11-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Terrorçu ilə bağlı şok faktlar: SEPAH-dan təqaüdə çıxan Yasin… + Fotolar

31 Yanvar 2023, 12:26
Araşdırma
A A
Terrorçu ilə bağlı şok faktlar: SEPAH-dan təqaüdə çıxan Yasin… + Fotolar


Xəbər verdiyimiz kimi, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” avtomatı ilə silahlanan İran vətəndaşı Yasin Hüseynzadə səfirlik binasına daxil olaraq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu öldürüb, 2 əməkdaşı isə yaralayıb.Hadisədən bir qədər sonra terrorçu saxlanılıb. Maraqlı məqam isə bundan sonra baş verib. İran telekanalları terrorçudan müsahibə alıb, qadın faktorunu önə çəkərək hadisənin guya ailə-məişət zəmnində baş verməsi ilə bağlı fikir formalaşdırmaq istəyib, terrorçunun “səfirlik binasında saxlanılan arvadını xilas etmək üçün” oraya hücum etməsi nağılını uydurub.

İrana müxalif olan “Gooya News” saytı bu məsələdə rəsmi Tehranın mövqeyini ifşa edən yazı dərc edib.

Məqalədə Tehran polisinin terrorçuya mane olmadığı və hücuma şərait yaratdığı qeyd olunub:

“Tehran polis rəisi, general Hüseyn Rəhimi iddia edib ki, hücum edən şəxs iki azyaşlı uşağının müşayiəti ilə səfirlik binasına daxil olub və “İran polis qüvvələrinin təcili reaksiyasından” sonra həbs edilib. Səfirliyin təhlükəsizlik kameraları tərəfindən hücumun əvvəlindən qeydə alınan videoda avtomobildə təcavüzkardan başqa heç bir sərnişinin olmadığı aydın görünür. Bu, Tehran polis rəisinin ilk yalanıdır.

Tehran polis rəisinin ikinci yalanı İran polis qüvvələrinin dərhal reaksiyasıdır. Bu açıqlamalara cavab olaraq Azərbaycan səfirliyi tərəfindən silahlı şəxsin hücumu ilə bağlı üç video yayımlanıb ki, bu da general Rəhiminin hekayəsinin qeyri-dəqiqliyini açıq şəkildə göstərir”.

Sayt yazır ki, Rəhiminin açıqlamalarının əksinə olaraq, Tehran polis qüvvələrinin və təhlükəsizlik əməkdaşlarının “dərhal reaksiyası”ndan əsər-əlamət yoxdur:

“Əksinə, polis uzun müddət sonra gəlir və səfirlik səlahiyyətlilərini axtardıqdan, yaralılar üçün təcili yardım çağırıldıqdan sonra hadisə yerinə yeni qüvvələr göndərilir”.

Məqalədə qeyd olunub ki, İran mediasının təcavüzkarın övladı adlandırdığı gənc qız açıq-aydın anasının səfirlikdə deyil və Azərbaycanda olduğunu və onunla telefonla danışığını deyir.

“Gooya News” saytı terrorçu Yasin Hüseynzadə ilə bağlı diqqətçəkən məlumatlara da yer verib.

Yasin Hüseynzadə kimdir?

Sayt terrorçunun SEPAH ilə əlaqəsinə xüsusi yer verib:

“1969-cu ildə Mərəndin Yekan Əliai kəndində anadan olan 54 yaşlı Yasin (Səfər) Hüseynzadə İran-İraq müharibəsi zamanı İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) sıralarına qatılıb. O, qısa müddət ərzində müharibədə 31-ci Aşura diviziyasında iştirak edib. İllərlə Təbrizdə İnqilab Keşikçiləri Korpusunda yük maşını sürücüsü işləyıb, SEPAH-dan könüllü olaraq təqaüdə çıxıb və o vaxtdan ticarətlə məşğul olub”.

“Gooya News”-un məlumatına görə, o, 7 il Mərənddəki Yaldur məscidinin Bəsic komandanı olub, indi də həmin Bəsic bazası ilə əlaqə saxlayır:

“Hətta onun Təbrizdə Bəsic və İnqilab Keşikçiləri ilə birlikdə yaxın vaxtlarda baş verən etiraz aksiyaların yatırılmasında iştirak etdiyi barədə məlumatlar var”.

Məqalədə qeyd olunub ki, terrorçunun həyat yoldaşı haqqında çox məlumat yoxdur.

Zəngan polisinin anbarında olan”Kalaşnikov” silahı Yasin Hüseynzadəyə necə çatıb?

“Gooya News” yazır ki, bu, təbii ki, İslam Respublikasının təhlükəsizlik və hüquq-mühafizə orqanlarının cavab verməli olduğu sualdır.

Səfirliyimizə basqında istifadə edilən silah bir neçə il öncə Loristan bölgəsində cinayətdə ələ keçirilib, daha sonra bu silah maddi sübut qismində Zəngan (Zəncan) polisinə saxlanmağa verilib. Belə olduğu halda, Zəngan polisinin anbarında saxlanan avtomat silah hansı yollarla Yasin Hüseynzadənin əlinə keçib?

Hadisənin terror aktı olduğunu xüsusilə vurğulayan İran saytı təcavüzkarın keçmişdə SEPAH ilə əməkdaşlığını və Bəsic qüvvələri ilə hələ də əlaqə saxladığını bir daha xatırladaraq əməliyyatın “dəqiq və layihələndirilmiş əməliyyat” olduğunu yazıb.

“İran təhlükəsizlik orqanları bu şəxsin ailədaxili münaqişələri ilə Azərbaycan Respublikasının səfirliyinə edilən hücuma pərdə çəkir”.

Musavat.com

 

Əvvəlki yazı

Talıbovların daha bir şirkəti üzə çıxdı – Rza Talıbov “Cagteks”ə nə qədər sərmayə qoyub?

Sonrakı yazı

DTX-dan İrandakı terrorla bağlı açıqlama – XƏBƏRDARLIQ

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.