Əlikram Bayramov oğlu Qaliblə birgə Nanə Ağamalıyevanın aparıcısı olduğu “7 tamam” verilişinə çıxaraq, 2012-ci ilin avtomobilini 40 min dollara (təxminən 68 min manat) satmağa çalışıb.
Reporyor.info Bizim.media-ya istinadla xəbər verir ki, sözügedən məsələyə aparıcı və prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkə hesabında qalmaqallı şərh bildirib.
O yazıb: “Efirdə avtomobil alqı-satqısını da gördük. Bu nə deməkdir?! Bu nə düşüklükdür?! Sonra da hamısı səviyyədən danışırlar. Verilişinizdə “Maşın bazarı” açın, bəlkə alan olar? Bu milləti nə vaxta qədər avam yerinə qoyacaqsız?”