Tayvanın 180 kilometr şimal-şərqində dünən yerli vaxtla saat 08:00 radələrində 1-i Tayvanlı və 5-i İndoneziyalı balıqçı olmaqla 6 balıqçı naməlum səbəbdən alovlanıb.
Qayığı şişmə qayıqla tərk edən balıqçılar köməyə çağırıb. Qısa müddətdə vertolyotla hadisə yerinə gələn Tayvan Havadan Xidmət Birliyi (NASC) balıqçıları kəndirlə çəkərək xilas edib.
NASC-dən verilən açıqlamada xilasetmə əməliyyatının uğurla başa çatdığı, balıqçıların sağlamlıqlarının yaxşı olduğu bildirilib. Açıqlamada yanğınsöndürən tərəfindən müdaxilə edilən qayığın yanaraq batdığı qeyd edilib.




















