08-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“The New York Times”:”İmamoğlu – Ərdoğanın özü tərəfindən yaradılmış mükəmməl bir rəqibdir”

11 May 2019, 15:57
Manşet
A A
“The New York Times”:”İmamoğlu – Ərdoğanın özü tərəfindən yaradılmış mükəmməl bir rəqibdir”

Səlim Koru

“The New York Times”, 10.05.2019

 

İstanbulun son bələdiyyə seçkilərində prezident Rəcəb Tayyib Ərdoğanın partiyasını məğlub edən 48 yaşlı siyasətçi Əkrəm İmamoğlu yumşaq təbirilə tanınır.

Bazar ertəsi, gecə isə İmamoğlu qəzəblənib. Böyük bir kütlə Bəylikdüzü mahalında onu eşitmək üçün toplanıb. İmamoğlu köynəyinin qollarını çırmalayıb, danışarkən, əlini havaya qaldırıb. “Cümhuriyyəti, bu ölkəni, bu şəhəri ayaqları altına sərmək istəyənlər var! – deyə o qışqırıb. – Amma biz, 82 milyon insan, bir ovuc adama bu dəyərləri söndürmək imkanı verməyəcəyik!”

Həmin gün Türkiyənin Yüksək Seçki Qurumu (Ali Seçki Şurası – tərc.) İmamoğlunun qələbə qazandığı seçkinin nəticələrini ləğv edib. 31 Mart seçkilərindən sonra İstanbulda 25 ildə ilk dəfə hakimiyyətini itirən Ərdoğanın Ədalət və İnkişaf Partiyası (AKP) İmamoğlu və öz namizədi arasında dar fərqi azaltmağa ümid edirdi.

Bu işə yaramadıqda, partiya gizli təşkilatların seçkiləri sabotaj etdiyini iddia edərək, təkrar seçkinin keçirilməsini istədi. Bir aydır ki, partiyanın media mərkəzi Türkiyənin düşmənlərinin İstanbulu fəth etməyi planlaşdırdığı iddiasındadır. Hər kəsin düşüncəsindəki sual Ərdoğanın “İstanbuldan imtina edib-etməyəcəy”idir.

Dövlət qurumları arasında səlahiyyət bölgüsünün pozulduğu bir ölkədə müxalifət yeni kampaniyaya hazırlaşır. Ancaq Türkiyə elə-belə ölkə deyil. Seçki Şurasının qərarı demokratik prosesin bütövlüyünü şübhəyə alır. Təhlükəli yeni bir fəsil başlanıb.

Türkiyə Cümhuriyyətinin tarixi iki əleyhdar qüvvə arasında mübarizə kimi səciyyələndirilə bilər: üst səviyyə məmurlardan, hərbi generallardan və hakimlərdən ibarət siyasətçilər və bürokratik oliqarxiya. Bürokratik oliqarxiya məqbul siyasətin sərhədlərini çəkib; siyasətçilər bu hüdudlar içində qalmalı idi.

İslamçılar, kommunistlər, kürd milliyyətçiləri – siyasətçilərin səhv bir növü “məqbul” həddən artıq kənardadır, onlar partiyalarının qadağan olunması kimi qanuni əks-səda ilə dəfələrlə üzləşiblər. Əgər onlar fəaliyyətlərini davam etdirərsə və sistemin bütövlüyünə təhlükə yarada bilsələr, hərbi çevriliş baş verərdi.

Model illərlə qüvvədə olub. Siyasətçilər sərhədləri geri itələyir; hakimlər və generallar onları yerinə qaytarır və nəticədə çevriliş şifəsi pozulur.

Türklər həmişə demokratiyanın bu formasının tarazlıq yaradacağına ümid ediblər.

Perspektivli islamçı siyasətçi Ərdoğan bu nümunəni silib-süpürüb. Həyat, onun sözlərinə görə, mühafizəkar siyasətçilərin “milli iradə” dediyi ilə biznes və bürokratiya arasında epik bir müsabiqədir. Bu hekayət ictimai xidmətlər, infrastruktur və iqtisadi artımlara əhaliyə təqdim edilərək, onun populyarlığını artırıb.

1994-cü ilin bələdiyyə seçkilərində 25 faiz səs qazanaraq Ərdoğan bələdiyyə başçısı seçilib; 2002-ci ildə o, yeni qurulan partiyası ilə hökuməti formalaşdırmağa kömək edən səslərin 34 faizini qazanıb; 2007-ci ildəki seçkilərdə 47 faiz və yenidən baş nazir seçilib; 2011-ci ildə səslərin 50 faizi və baş nazirlik üçün üçüncü müddət…

2010-cu ilin ortalarına qədər Ərdoğan o qədər qüvvətli olub ki, bürokratik oliqarxiya və seçilmiş siyasətçilər arasında mübahisə və müzakirələr köhnə modeli pozub. Hakimlər və generallar artıq onu məhdudlaşdıra bilməyib.

Ölkəni Konstitusiyaya sadiq bir sistemə keçmək əvəzinə, Ərdoğan onu özü və partiyasının xidmətçisi edib. Ərdoğan 2017-ci ildə elan edib: “Türkiyənin taleyi və Ədalət və İnkişaf Partiyasının taleyi bütövləşdi”.

İndi Ərdoğan oyun qaydalarını hazırlayır. Hökumət büdcəsini formalaşdırır, müxalifətə qarşı qanunlar qəbul edir, həm özəl, həm də hökumətə məxsus media qruplarının onu tərənnüm etməsinə göstəriş verir. Seçki siyasətini qalib komandanın bir neçə qol vurduğu və rəqiblərin meydandan suyu süzülə-süzülə çıxdığı futbol oyununa çevirib.

Halbuki indiyə qədər Ərdoğan seçkilərə müdaxilə etməmişdi. Seçki qutusu müqəddəs idi. Seçkilərə müdaxiləyə qədər müxalifət arasında ümid var idi. Buna görə də, İstanbuldakı seçkini təkrarlamaq qərarı ölkənin tarixi üçün çox əhəmiyyətlidir. Suyu süzülən komanda qol vurub, lakin hakim səlahiyyətlərindən faydalanaraq, qolu saymayıb.

Ərdoğanın onu – İstanbulun yöndəmsiz küçələrindən olan bir oğlanı respublikanın prezidentliyinə aparan siyasi sistemə zərbə vurması təəccüblü görünə bilər.

Bəlkə də onun fikrincə, seçkilərdə müxalifət partiyalarını dayandırmaqla, onların iradəsini qıracaq və bu, ona 50 faizdən çox olan dəstək bazasını genişləndirmək imkanı verəcək. Bu ssenaridə seçkilər – mövcud alternativlər arasında seçim deyil, dövlətə sadiqlik ayinidir.

Ərdoğan ötənilki seçkilərdə səslərin 77 faizini qazanan Rusiya prezidenti Vladimir Putini təqlid etdi. Əgər oxşar nəticələrə nail olmağı istəsə, bu, Putin repressiyalarının təkrarı və “şər qüvvə” kimi beynəlxalq status deməkdir.

Türk siyasətinin köhnə modelini pozduqdan sonra Ərdoğan yeni bir şey yaradıb. Siyasət – ideologiyanı və ya siyasi mövqeyi müdafiə etmək deyil, mümkün güclər əleyhinə “xalq çempionu” olmaqdır.

Ərdoğan siyasi yolçuluğunu yanlış tərəfdən, dindar müsəlman olaraq başlayıb. İndi o isteblişmentdir və buna görə də, vaxt keçdikcə daha az populyardır. Gənc müxalifət lideri İmamoğlu Ərdoğan nəslinin dünyəvi-dini bölünməsini asanlıqla adlayır, hətta Məkkədəki hacılardan, həmçinin pank rokçu Gökhan Özoğuzdan dəstək qazanır.

İmamoğlu seçicilərinin ünvanını yaxşı bilir. Hökumətin hər bir uğursuzluğu, – iqtisadiyyatdan tutmuş xarici siyasətə qədər – İmamoğluna dəstəyi artırır. O, Ərdoğanın özü tərəfindən yaradılmış mükəmməl bir rəqibdir.

Ərdoğan bütün həyatını bürokratiya birlikdə yaratdığı prosesə sərf edib – siyasi sahəni genişləndirməyə. Amma siyasi aləm ona qarşı çıxarsa, nə baş verəcək?

Tərcümə: Strateq.az

Əvvəlki yazı

Millət vəkili Q.Paşayevanın və Türkiyənin tanınmış təsəvvüf araşdırmaçısı-yazar C.Sarqutun İlahiyyat İnstitutunda kitablarının təqdimatı və imzalanması olub

Sonrakı yazı

Sumqayıt Şəhər Məhkəməsinin sədri təqaüdə göndərilib

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.