11-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Telekanallarımızda böyük biabırçılıq: Mərhum aktyoru efirə dəvət etdilər

11 May 2020, 22:34
Cəmiyyət
A A
Telekanallarımızda böyük biabırçılıq: Mərhum aktyoru efirə dəvət etdilər
Azərbaycanın televiziya jurnalistləri utancverici hərəkətə yol veriblər. Belə ki, adları açıqlanmayan TV əməkdaşları mərhum teatr və kino aktyoru, əməkdar artist Hamlet Xanızadəni verilişə dəvət ediblər.
Modern.az xəbər verir ki, bu barədə barədə Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı bildirib. Onun sözlərinə görə, mərhum sənətkarın qızı Aygün Xanızadənin atasının adına açdığı “Feysbuk” səhifəsinə bu səpkidə mesajlar göndərilib:
“Hamlet Xanızadənin qızı Aygün Xanızadə bir az əvvəl dedi ki, “gəl, atamın adına açdığım “Feysbuk” səhifəsinə göndərilən mesajları sənə oxuyum”. Maraqlı gəldi. Məlum oldu ki, bizim televiziya jurnalistləri Hamlet Xanızadəni verilişə dəvət edirlər. Aygün xanım bunu mənə zarafatla, gülə-gülə göstərirdi, amma mən TV jurnalistləri adına xəcalət çəkdim. Yazırlar ki, “Hamlet müəllim, filan aktyor haqqında verilişimiz olacaq, nooolar, gəlin siz də iştirak edin”. Hətta biri yazıb ki, “mən nazlı xanımam, sizi çox sevirəm, gəlin verilişimizdə özünüz haqqında məlumat verin””.
Bu mesajlardan sonra Aygün Xanızadə mərhum sənətkarı efirə dəvət edən TV jurnalistlərinin bəziləri ilə sərt danışıb. Onlar biləndə ki, Hamlet Xanızadə həyatda yoxdur, Aygün xanımdan xahiş ediblər ki, bu haqda heç kimə deməsin:
“Xahiş etdilər ki, heç kimə deməyin, bizi işdən çıxararlar. Mən də ad yazmıram. Amma bu adamları necə işə götürürlər, hardan tapırlar, necə işdə saxlayırlar?”,-deyə Aygün Xanızadə bildirib.
Aygün Xanızadə həmin jurnalistlərə cavab verəndə ki, atası 1990-cı ildə dünyasını dəyişib, onlar dərhal söhbəti “fırladıblar”: “Niyə belə acıqlı danışırsınız, o, bizim üçün həmişə sağdır”.
Qeyd edək ki, Hamlet Xanızadə 1941-ci ildə Bakının Şağan qəsəbəsində doğulub. 50-ci illərin sonlarında İncəsənət Universitetinə daxil olub, 1961-ci ildə isə artıq aktyor kimi Akademik Dram Teatrına işə başlayıb.
Hamlet Xanızadə “Dəli yığıncağı”nda Molla Abbası, Nəriman Həsənzadənin “Atabəyləri”ndə Nizamini, Nazim Hikmətin “Şöhrət və unudulan adam”ında doktor rollarını ifa edib. Dünya ədəbiyyatı incilərindən F. Şillerin, V. Şekspirin əsərlərində də oynayıb.
Tofiq Tağızadənin “Yeddi oğul istərəm” filmindəki Gizir obrazını da Hamlet Xanızadə canlandırıb.
“Axırıncı aşırım”da  onun rolu – Talıbov o qədər böyük olmasa da, bu bolşevik obrazını Hamlet Xanızadə çox istedadla ifa edib.
Hamlet Xanızadənin ən uğurlu ekran qəhrəmanlarından biri “Arxadan vurulan zərbə” filmindəki İmaşdır.
Aktyor “Babək” filmində xəlifə Mötəsimi də canlandırıb.
Onun “Qətl günü” filmində canlandırdığı Sədi Əfəndi isə ümumiləşmiş yazıçı, filosof obrazıdır.
Görkəmli aktyor 3 fevral 1990-cı ildə 49 yaşında vəfat edib. Öz vəsiyyətinə qörə doğulduğu Şağan kənd qəbiristanlığında dəfn edilib.
Əvvəlki yazı

Dünyada 67 jurnalist koronavirusdan ölüb

Sonrakı yazı

Körfəz ölkələrində 100 mindən çox insan koronavirusa yoluxub

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.