Rusiyanın Voronej vilayətinin Borisoqlebsk şəhərində yerləşən aviasiya təlim mərkəzinə dron hücumu olub.
Bu barədə “RBC-Ukrayna” öz mənbələrinə istinadla məlumat yayıb.
Qeyd olunur ki, hücum nəticəsində əsas istehsalat sexinə ciddi ziyan dəyib.
Nəşr ələvə edib ki, sözügedən hücumun arxasında Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi dayanıb.