27-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Tender korrupsiyasına “dur” deyiləcəkmi?

01 Aprel 2019, 12:15
Seçmə
A A
Tender korrupsiyasına “dur” deyiləcəkmi?

Yeni qaydalar dövlət satınalmalarında kütləvi korrupsiyanın qarşısını ala biləcək?

Ekspert: “Tenderlərdə “şapka” məsələsi isə populyar deyimə çevrilib. Tenderi təşkil edənlər tərəfindən tender qaliblərindən külli miqdarda pul aldığı sirr deyil”.

“Hər kəsə məlumdur ki, ölkəmizdə qəbul edilən qanunların çoxu vəzifəli şəxslər üçün işləmir. Bu qanunun da tələblərinə nə dərəcədə əməl edilib-edilməyəcəyini zaman göstərəcək”

Bu sözləri iqtisadçı-ekspert Vüsalə Əhmədova Davranış Kodeksinə tətbiq edilən yeni qaydaları şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Nazirlər Kabinetinin təsdiq etdiyi “Davranış Kodeksi”nə görə Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs tərəfindən Davranış Kodeksinin tələblərinin pozulması və maraqların toqquşmasına yol verilməsi barədə mətbuatda məlumat dərc edildikdə, intizam icraatına başlanıla bilər. Eyni zamanda Davranış Kodeksinin müddəalarının dövlət satın-almalarına cəlb olunan vəzifəli şəxs tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslərdən şikayət və ya digər məlumat daxil olduqda, intizam icraatına başlanıla bilər. Bilirik ki, tenderlər korrupsiyanın əsas yuvalarından biri hesab olunur.

“Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs tərəfindən Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksi” barədə qəbul edilən sənədlə BURADAN tanış ola bilərsiniz.

Maraqlıdır ki, yeni qaydalar cəmiyyətdə şəffalığın və ictimai nəzarətin artmasına yol aça bilərmi? Həmçinin tenderlərin şəffaf və ədalətli keçirilməsi üçün qanunvericilikdə bir problem varmı, yoxsa baş verən tender özbaşınalıqları məmurların qanunları tapdalaması yoluyla baş verir?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı-ekspert Vüsalə Əhmədovanın fikirlərini öyrənib.

Vüsalə Əhmədova: “Tenderə çıxarılan xidmət və iş üçün ayrılan vəsaitin bir hissəsi tenderi keçirənlər tərəfindən əvvəlcədən qalib şirkətdən alınır”.

Ölkədə keçirilən tenderlərdə korrupsiyanın yüksək səviyyədə olduğunu qeyd edən iqtisadçı-ekspert Vüsalə Əhmədovanın fikrincə, qəbul edilən yeni qaydaların məlum gedişata müsbət təsir edəcəyi sual altındadır:

“Tender maxinasiyalarının Azərbaycanda ən sıx rast gəlinən korrupsiya hallarından biri olduğu hər kəsə məlumdur. Tender saxtakarlıqları ilə bağlı yüzlərlə fakt mövcuddur. Yüksək çinli məmurlarımızın saxtakarlıq üzrə yaradıcılıq qabiliyyətləri ən üst səviyyədədir desək, yanılmarıq. Ölkəmizdə tenderlərin demək olar ki, çoxu formal xarakter daşıyır. Hər hansı tender müsabiqəsi və ya müqaviləsi olmadan həyata keçirilən saxta tenderlərdən hər kəs xəbərdardır. Tender layihələri barədə məlumat çox vaxt ictimaiyyətə heç açıqlanmır. Nə KİV, nədə ki, internet saytları vasitəsilə elan edilir. Tərəflərin bir-birini necə tapması da beləcə sirr olaraq qalır.

Daha sonra məlum olur ki, şəxsi maraqlara xidmət edən bir şirkət tenderin qalibi olub. Satınalmalar üzrə Dövlət Agentliyi ilə həyata keçirilən tenderlərin siyahısı nəzərdən keçirildikdə eyni şəxs və şirkətlərin təkrarlandığının şahidi olursan. Bəzən rəsmi qeydiyyatı olmayan hər hansı bir naməlum firma elan edilən tenderlərin əksəriyyətinin müəmmalı şəkildə qalibinə çevrilir. Şirkətin nizamnamə fondu 10 manat, işçilərinin sayı isə bir nəfərdən ibarətdir, ancaq tenderin qalibi elan edilib. Sual olunur, işçisi olmayan şirkət layihəni necə icra edəcək? Məsələn, bu yaxınlarda günəmuzd fəhlə kimi kafedə və tikintidə çalışan bir neçə gəncin adına rəsmiləşdirilmiş saxta şirkətlərin tender qalibi olduğu müəyyən edilmişdi.

Bir çox hallarda normativ-hüquqi aktların və metodiki sənədlərin tələblərinə riayət edilmir, ciddi hüquq pozuntularına, nöqsan və çatışmazlıqlara yol verilir. Xərclər əsaslandırılmadan artırılır, şirkətin maliyyə-təsərrüfat fəaliyyəti zərərlə nəticələndiyi halda tender qalibi elan edilir, bəzi hallarda tenderin şərtlər toplusunun tələbləri gözlənilmir. Tenderlərdə “şapka” məsələsi isə populyar deyimə çevrilib. Tenderi təşkil edənlər tərəfindən tender qaliblərindən külli miqdarda pul aldığı sirr deyil. Tenderə çıxarılan xidmət və iş üçün ayrılan vəsaitin bir hissəsi tenderi keçirənlər tərəfindən əvvəlcədən qalib şirkətdən alınır. Aydındır ki, tenderdə qalib gələn şirkət verdiyi rüşvəti kompensasiya etmək və daha böyük gəlir əldə etmək üçün işini keyfiyyətsiz görəcək.

Vüsalə Əhmədova: “Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı dəyərdə olan hədiyyə qəbul edə bilməz”.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun 13-1. maddəsində davranış kodeksi yer alır. Davranış kodeksində dövlət satınalmalarında maraqların ziddiyyətinin aradan qaldırılması, dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin konkret satınalmalarda maraqlarının olub-olmamasının bəyan edilməsi məsələləri, dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin qanunla müəyyən olunan məsuliyyəti, peşə hazırlığı və onun yoxlanılması prosedurları öz əksini tapıb.

Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs peşə vəzifəsini yerinə yetirərkən hər şeydən əvvəl qərəzsiz olmalı, satınalma prosedurlarının iştirakçıları arasında fərq qoymamalı, vəzifə funksiyalarının icrası zamanı ona təsir edilməsinə yol verməməli və buna şərait yaratmamalıdır.

Davranış Kodeksində təsbit olunmuş tələb və qaydalara dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs tərəfindən əməl edilməməsi, həmçinin digər əməkdaşlar və vəzifəli şəxslər tərəfindən həmin tələb və qaydaların pozulması hallarına göz yumulması xidməti intizamın pozulması kimi qiymətləndiriləcək və intizam məsuliyyəti yaradacaq. İntizam icraatı zamanı dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, həmin əlamətləri aşkar etmiş dövlət orqanının rəhbəri bu barədə hüquq-mühafizə orqanına məlumat verməlidir. Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı dəyərdə olan hədiyyə də qəbul edə bilməz. Hər kəsə məlumdur ki, ölkəmizdə qəbul edilən qanunların çoxu vəzifəli şəxslər üçün işləmir. Bu qanunun da tələblərinə nə dərəcədə əməl edilib-edilməyəcəyini zaman göstərəcək”.

Gülşən ŞƏRİF
pia.az

Əvvəlki yazı

ERMƏNİSTANDA İŞİD XOFU:”Moskva İrəvanı İŞİD-lə təhdid edir” – Araşdırma

Sonrakı yazı

“Danışanı susdurmaq üçün oyunlar qurdu, nəticə faciə ilə yekunlaşdı” – Prokurordan prezidentə şikayət

Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.