Belarus prezidentliyinə namizəd Svetlana Tixanovskaya ümummilli lider olmağa hazır olduğunu bildirib.
Reportyor.info xəbər verir ki, onun bu haqda video-mesajı LIFE Shot Telegram kanalında yerləşdirilib.
“Mən indi də, keşmişdə də heç bir illüziyam olmayıb və heç vaxt siyasətçi olmaq istəməmişəm”, – Tixanovskaya deyib və əlavə edib ki, o hadisələrin təbii axarı ilə birdən özünü etirazların ön xəttində görüb. Tixanovskaya etirazçıların cəsarətinə və təşkilatçılığına heyran olduğunu bildirib.
Prezidentliyə namizədin fikrincə, ən qısa müddətdə yeni prezident seçkilərinin təşkili üçün qanunvericilik bazası və şərait hazırlamaq lazımdır.
Videomüraciətində prezidentliyə namizəd səmimi şəkildə tövbə edən hökumət tərəfdarlarını qəbul etməyə söz verdi.
Xatırladaq ki, Tixanovskaya avqustun 11-də Belarusdan məcburən Litvaya getməyə məcbur olub. O, övladları ilə bağlı şantaj edilərək seçim qarşısında qaldığını vurğulayıb.