02-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“The Washington Times” Azərbaycandan yazdı:”Dünyanın bu hissəsində sosial və siyasi sabitlik nadir haldır”

21 Mart 2019, 21:57
Seçmə
A A
“The Washington Times” Azərbaycandan yazdı:”Dünyanın bu hissəsində sosial və siyasi sabitlik nadir haldır”

ABŞ-da çıxan “The Washington Times” qəzetində amerikalı siyasi şərhçi, Beynəlxalq Münasibətlər Şurasının üzvü Monika Kroulinin Azərbaycanın iqtisadi və siyasi nailiyyətlərindən bəhs edən məqaləsi dərc olunub.

ABŞ şərhçilərindən ibarət nümayəndə heyətinin tərkibində bu yaxınlarda Bakıda olmuş M.Krouli yazır ki, ölkədə vüsət alan tikinti bumu 20 əsrin hüdudlarındakı Texası xatırladır. Lakin bu bum ayfonların, “Starbucks” kafesinin və Bakı küşələrində “Uber”in olması ilə müşayiət edilir.

Azərbaycanda bütün söhbətlər enerji sektoru – neft, təbii qaz, boru kəmərləri, beynəlxalq neft müqavilələri ilə bağlıdır. Neft-qaz sahəsi Azərbaycanın ümumi daxili məhsulunun 41 faizini və onun ixracatının 90 faizini təşkil edir. M.Krouli yazır ki, sovet hakimiyyətinin onilliklər boyu sürən əsarətindən sonra Azərbaycanda əsasən neft və qazın hərəkətə gətirdiyi kapitalizm özünə möhkəm yer edib.

Müəllif vurğulayır ki, bu qədim torpaqda köhnə nə varsa, yeni görkəm alır. Marko Polonun İpək Yolu – Asiyadan İrana və Avropaya qədim ticarət yolları Azərbaycandan keçib. Bu gün Yeni İpək Yolu yaradılır. Krouli məqaləsində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun onunla söhbətində səsləndirdiyi fikirlərə də yer ayırır. Qeyd edir ki, bu İpək Yolunda Şərqi Asiyanın iqtisadi mərkəzlərini böyüməkdə və təşəkkül tapmaqda olan Qərb bazarları ilə birləşdirən müasir nəqliyyat və kommunikasiya şəbəkələri üstünlük təşkil edir. O vaxt olduğu kimi, indi də Azərbaycan bu ticarət yolunun mərkəzi stansiyasıdır. Xəzər dənizinə çıxışının olması ölkəyə enerji resurslarının qlobal axını üçün mühüm tranzit və logistika mərkəzinə çevrilmək imkanı verib.

Sonra Krouli SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovla görüşündən, Səngəçal terminalına səfərindən söz açır. Yazır ki, Xəzər dənizinin nəhəng enerji resursları Aralıq dənizi hövzəsinə “səyahətinə” “British Petroleum” şirkəti ilə əməkdaşlıq şəraitində idarə olunan bu terminaldan başlayır. Azərbaycan enerji resurslarının Avropaya idxalının şaxələndirilməsinə xüsusi töhfə verir.

Müəllif Azərbaycanın iqtisadi nailiyyətlərinə münasibət bildirərək, ölkə iqtisadiyyatının şaxələndirilməsinin əhəmiyyətindən, ölkə rəhbərliyinin aqrar biznesi inkişaf etdirmək və xarici investisiyalar cəlb etmək səylərindən yazır. Vurğulayır ki, neft-qaz sahəsinin üstünlük təşkil etməsinə baxmayaraq, hökumət bərpa olunan enerji mənbələrinə, o cümlədən külək enerjisinə sərmayə yatırır.

Monika Krouli fikrini belə tamamlayır: “Azərbaycanın coğrafi mövqeyi onun təkcə iqtisadi sahədə iri aktor olmasına deyil, geostrateji aktor olmasına da geniş imkanlar açır. Azərbaycan İslam dünyasında ilk demokratik, dünyəvi və parlamentli respublika və dünyada qadınlara seçki hüququ vermiş ilk ölkələrdən biri olub. Dünyanın bu hissəsində sosial və siyasi sabitlik nadir haldır. Bəlkə də bu, Azərbaycanın neft və qazdan daha dəyərli məhsuludur”. (Azərtac)

Əvvəlki yazı

TÜRKİYƏ VAŞİNQTONU YENİDƏN QƏZƏBLƏNDİRİR:Ankara kimlərlə müttəfiq olacaq?- Təhlil

Sonrakı yazı

Ziya Məmmədov villasını ucuz qiymətə satışa çıxardı – Foto

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

02 Sentyabr 2025, 10:47
İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

02 Sentyabr 2025, 10:44
Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

02 Sentyabr 2025, 10:27
İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

02 Sentyabr 2025, 10:25
Məktəbli formalarının satıldığı ünvanlar açıqlanıb

Məktəbli formalarının satıldığı ünvanlar açıqlanıb

02 Sentyabr 2025, 10:23
Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu

Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu

02 Sentyabr 2025, 10:20
“Qarabağ” Juninyonu qaytarmaq istədi, klubu buraxmadı

“Qarabağ” Juninyonu qaytarmaq istədi, klubu buraxmadı

02 Sentyabr 2025, 10:19
Türkiyə XİN ATƏT-in Minsk qrupunun ləğvini alqışladı

Türkiyə XİN ATƏT-in Minsk qrupunun ləğvini alqışladı

02 Sentyabr 2025, 10:15
İlin II Ay tutulması – Azərbaycanda da izləyəcəyik

İlin II Ay tutulması – Azərbaycanda da izləyəcəyik

02 Sentyabr 2025, 10:14
Bu kanalın baş redaktoru vəzifəsindən getdi

Bu kanalın baş redaktoru vəzifəsindən getdi

02 Sentyabr 2025, 10:12
Kolleclərə ixtisas seçimi bu gün yekunlaşır

Kolleclərə ixtisas seçimi bu gün yekunlaşır

02 Sentyabr 2025, 10:09
Xızıda 2 gənc qardaş faciəvi şəkildə öldü – Yenilənib

Xızıda 2 gənc qardaş faciəvi şəkildə öldü – Yenilənib

02 Sentyabr 2025, 10:08
Bu kinoşünaslara 4000 manat pul veriləcək (SİYAHI)

Bu kinoşünaslara 4000 manat pul veriləcək (SİYAHI)

01 Sentyabr 2025, 15:56
İki uşaq anasının müəmmalı ölümü – İntihar, yoxsa qətl?

İki uşaq anasının müəmmalı ölümü – İntihar, yoxsa qətl?

01 Sentyabr 2025, 15:55
Birinci kurs tələbələri təhsil haqqını necə ödəyəcək?

Birinci kurs tələbələri təhsil haqqını necə ödəyəcək?

01 Sentyabr 2025, 15:45
“Çin Azərbaycan-Ermənistan münasibətlərində özünü ciddi oyunçu kimi aparır” – Deputat

“Çin Azərbaycan-Ermənistan münasibətlərində özünü ciddi oyunçu kimi aparır” – Deputat

01 Sentyabr 2025, 15:24
ATƏT-in Minsk qrupu rəsmən LƏĞV OLUNDU

ATƏT-in Minsk qrupu rəsmən LƏĞV OLUNDU

01 Sentyabr 2025, 15:22
Təhsildə gizli ticarət: Müəllimlər kitab satır?

Təhsildə gizli ticarət: Müəllimlər kitab satır?

01 Sentyabr 2025, 15:19
İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış etdi

İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış etdi

01 Sentyabr 2025, 14:27
Dərslər Formula 1-ə görə sentyabrın 21-i başlayacaq? – Açıqlama

Dərslər Formula 1-ə görə sentyabrın 21-i başlayacaq? – Açıqlama

01 Sentyabr 2025, 14:24

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.