Kevin Darmody sonuncu dəfə şənbə günü görülüb.
Darmody Şimali Kvinslenddə duzlu su timsahlarının sıx məskunlaşdığı bir ərazidə balıq tuturdu.
Ərazidə axtarışlar iki gün davam edib.
Polisin bu müddət ərzində öldürdüyü iki böyük timsahdan birində insan hissələri tapılıb.
65 yaşlı Darmodinin təcrübəli balıqçı olduğu bildirilir.
Axtarış işlərinin cəmləşdiyi ərazidə 4,1 və 2,8 metr uzunluğunda iki yetkin timsah güllələnib.
Kevin Darmodinin bədən üzvləri ancaq timsahın mədəsindən çıxıb. Lakin vəhşi təbiət mütəxəssisləri Darmodinin bu iki heyvan tərəfindən birlikdə öldürüldüyünü düşünürlər.
Hadisə zamanı Darmodinin yanında olan balıqçı dostu yalnız bir qışqırıq və suya düşmə səsi eşitdiyini bildirib.
Con Peiti adlı bu şəxs “Qaçaraq gəldim, amma ondan əsər-əlamət yox idi. Onun yalnız sahildə əşyaları var idi” dedi.
class=”medianet-inline-adv”>
Darmodinin ölümü 1985-ci ildən bəri qeydə alınan 13-cü ölümdür.