08-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Tanınmış cərrah icra başçısından DTX-ya şikayət etdi

07 Oktyabr 2019, 11:06
Seçmə, Manşet, Banner
A A
Tanınmış cərrah icra başçısından DTX-ya şikayət etdi

“Regal” MTK adlı tikinti şirkəti tərəfindən evi qanunsuz olaraq uçurulan və kompensasiya verilməyən tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya Proktoloqlar Cəmiyyətinin, Çexiya Həkimlər Birliyinin və Avropa Endoskopik Cərrahlar Birliyinin üzvü Qafar Bədəlxan oglu İskəndərov xeyli müddətdir ki, haqqının bərpa olunması istiqamətində mübarizə aparsa da, hələlik bir nəticə əldə edə bilmir. 

Xatırladaq  ki, Qafar İskəndərovun Bakı şəhərində olan yeganə evi 2017-ci ilin may ayının 16-da tikinti şirkəti “Regal” MTK-nın rəhbərliyi və sahibləri tərəfindən razılaşma və müvafiq məhkəmə qərarı olmadan uçurulub, yerlə bir edilib. Bu haqda onun Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Açıq məktub və müraciəti “AzPolitika.info” saytında dərc edilib.

Bir qədər əvvəl isə məhkəmələr tərəfindən də hüquqları pozulan həkim-cərrah Milli Məclisin sədrinə və deputatlara müraciət etmişdi. Ancaq həllik hər hansı müsbət dəyişiklik baş verməyib.

Qafar İskəndərov bu hadisədə yalnız bir vətəndaş kimi onun hüquqlarının pozulmadığını, həm də cinayətin baş verdiyi qənaətindədir. Buna görə də hüquq-mühafizə orqanlarını, o cümlədən Dövlət Təhlükəsizliyi Xidmətiini baş verənləri araşdırmağa çağırır. Onun bir nüsxəsini “AzPolitika.info”-ya təqdim etdiyi müraciətdə bildirilir:

“Mənim evin 16 may 2017 ci il tarixdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun göstərişi ilə qanunsuz sökülmüşdür. Diqqətinizə çatdırım ki, mən 13 sayli Notariat kontorunun Dövlət notariusu Kəmalə Hüseynzadənin mənim mülkümkə bağlı qanunsuz müqaviləni təsdiqlədiyi və vəzifə səlahiyyətlərini aşdığı üçün Nəsimi Rayon Prokurorluğuna, Nəsimi rayon Polis İdarəsinə onun, eləcə də 59 saylı MİS-in rəisi Ələsgər Rüstəmovun, pasport qeydiyyatçısı Zərifə Salahovanın haqlarında cinayət işinin başlanması üşün müraciət etmişəm. Hazirda Kəmalə Hüseynzadənin səlahiyyətləri daha da artırılaraq ona ASAN Xidmətdə iş verilmişdir…”

Qafar İskəndərov daha sonra bildirir ki, 20-ci polis bölməsində araşdırma zamanı 59 saylı MİS-in rəisi Ələsgər Rüstəmov və pasport qeydiyyatçısı Zərifə Salahova tərəfindən onun mülkü ilə əlaqədar saxta 2 sayli forma (arayış) verildiyi  aydın olub: “Nəzərinizə çatdırım ki, bu fakt 3 il ərzində nə prokurorluq (Nəsimi rayon, Bakı şəhər, AR Baş prokurorluğu) orqanları, nə polis orqanları, nə məhkəmələr tərəfindən, nə də mənim vəkilim tərəfindən aşkar edilə bilinməmişdir… Buna görə 20-cı polis bölməsinin təhqiqatçısı, polis mayoru Nazim Qədirov “mükafatlandırılmalıdır”. Lakin ola da bilər ki, bu polis mayoru cəzalandırılsın.

17 may 2019-cu il tarixdə “Regal” MTK-nın xahişi ilə Nəsimi rayonunun icra başçısı Asif Əsgərovun göstərişi ilə qanunsuzluğu pərdələmək üçün 59 saylı MİS-in rəisi Ələsgər Rüstəməv və pasport qeydiyyatçısı Zərifə Salahova tərəfindən mənim mülküm üçün saxta 2 saylı forma (arayış) verilmişdir (Bu məlumatı mənə adının gizli saxlanmasını istəyən Nəsimi Rayon İcra Hakimiyyətində çalışan bir məmur vermişdir). Nəticədə mənə külli miqdarda maddi və mənəvi ziyan dəymişdir.

Mən mətbuat konfransı keçirən zaman 59 saylı mənzil istismar sahəsindən öncədən hazırlanmış təhdid mesajı aldım. Yəni mənim Azərbaycana gəlməməm “məsləhət görüldü”. Əgər gələrəmsə, guya mən DTX-nın əməkdaşları tərəfindən həbs olunmalı idim. Buradan agah olunur ki, adları yuxarıda çəkilən qrup Prezidentin adından danışmaları kifayət etmədiyi üçün utanmadan, çəkinmədən, qorxmadan DTX-nın adından istifadə etmişlər və bu günə qədər də heç bir cəza almamışlar. Mən bununla əlaqədar 2017- ci ildə DTX-ya məlumat versəm də,  təəssüflər olsun ki, tədbir görülməmişdir. Bir neçə gün əvvəl bu təhdid barədə DTX-ya yenidən məlumat vermişəm.

İnanıram ki, yeni təyin olunmuş rəis, hörmətli cənab Əli Nağıyev bu məsələni şəxsi nəzarətinə götürəcək və bu təhdidi hazırlayan, DTX-nın adından istifadə edən qruplaşma öz cəzalarını alacaq.

Mətbuat vasitəsilə bir daha Ali Məhkəmənim sədri Ramiz Rzayevə və Ali Məhkəmənin mətbuat katini cənab Allahverdi Məmmədliyə çatdırmaq istəyirəm ki, mənimlə “Regal” MTK arasında aparılan məhkəmələr zamanı düzgün araşdırmalar aparılmamışdır. Buyurun, tanış olun:

1. Evimin sahəsi düzgün hesablanmayıb (ekspert rəyləri məhkəməyə təqdim olunub).
2. Əmək haqqım haqqında arayışlar birinci məhkəmə instansiyasında yoxa çıxarılıb. Yeni arayış təqdim etmişəm.
3. Heç bir məhkəmə instansiyasında talan olunan evimin əşyaları araşdırma predmeti olmamışdır.
4. Məni şirkət Bakı şəhərinə dəvət etdiyi üçün mən 1,5 ay əmək haqqı, yəni 13.500 dollar itirmişəm. Buna hakimlər göz yumublar.
5. Məhkəmə və istintaq işlərində iştirak etməklə bağlı iş kontraktımı itirməyim nəticəsində bir illik əmək haqqımdan, yəni 109.200 ABŞ dolları ( yəni 185.640 manat) dollardan məhrum olmuşam. Hakimlər buna da göz yummuşlar.
6. Müəmmalı şəkildə evimin gizli saxlanc yerindən yoxa çıxan 50.000 dollardan söhbət açılmayıb.
7. Mənim üç il ərzində qaldığım mehmanxana və təyyarə biletlərinə xərclədiyim vəsait nəzərə alınmayıb. Halbuki, cavabdeh vətandaşlarla müqavilə bağlanması zamanı vətəndaşlarla tikinti təhvil verilənə qədər kirayə haqqı ödənməsi öhdəçiliyə götürülmüşdür.
8. Azərbaycan qanunvericiliyində nəzərdə tutulur ki, borclunun borcu odədiyi günə qədər faiz dərəcəsi (bank faizi ilə) hesablanmalıdır. (AR MM 449.1)
9. Torpaq sahəsinə görə qiymətləndirilmə aparılmayıb. Torpaq vergisi ödənilməsi haqqında sənədlər məhkəməyə təqdim olunub və qiymətləndirmə üçün ekspertizaya göndərilməsi üçün vəsadət qaldırmağına baxmayaraq, hakimlər vəsadəti təmin etməyib.
10. Mənə dəymiş mənəvi ziyan çox cüzi hesablanmışdır
11. İşin araşdırılması zamanı çox aydın aşkar olunur ki, “Regal “ MTK–nın əməkdaşları tərəfindən cinayət hadisəsi törədilmişdir. Bu AR CM 186.2.1-ci,308.2-ci, 309-cu və 322-ci maddələrində nəzərdə tutulmuş cinayət hadisəsinin törədilməsi faktını təsdig edir. Eyni zamanda “Regal” MTK AP Konstitusiyasının 29.1 29.2 29.4 33.1 33.2 maddələrini heçə sayarag, AR Konstitusiyasını ayaqları altına atmışlar. Bu cinayət əməllərinə görə məhkəmələr xüsisi qərardad cıxarmalı və prokurorluğa cinayət işinin qaldırılması üçün göndərməli idilər. Vəsadətim təmin olunmayıb. (???)
12. Məhkəmə və hüqüq mühafizə orqanları 59 saylı MİS-in rəisi Ələsgər Rüstəməvun, pasport qeydiyyatçısı Zərifə Salahovanin və 13 saylı notariusun dovlət notariusu Kəmalə Hüseynzadənin dələduzluq, vəzifələrindən süi- istifadə etmələrinə dair qanunsuz əməllərinə hüquqi giymət verməmişlər.

Yuxarıda sadalanan 12 bəndi istənilən vətəndaş oxuduğu zaman hakimlərin savadsızlığını görür və onların bu faktlara nəyin müqabilində göz yumduqlarını anlayırlar. Yəni, bu məhkəmə araşdırmaları ilk prosesdən düzgün aparılmayıb.

Çox hörmətli Ali Məhkəmənin sədri cənab Ramiz Rzayev, məhkəmələrin yuxarıda qeyd olunan qanunları kobudcasına pozduqları aşkar görünür. Bunun üçün Ali Məhkəmədə qeyd-şərtsiz mənim kassasiya şikayətim təmin olunmalı və bu nöqsanların tam aradan qaldırılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılmalıdır.

Mən əminəm ki, bu məhkəmə prosesi aidiyyatı səlahiyyətli şəxslərin, müafiq orqanların, Konstitusiya Məhkəməsinin, medianın, Prezidentin, I vitse-prezidentin, Prezident Administrasiyasının nəzarətində, Azərbaycanda və xaricdə yaşayan həmyerlilərimizin diqqətində olacaqdır”.

Qeyd: Müraciətdə adları çəkilən şəxslərin və qurumların da mövqeyini işıqlandırmağa hazırıq.

Əvvəlki yazı

“Bərdə fironu” haqda qandonduran – Faktlar

Sonrakı yazı

İlham Əliyev Putinə zəng etdi

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.