24-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Teatr Xadimləri İttifaqında qovğa – İttiham

22 Oktyabr 2019, 12:41
Seçmə, Maqazin
A A
Teatr Xadimləri İttifaqında qovğa – İttiham

Əməkdar artist Elnur Kərimov Teatr Xadimləri İttifaqı ilə bağlı qalmaqallı paylaşım edib.

 Axşam.az xəbər verir ki, aktyor “Teatr Xadimləri İttifaqının hörmətsizliyi və ünsürləri” başlıqlı paylaşımında bunları qeyd edib:

“Dövlət başçısının gənclər siyasətinə verdiyi dəyəri və 1 mart 2019-cu il incəsənət xadimləri ilə görüşdəki fikirlərini nəzərə alaraq, gənc kadrlara dəstəyi xatırladaraq yazıram:

22 Oktyabr saat 10:30-da Teatr Xadimləri İttifaqının konfransı keçiriləcəkdi. Gənc Tamaşaçılar Teatrının nümayəndəsi olaraq Teatr Xadimləri İttifaqına və teatrımızın truppa müdiri Ələsgər Muradxanlıya burada iştirak etmək istədiyimi bildirdim. cavab müsbət oldu və Teatr Xadimləri İttifaqına bildirilməsini istədim. Tədbir günü təyin olunmuş saatda məkana yaxınlaşanda, “Siz burada iştirak edə bilməzsiniz” cavabını eşitdim. “Niyə” deyə, soruşanda isə adımın siyahıda olmadığı bildirildi.

Axı mən neçə illərdir Teatr Xadimləri İttifaqının üzvüyəm, Əməkdar artistəm. Dəqiqləşdirmələrini istədim, yuxarıya qalxıb, qayıtdılar ki, icazə verilmədi.

2014-cü ildə Teatr Xadimləri İttifaqının fəaliyyətsizliyi ilə bağlı müraciət etmişdim. Azərbaycan Teatrını uçuruma aparan ən əsas səbəbin Teatr Xadimləri İttifaqının rəhbəri Azər Paşa Nemətov olduğunu dəfələrlə bildirmişəm. katib Rafiq Əliyevlə görüşümüz də baş tutub, amma fəaliyətsizlik davam edir.

Əgər mənim konfransda iştirak etmək hüququm yoxdursa, niyə hər dəfə Teatr Xadimləri İttifaqında yaradıcılıq gecələri keçiriləndə dəvətnamə göndərirsiniz? Bizim nümayəndə belə mənim iştirakımla bağlı sizə müraciət edib.

Ən əsası Teatr Xadimləri İttifaqının konfransında qapıcı kimi fəaliyyət göstərən üzvləri və Akademik Milli Dram Teatrının bəzi nümayəndələrinə sözüm budur ki, sizin hörmətsizliyiniz mənə daha çox təsir etdi. Mənə şəxsən hörmətsizlik etmək sizin başınız üçün olmasa da, aktyor və Əməkdar artistə münasibətiniz bəlli oldu.

Sizdən ağıllı və şərəfli biriyəm. Azərbaycan Teatrının düşdüyü vəziyyət məni narahat edir. Çünki 20 ildir Gənc Tamaşaçılar Teatrının aktyoruyam və bunu yaxşı bilirsiniz. Teatrımızı uçuruma apardığınız yol da bəllidir. Bizim teatrın fəaliyyətinə kölgə salan səbəblər şəxsi maraqlar olub. Bunun günahkarı aktyor yox, başqa insanlardır. Özünüz öz aranızda həll edə bilərsiniz. Məsələn, Azər Paşa Nemətov baş rejissor işləyib və sonra qovulub. Rafiq Əliyev yaşı ilə əlaqədar işdən çıxarılıb. Bunun günahkarı Elnur Kərimov və digər aktyorlar deyil.

İllərdir Teatr Xadimləri İttifaqı ilə illərdir tək mübarizə aparırdım. Bu yaxınlarda “Elnur Kərimovu yığışdırın, sizə mükafat verək” sözünü deməyiniz də yerinə düşüb. Bu gündən Teatr Xadimləri İttifaqının üzvülüyündən imtina edirəm. Azər Paşa Nemətov və ətrafındakı ünsürlər oradan uzaqlaşmayınca, aktyora münasibət belə olacaqsa, həmin ittifaqı tanımıram.

Mübarizəm Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətovladır, Akademik Milli Dram Teatrının direktoru Azər Paşa Nemətovla yox. Günah mənim deyil ki, adı çəkilən hər iki yerə bir adam rəhbərlik edir.

Konfrans və səsvermədəki nəticə mənə qaranlıq qalacaq. Azərbaycan teatrı tarixində qala bilməyəcəksiniz. Çünki gənclərə göstərdiyiniz dəstək bir müddət sonra özünü göstərəcək”.

Qeyd edək ki, Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı işə başlayıb. Hazırda davam edən konfransda respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri, habelə Mədəniyyət Nazirliyinin rəhbərliyi iştirak edir.

Əvvəlki yazı

“Kadr islahatlarının davamı olacaq” – Deputat

Sonrakı yazı

Abşeron RİH Masazırda küçələri abadlaşdırır – Foto

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.