Türkiyənin tanınmış aktrisası Bergüzar Korel haqqında araşdırma başladılıb.
Reportyor.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa ötən gün polis bölməsinə çağrılıb. Buna səbəb sənətçinin “Twitter” hesabında “Xalqa qarşı kin bəsləmə və onları alçaltmaq” məqsədilə edilən paylaşımlar olub.
Polis bölməsinə gedən aktrisa “Twitter” hesabı olmadığını bildirib. Məlum olub ki, aktrisanın adından saxta profil açılaraq təhqirlər yazılıb.
Sənətçi saxta hesab açanları məhkəməyə verəcəyini bildirib.

