirmədən keçmiş riyaziyyat-informatika müəllimi Əliyeva Aysel Əlixan qızına (12 saat) və Əsgərova İlahə Möhübbət qızına verilib.

Məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini Seyfullayev Lətif Məzahim oğlu 2013-cü ildən məktəbdə müddətsiz müqavilə ilə işləyir”.

Əvvəlki yazı

Ramil Usubov yeni polis rəisləri təyin etdi

Sonrakı yazı

Ermənistan müdafiə naziri Qarabağa gəlib əmr verdi

Aysun anasının həbs olunduğu gün məclisdə BELƏ GÖRÜNTÜLƏNDİ — VİDEO

Aysun anasının həbs olunduğu gün məclisdə BELƏ GÖRÜNTÜLƏNDİ — VİDEO

18 Avqust 2025, 11:56
Xarkovda matəm elan olunub

Xarkovda matəm elan olunub

18 Avqust 2025, 11:26
Rəqsanə apellyasiya şikayəti verdi

Rəqsanə apellyasiya şikayəti verdi

18 Avqust 2025, 11:20
Rüşvətxorluğa qarşı yeni dövlət standartı qəbul edildi

Rüşvətxorluğa qarşı yeni dövlət standartı qəbul edildi

18 Avqust 2025, 11:03
Odessa Vilayət Dövlət Administrasiyasının sədri SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum olduğunu təsdiqlədi

Odessa Vilayət Dövlət Administrasiyasının sədri SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum olduğunu təsdiqlədi

18 Avqust 2025, 11:02
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı – VİDEO

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı – VİDEO

18 Avqust 2025, 10:59
Ötən il Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı açıqlanıb

Ötən il Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı açıqlanıb

18 Avqust 2025, 10:57
Avqustda 4 bürcə sərvət axacaq

Avqustda 4 bürcə sərvət axacaq

18 Avqust 2025, 10:55
BDYPİ: Sükan arxasında mobil telefondan istifadə insan həyatını bir anın içində məhv edə biləcək məsuliyyətsizlikdir

BDYPİ: Sükan arxasında mobil telefondan istifadə insan həyatını bir anın içində məhv edə biləcək məsuliyyətsizlikdir

18 Avqust 2025, 10:54
Şahdağ Milli Parkı geyim alır

Şahdağ Milli Parkı geyim alır

18 Avqust 2025, 10:53
Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

16 Avqust 2025, 12:12
Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

16 Avqust 2025, 11:15
Trampdan görüşlə bağlı AÇIQLAMA

Tramp: “Razılığa gəlməmişik, lakin müəyyən irəliləyiş əldə etmişik”

16 Avqust 2025, 10:54
Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

16 Avqust 2025, 10:51
DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

16 Avqust 2025, 10:43
ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

16 Avqust 2025, 10:37
“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

16 Avqust 2025, 10:34
Messinin zədəsi sağalıb

Messinin zədəsi sağalıb

16 Avqust 2025, 10:31
Bu gün “Qafqazinfo”nun 15 yaşı tamam olur

Bu gün “Qafqazinfo”nun 15 yaşı tamam olur

16 Avqust 2025, 10:29
Goranboyda yanğına səbəb olan şəxs saxlanıldı

Goranboyda yanğına səbəb olan şəxs saxlanıldı

16 Avqust 2025, 10:26

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.