Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun cinayət işi üzrə məhkəmə iclası davam edirilib. Reportyor.info xəbər verir ki, məhkəmədə hökm oxunub, ona 4 il, 3 ay həbs cəzası verilib.
Məhkəmə həbsin ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsinə qərar verib.
Qeyd edək ki, ittihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir.