Yaponiyada yaşayan müsəlman icması Ramazan bayramını Tokio məscidində qarşılayıb. Paytaxt və ətraflarında yaşayan müxtəlif ölkələrdən yüzlərlə müsəlman bayram namazını qılmaq üçün səhər saatlarında Tokio məscidinə axışıb.
Sıx iştirak səbəbindən məscidin qarşısında insan növbəsi yarandığı halda, məscid dolu olduğu üçün bayram namazı iki dəfə qılınıb.
Müsəlmanlar namazdan sonra məscidin həyətində bayram keçirib və Fitr bayramının sevincini birlikdə yaşayıblar.