06-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Tatarıstan Xalq Şairi, Dövlət Şurasının komitə sədri R.Vəliyevin kitabı Sumqayıtda ədəbi ictimaiyyətə təqdim edilib

06 Avqust 2019, 19:52
Cəmiyyət
A A
Tatarıstan Xalq Şairi,  Dövlət Şurasının komitə sədri R.Vəliyevin kitabı Sumqayıtda ədəbi ictimaiyyətə təqdim edilib

Millət vəkili prof.dr. Qənirə Paşayevanın dəvəti, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİB), Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB) təşkilatçılığı ilə respublikamızda səfərdə olan Tatarıstanın Xalq şairi, Tatarıstan Respublikası Dövlət Şurasının üzvü, Dövlət Şurasının Maarif, Mədəniyyət, Elm və Milli məsələlər Komitəsinin başqanı, Dövlət Mükafatı laureatı, görkəmli ictimai və dövlət xadimi Razil Vəliyev Sumqayıt şəhərində olub.Öncə Sumqayıtdakı Heydər Əliyev Mərkəzini ziyarət edən mötəbər qonağa, onu müşayiət edən şəxslərə Mərkəzin fəaliyyət dairəsi, burada şəhər intellektualları, ümumən ictimai fəal gənclər üçün yaradılmış şərait barədə ətraflı bilgi verilib. Mərkəzin konfrans zalında düzənlənən rəsmi qəbulda mötəbər qonağı, şəhər icra hakimiyyəti başçısı Zakir Fərəcovun adından salamlayan icra hakimiyyəti başçısının I müavini Teymur Səmədov, 70 yaşlı gənclər şəhərinin tarixindən, bu günündən, gələcək sosial-mədəni planlardan danışıb, şəhərdə yaradıcı insanlar üçün yaradılmış münbit şərait barədə bilgi verib. O, Mərkəzdə fəaliyyət göstərən əl işləri dərnəyi ustaları tərəfindən hazırlanmış “Sumqayıt-70” xatirə hədiyyəsini və şəhər barədə fotoların, mətnlərin yer aldığı nəfis kitabı Xalq şairinə hədiyyə edib. Xalq şairi də öz növbəsində Mərkəz üçün kitab imzalayıb. Razil Vəliyev Sumqayıtda ilk dəfə olduğunu, şəhərlə ilk tanışlıqdan ağ rəngin aparıcı xətt təşkil etdiyini fərq etdiyini, bunun türk xalqlarında qədimdən bəri xoşgörünün, genişürəkliliyin, xeyirhalığın, yaxşı düşüncənin əlaməti olduğunu vurğulayıb. Ümummilli lider Heydər Əliyev adının Tatarıstanda yaxşı bilindiyini, Heydər Əliyev- Mintemir Şaymiyev dostluğunu, bugünsə iki respublika rəhbərliyinin yaxşı münasibətlərdə olduğunu qeyd edən R.Vəliyev,belə çoxfunksiyalımərkəzin mövcud olmasını şəhər ictimaiyyəti üçün yaxşı imkan kimi qiymətləndirib. Millət vəkili Qənirə Paşayeva Xalq şairinin səfəri müddətində təşkil edilmiş tədbirlər, Yazıçılar Birliyində baş tutmuş təqdimat, habelə Kazanda “Qarabağ hekayələri” kitabının çıxması yönündə ilkin razılşama əldə edildiyi barədə danışıb; Sumqayıtda olmağın Razil Vəliyevin səfər proqramını daha da zənginləşdirdiyini bildirib. O, Sumqayıtla Tatarıstanın uyğun bir şəhərinin qardaşlaşması təklifini irəli sürüb. Qardaş respublikanın Xalq şairi Azərbaycana bu – ilk səfəri ərzində yeni bilgilər əldə etdiyini, həmkarları ilə müzakirələrdə yeni ideyalar yarandığını, daha yaxşı əməkdaşlıq üçün mövcud imkanların istifadə olunacağını bildirib. O, xanım Paşayevanın təklifini alqışladığını, Nijni Kamsk şəhərinin Sumqayıtla qardaşlaşmasının daha uyğun olduğunu, bununçün əlindən gələni edəcəyini, təklifi öz ölkəsinin əlaqədar rəsmilərinə çatdıracağını deyib. Teymur Səmədov da qardaşlaşmış şəhər təklifinə müsbət yanaşdığını, təklifi İcra başçısına məruzə edəcəyini bildirib. Qəbulda Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qaşalı, Tatarıstanın Azərbaycandakı Daimi Nümayəndələyinin rəhbəri Alfred Zakirov, Sumqayıt Poeziya Evinin direktoru İbrahim İlyaslı, tanınmış televiziyaçı, sənətbilicisi Etibar Babayev, RHİMİB sədri Arzu Bağırova, DGTYB başqanı İntiqam Yaşar və b. iştirak edib.

Sonra Poeziya Evinə gələn Razil Vəliyev və onu müşayiət edən qonaqlar,burada “Payız yağmurları” şeirlər kitabının növbəti təqdimat törənində iştirak edib.Təqdimat törəninə Sumqayıt şəhər rəsmiləri, şəhərin tanınmış yazarları, QHT və KİV nümayəndələri qatılıb.Tədbiri açıq elan edən Poeziya Evinin direktoru, tanınmış şair İbrahim İlyaslı, mötəbər qonağı salamlayaraq, onu Azərbaycanda ilk kitabının çıxması, Sumqayıta, ümumən respublikamıza ilk səfəri və təntənəli təqdimat törəni münasibəti ilə təbrik edib, yeni yaradıcılıq uğurları diləyib. İ.İlyaslı belə səfərlərin, təqdimatların qardaş xalqlar arasında ədəbi-mədəni bağların daha da möhkəmlənməsinə kömək etdiyini bildirərək, Millət vəkili Qənirə Paşayevaya bu nəcib dəvət və maraqlı tədbirlər silsiləsi üçün təşəkkürünü yetirib.Şairin şeirlərini Azərbaycancaya çevirmiş şair-publisist dr. Həyat Şəmi Razil Vəliyev yaradıcılığı barədə fikirlərini, qənaətlərini bölüşüb, fikirlərini müəllifin “Rənglər” şeir əsasında izah edib. O, Xalq şairinə milli ornamentli kilim və milli çay dəstgahı hədiyyə edib.Şəhər İcra hakimiyyəti başçısının I müavini Teymur Səmədəov, qardaş xalqın dəyərli aydınının şeirlər kitabının Sumqayıt ədəbi ictimaiyyətinə təqdim edilməsini, şairin özünün təqdimatda iştirakını, Sumqayıt ədəbi-mədəni mühiti üçün əlamətdar hadisə kimi dəyərləndirib, səfərin təşkilatçılarına təşəkkür edib.  Millət vəkili Qənirə Paşayeva, Sumqayıtda güclü ədəbi mühit olduğunu Razil Vəliyevin diqqətinə çatdırıb. “Payız yağmurları”nın Razil Vəliyevin Azərbaycanda nəşr edilmiş ilk kitabı olduğunu, lakin son kitabı olmayacağınadərin inamını ifadə edib, səfər müddətində baş tutmuş və keçirilməsi nəzərdə tutulan digər tədbirlər, habelə ədəbi-mədəni planlar haqqında məlumat verən millət vəkili Qənirə Paşayeva, Xalq şairinin “Torpağa mədhiyyə” şeirini oxuyub, şərh edərək, onun yaradıcılığı barədə düşüncələrini bölüşüb. Millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Q.Paşayeva və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə”İB-nin sədri A.Bağırova Tatarıstanın Xalq Şairi R.Vəliyevə Azərbaycanın mədəniyyətini özündə əks etdirən hədiyyə və materiallar təqdim ediblər. Təqdim olunan kitabın layihə rəhbəri və baş redaktoru, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı şairin yaradıcılığınınməziyyətləri,onun şeirlərindəki insan-təbiət keçidləri, Tanrının yaratdıqları ilə insanın yaratdıqları arasındakı bağlar, metafora və obrazlaşdırmalar haqqında fikirlərini bölüşüb. Ustad şairin şeirlər kitabının təqdimat törənində Əməkdar artist Nazir Rüstəmov, tanınmış aşıq İlham Astanbəylivə b. çıxış edib. Çıxışlarda belə bir ümumi fikir səslənib ki, Xalq şairinin Azərbaycan səfəri, Bakıda çıxan ilk kitabı, paytaxtda və Sumqayıtda təqdimat törənlərikeçirlməsi, habelə iki qardaş xalq arasında bağların dünəni, bugünü və gələcəyinə baxış, daha sıx əməkdaşlığın zəruri olduğunu bir daha göstərməkdədir. Xalq şairi onun kitabının nəşrində iştirak etmiş hər kəsə, Sumqayıtdakı təqdimatın təşkilatçılarınatəşəkkür edib, yüksək səviyyədə təşkil olunmuş görüş üçün minnətdarlığını bildirib. O, “bəli, bizim dilimiz, adət-ənənələrimiz, tariximiz birdir, lakin gələcəyimizin də bir olmasına çalışmalıyıq” deyib.

Əvvəlki yazı

Türkiyə Prezidenti:“Suriyanın şimalında terror bataqlığını qurudacağıq”

Sonrakı yazı

Deputat Fətiyevin biznes imperiyası qitələr tanımır – Özbəkistan və Rusiyadakı biznesi, Avstraliyadakı qalmaqalı… (FOTOFAKT))

Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

05 Avqust 2025, 18:08
AHİK endirim fırıldağı edir? – FOTO

AHİK endirim fırıldağı edir? – FOTO

05 Avqust 2025, 18:06
TBMM-də tarixi gün: “Terroruz Türkiyə” üçün komissiya işə başladı

TBMM-də tarixi gün: “Terroruz Türkiyə” üçün komissiya işə başladı

05 Avqust 2025, 18:04
Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

05 Avqust 2025, 15:39
Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

05 Avqust 2025, 15:36
Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

05 Avqust 2025, 15:33
“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

05 Avqust 2025, 15:31
“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

05 Avqust 2025, 15:27
Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

05 Avqust 2025, 15:23
“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

05 Avqust 2025, 13:38
Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

05 Avqust 2025, 13:34
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

05 Avqust 2025, 13:06
Zaur Mikayılovdan rekord – 8 aya 21 milyonluq 41 tender

Zaur Mikayılovdan rekord – 8 aya 21 milyonluq 41 tender

05 Avqust 2025, 13:04
Bakı-Tbilisi-Bakı reysi üzrə qiymətlər artıb? – Rəsmi

Bakı-Tbilisi-Bakı reysi üzrə qiymətlər artıb? – Rəsmi

05 Avqust 2025, 12:59
Turist avtobusu yandı – 43 turist təxliyə edildi

Turist avtobusu yandı – 43 turist təxliyə edildi

05 Avqust 2025, 12:58
Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

04 Avqust 2025, 18:01
Sabah 41 dərəcə isti olacaq

Sabah 41 dərəcə isti olacaq

04 Avqust 2025, 12:33
BDYP-dən piyadalara çağırış

BDYP-dən piyadalara çağırış

04 Avqust 2025, 11:58
Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

04 Avqust 2025, 11:56
“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

04 Avqust 2025, 11:46

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.