Martın 22-də Moskvadakı “Crocus City Hall”-da terror aktı törətməkdə təqsirləndirilən şəxslərdən birinin telefonunda Ukrayna ilə bağlı məlumatlar aşkarlanıb.
Rusiya İstintaq Komitəsinin “Telegram” kanalı məlumat və video paylaşıb.
Məlumata görə, terrorçunun telefonunda dağıdılmış evlərin fonunda üzərində Ukrayna bayrağı olan kamuflyaj geyimli şəxslərin fotoşəkilləri aşkar edilib. Bu barədə əlavə məlumat verilməyib və istintaq araşdırmasının davam etdiyi bildirilib.
Xatırladaq ki, martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı “Krokus” konsert zalına silahlı hücum olub. Hadisə nəticəsində 144 nəfər halak olub. Teraktla bağlılığı olan 11 nəfər saxlanılıb, onların hər biri iki ay müddətinə həbs olunub