16-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Tarixi reallıq bütün bəşəriyyətin gözü qarşısında inkişaf edib – Sabir Tağıyev

18 Oktyabr 2022, 11:29
Cəmiyyət
A A
Tarixi reallıq bütün bəşəriyyətin gözü qarşısında inkişaf edib – Sabir Tağıyev

1992-ci ilin əvvəllərindən başlayaraq Dağlıq Qarabağ münaqişəsi daha çox beynəlxalq əhəmiyyətli problemə çevrildi. 1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) üzvü oldu. ATƏM-in üzvü olduqdan sonra Dağlıq Qarabağ münaqişəsi bu təşkilatın prinsiplərinə uyğun olaraq üzv dövlətlərin daha çox diqqət obyektinə çevrildi.

ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci il martın 24-də keçirilən görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə edilərək, münaqişənin sülh yolu ilə nizama salınması istiqamətində aparılan danışıqların səmərəliliyini təmin etmək üçün ATƏM-in Dağlıq Qarabağa dair sülh konfransının çağırılması haqqında qərar qəbul edildi. Qərara alındı ki, Minskdə çağırılacaq konfrans ABŞ, Rusiya, Türkiyə, Fransa, Almaniya, İtaliya, Çexiya, Slovakiya, İsveç, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə keçirilsin.

1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa və Laçının işğalı münaqişənin mahiyyətini dəyişərək yeni siyasi problem yaratdı və sülh missiyasını öz üzərinə götürmüş Minsk konfransının keçirilməsi yolunda maneəyə çevrildi. Minsk Qrupu çərçivəsində aparılan danışıqlarda qarşı tərəflər arasında ziddiyyətlərin qalması, xüsusilə, Ermənistanın qeyri-konstruktiv mövqe tutması ilə yanaşı, qrupun üzvü olan böyük dövlətlərin mövqeyində də yekdil fikrin olmaması sülh prosesinin ləngidilməsinə və münaqişənin dondurulmuş vəziyyətdə qalmasına gətirib çıxartdı.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin dinc vasitələrlə nizama salınması Ulu Öndər Heydər Əliyevin 1993-cü ildən başlayaraq xarici siyasət fəaliyyətində başlıca yer tutmuşdur. Dahi Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra münaqişənin aradan qaldırılmasına nail olmaq üçün ən yüksək səviyyədə dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli, eləcə də, çoxtərəfli görüşlərdə, ATƏT-in Zirvə toplantılarında, Minsk Qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, beynəlxalq forumlarda, həmçinin, Ermənistan prezidenti ilə birbaşa danışıqlarda göstərdiyi ardıcıl səylər dövlət başçısının apardığı siyasətin mühüm hissəsini təşkil etmişdir.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qorumaq, ölkədə ictimai-siyasi sabitliyə nail olmaq sahəsində təxirəsalınmaz vəzifələrindən biri davam etməkdə olan Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı qəti addımlar atmaqdan ibarət olmuşdur.

Bu məqsədlə Ulu Öndər Heydər Əliyev respublikamızın təhlükəsizlik problemlərini, xüsusilə, Ermənistanın ərazi iddiaları və hərbi təcavüzü məsələsini beynəlxalq aləmə çıxararaq, regionda sülhün bərqərar olması üçün nüfuzlu beynəlxalq təşkilatların təsirini artırmağa çalışmışdır.

Ermənistan-Azərbaycan münaqişəsinin dinc vasitələrlə nizamlanması məqsədilə məhz Ulu öndər Heydər Əliyevin qətiyyəti və gərgin fəaliyyəti sayəsində 1994-cü il may ayının 12-də atəşkəs haqqında razılıq əldə edildi və bundan sonra ATƏT-in Minsk Qrupu çərçivəsində müntəzəm olaraq danışıqlar aparılmağa başlandı.

1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən Zirvə toplantısında qəbul edilən və münaqişənin nizama salınmasının beynəlxalq-hüquqi bazasını təşkil etmiş olan sənəd Ermənistan-Azərbaycan münaqişəsini ədalətlə aradan qaldırmaq yolunda böyük siyasi nailiyyət sayıla bilər.

Zirvə toplantısı zamanı Prezident Heydər Əliyevin gərgin əməyi və diplomatik istedadı sayəsində münaqişənin həllinin siyasi-hüquqi çərçivələrini müəyyənləşdirən xüsusi bir bəyanat qəbul edildi. Bu bəyanat, Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən müdafiə olundu və Lissabon sammitinin yekun qərarında öz əksini tapdı. ATƏT-in Lissabon Zirvə görüşündən sonra Rusiya ilə yanaşı, ABŞ və Fransa nümayəndələri də Minsk Qrupunun həmsədrləri təyin olundu.

Lakin 28 illik fəaliyyəti dövründə ATƏT-in Minsk qrupu demək olar ki, münaqişənin həlli yolunda heç bir iş görmədi. Qəbul etdiyi qərarlar və bəyanatlar yalnız kağız üzərində qaldı. Ermənistan tərəfi bunlara heç əhəmiyyət belə vermədi.

Azərbaycan Respublikasının Prezidenti cənab İLham Əliyev oktyabr ayının 14-də Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasındakı çıxışında demişdi: “Təəssüf ki, 28 il ərzində Minsk qrupunun nəticəsi sıfıra bərabərdir. İndi göründüyü kimi, bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi. Danışıqların aparılması münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə idi. Beləliklə, münaqişə həll olunub. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib”.

Azərbaycan 44 günlük Vətən Müharibəsi nəticəsində öz torpaqlarını işğaldan azad etdi. Lakin Ermənistan tərəfi yenə ərazilərimizi atəşə tutmaqda davam edir. Müharibənin başa çatmasından artıq 2 ilə yaxın müddət keçməsinə baxmayaraq sentyabr ayında Azərbaycan-Ermənistan sərhəddində toqquşmalar baş vermişdi.

Azərbaycana qarşı terror törədilmişdir. Onu da qeyd edək ki, işğalçılar torpaqlarımızı tərk edərkən minlərlə mina basdırmış və müharibə başa çatdıqdan sonar minaların partlaması nəticəsində 250-dən çox Azərbaycan vətəndaşı həlak olmuş, ya da şikəst qalmışdır. İşğaldan azad edilmiş Laçın rayonu ərazisində isə Ermənistan istehsalı olan piyada əleyhinə 1400 mina aşkarlanıb zərərsizləşdirilmişdir.

Tarixi reallıq bütün bəşəriyyətin gözü qarşısında inkişaf edib. Azərbaycan heç vaxt nə Ermənistanın, nə də başqa bir dövlətin ərazisinə göz dikməyib. Əksinə, Azərbaycanın əraziləri zaman-zaman erməni cinayətkarları tərəfindən işğala məruz qalıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Oktyabrın 6-da “Avropa siyasi birliyi” nin yeni platforması çərçivəsində Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli görüş təşkil olundu. Görüşün nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olundu. Sonradan bizə məlum oldu ki, onların sayı 50 nəfər olacaq.

Bu missiyanın məqsədi tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərməkdir. Missiya Ermənistan ərazisində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məsuliyyət zonasında yerləşəcək. Ziddiyyətin inkişaf dinamikası bizə o qənaətə gəlmək imkanı verir ki, problemin həlli üçün nə Fransa dövlətinin, nə onun prezidentinin, nə də ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasına ehtiyac yoxdur”.

Artıq Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Azərbaycan 30 illik münaqişənin məcburən, özünü müdafiə edərək, güc tətbiq etməklə həllinə nail olub. Qarabağ müharibəsi dövründə qondarma “Dağlıq Qarabağ” ı tanıyan bir sıra qətnamələr qəbul ediblər. Bildiyimizə görə noyabr ayının ortalarına Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə hazırlanır. Azərbaycanın Parisdəki səfirliyinə iki dəfə basqın edilib. Belə münasibətdən sonra şübhəsiz ki, Azərbaycan da Fransa ilə bütün əlaqələri kəsməli olacaq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Ermənistan tərəfindən Azərbaycanın Livandakı və ABŞ-dakı səfirliklərinə qarşı təxribatlar törədilib. Sonuncu təcavüz aktının, terrorun – Azərbaycanın ABŞ-dakı səfirliyinin avtomobilinə odlu silahdan atəşaçılmasının görüntüləri var.

Biz ABŞ-ın, Fransanın və Azərbaycanın terrora məruz qala biləcək diplomatik missiyasının mövcud olduğu digər ölkələrin hökumətlərini məsuliyyətli olmağa və beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırırıq. Heç bir şübhə yoxdur ki, terror və vandalizm aktları Ermənistan tərəfindən təşkil edilib”.

Ermənilərin belə terrorlara qadir olduqlarının biz 1990-cı illərdə şahidi olmuşuq. Ermənilər tərəfindən Azərbaycanda 32 terror aktı törədilib. Bunlar metroda, avtobuslarda, bərələrdə və qatarlarda həyata keçirilib. Bunun nəticəsində 2000-dən çox dinc azərbaycanlı həlak olub.

Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculu-bərpa işləri gedir. Lakin erməni cinayətkarlarının işğal etdikləri ərazilərdə demək olar bütün binalar, evlər dağıdılıb, 67 məsciddən yalnız ikisi az zərər çəkib. İnanc yerlərimiz təhqir olunub, məscidlərimizdə donuz və inək saxlanılıb. Bütün bunlar ermənilərin müsəlman xalqına olan sonsuz nifrətindən irəli gəlir.

Azərbaycan Respublikasının Prezidenti həmçinin qeyd edib ki, 2020-ci ilin noyabr ayında Rusiya Federasiyasının vasitəçiliyi ilə üçtərəfli Bəyanat qəbul edilib. Azərbaycan Bəyanatın bütün müddəalarını yerinə yetirir. Bəyanat Ermənistandan Qarabağa maneəsiz girişi təmin edir, lakin Ermənistan Azərbaycanın əsas hissəsindən Naxçıvana girişini təmin etməyərək hüquqi öhdəliyini yerinə yetirmir. Həmçinin Azərbaycan ərazisindən Ermənistan silahlı qüvvələrini indiyədək çıxarmayıb. 2020-ci ilin noyabr Bəyanatının bu iki vacib bəndi icra edilməzsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq.

Sabir Tağıyev
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru,
TURAN Elmlər Akademiyasının akademiki,
Ceyranbatan qəsəbə Ağsaqqallar Şurasının sədri

Əvvəlki yazı

Ordumuz Ermənistanı atəşə tutub? – AÇIQLAMA

Sonrakı yazı

Fəzail İbrahimli: “Soxmayın burnunuzu belə yazılara”

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.