Tarixdə bu gün hansı hadisələr baş verib?
Reportyor.info fevralın 18-də baş verən ən mühüm hadisələrin xronlogiyasını təqdim edir:
1451 – Fateh Sultan Mehmet ikinci dəfə taxta çıxıb.
1855 – II Aleksandr Rusiya İmperiyasının imperatoru olub.
1952 – Türkiyə ilə Yunanıstan NATO üzvlüyünə qəbul olunublar. Kipr və Egey dənizi məsələlərində aralarında mübahisə olan iki dövlətin eyni vaxtda alyansa qəbulu NATO-nun prinsipial mövqeyi idi.
1965 – Böyük Britaniyanın Afrikadakı müstəmləkəsi olan Qambiya dövlət müstəqilliyini elan edib.
1990 – Erməni terrorçularının Yevlax-Laçın yolunun 105-ci km-də “Şuşa-Bakı” marşrutu ilə hərəkət edən avtobusu partlatması nəticəsində çox sayda insan həlak olub.
2004 – İranda kimyəvi maddələr daşıyan qatarın partlaması nəticəsində 5 kənd dağılmış, 320 nəfər adam həlak olub.
2009 – “Bakı İslam mədəniyyətinin paytaxtı – 2009” tədbirlərinin təntənəli açılışı olub.