12-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Tanımadığım insanlar mənə yazır” – Arzu

28 Oktyabr 2019, 13:58
Gündəm, Seçmə
A A
“Tanımadığım insanlar mənə yazır” – Arzu

ABŞ-ın Kaliforniya ştatında rusiyalı məşhur telejurnalist, ermənipərəst mövqeyi ilə seçilən Vladimir Poznerlə təşkil edilən görüş zamanı verdiyi sualla onu çətin vəziyyətə salan azərbaycanlı gənc Arzu Məmmədova Axar.az-a geniş müsahibə verib.

– Mümkünsə, bir az özünüz haqda danışın…

– Mən Arzu Cahid, 1992-ci il iyulun 22-də Bakıda doğulmuşam. Əslən qarabağlıyam. Moskvada böyümüşəm və orada lisey bitirmişəm. Bakıya qayıtdıqdan sonra Moskva Dövlət Universitetinin Bakı filialında təhsil aldım. Bakalavr və magistraturanı qırmızı diplomla bitirmişəm. 10 aydır ki, ABŞ-ın Kaliforniya ştatına köçmüşəm. Köçməzdən əvvəl “Nərgiz” jurnalının saytının baş redaktoru vəzifəsində çalışırdım. Ana dilindən əlavə rus, ingilis, ispan dillərində, Türkiyə türkcəsində sərbəst danışıram. Hazırda ivrit dilini öyrənirəm.

– ABŞ-a niyə getmisiniz?

– Təhsil almaq məqsədilə gəlmişəm. Lokalizatsiya menecmentlik (Menencmentin təşkili) üzrə təhsil alıram. Bu, ABŞ üçün yeni sahə sayılır, mənim ikinci magistratura təhsilimdir. Hazırda əsas məqsədim PHD-ni (doktorantura) qazanmaqdır.

ABŞ-da tək yaşayıram. 3 işdə çalışıram: həm institutda dərs deyirəm, həm professorun köməkçisiyəm, həm də bir neçə tələbənin layihəsinə kömək edirəm.

– Tədbirdə iştirak etmək qərarına necə gəldiniz? Bunu sizə kimsə məsləhət gördü, ya öz fikriniz idi?

– Mən biləndə ki, rusiyalı telejurnalist, ermənipərəst mövqeyi ilə seçilən Vladimir Pozner Kaliforniyaya gəlir, həmin an orada iştirak etmək qərarına gəldim. Burada belə bir ənənə var ki, nüfuzlu şəxslər gəlib açıq mühazirələrdə iştirak edirlər. Bu tədbirə çox sayda rus gəlmişdi, həmçinin, postsovet ölkələrindən gələnlər çox idi. Bundan başqa, hərbi müəllimlər və tələbələr çox idi. Pozner orada bildirmişdi ki, buradakıların heç birinin Qarabağ haqqında məlumatı yoxdur və Qarabağ burada heç kəsə maraqlı deyil. Ancaq bu, tamamilə yanlış idi. Çünki orada əyləşənlərin hamısı ya Rusiya ilə maraqlananlar, ya bu haqda tam məlumatı olanlar, ya da Ermənistan-Azərbaycan münaqişəsi barədə bilənlər idi.

Mən Poznerin gəldiyini biləndə artıq qərara almışdım ki, Qarabağla, onun ermənipərəstliyi ilə bağlı sual verəcəm. Məqsədim o idi ki, həm Qarabağ, həm də Azərbaycan haqqında məlumat verim. Sual verərkən çox çalışdım ki, pafoslu və emosional ifadələr qatmayım və ancaq faktlarla danışım. Sualımı da birnəfəsə yazmışdım. Bilirdim ki, o, mənim sualımı kəsəcək, ancaq buna imkan vermədim. Sual verəndən sonra o, hər kəsi oturtdu ki, qarşılıqlı sual verilməsin. Ancaq mən sualımdan sonra oturmadım.

– Sualınızı özünüz hazırlamışdınız?

– Poznerə nə sual verəcəyimi özümdən başqa heç kəs bilmirdi. Çünki ABŞ-da sənin tədbirdə iştirakın, iştirakçılara verəcəyin suallar tam sərbəstdir. Kimsə gəlib sənə “o sualı vermə, bu sualı ver” deyə bilməz. Bu, açıq tədbir idi deyə, kimin və hansı sualı verəcəyi əvvəldən planlaşdırıla bilməzdi. Hər kəs istədiyi sualı verə bilirdi və mən də öz növbəmi gözlədim. Növbə mənə çatanda isə əvvəldən hazırladığım sualımı ona verdim.

– Sizə tədbirdən sonrakı münasibət necə oldu? Yəqin ki, Pozneri yerində oturtmağınız hamının diqqətini çəkib?

– Tədbir bitəndən sonra çox həyəcanlı idim deyə, heç anlaya bilmirdim ki, necə oldu, necə keçdi. Tədbir bitəndən sonra çox adam yaxınlaşdı mənə. Həyəcandan ancaq dostlarıma baxa-baxa qalmışdım. Sual edirdim ki, nə baş verdi, necə oldu? Ancaq bir neçə saniyə sonra heç tanımadığım insanlar yaxınlaşanda, məni sualıma görə təbrik edəndə, ən provokativ sualın mənim sualım olduğunu deyəndə bildim ki, çıxışım yaxşı olub. Tədbirdən sonra tanımadığım şəxslərdən “siz onu dalana dirədiniz”, “onu çıxılmaz vəziyyətə saldınız”, “sualınız ləzzət etdi” kimi fikirlər eşitdim. Hamısı mənə dedi ki, sizin sualdan sonra göründü ki, Pozner cavab verməyə söz axtarır, vaxtı uzadır. Hərbi Akademiyada çalışan bir belaruslu müəllim dedi ki, o özü də sual vermək istəyib, lakin qorxduğu üçün bunu etməyib. O da Belarus-Rusiya haqqında sual vermək istəyirdi. Ancaq ehtiyat etdiyi üçün vermədi. Orada Gürcüstandan olan tələbələr də çox idi, onlardan da sual verən olmadı. Düzünü deyim ki, mən əvvəldən erməni tələbələrdən də sual, hər hansısa addım gözləyirdim. Əvvəlcədən özümü buna da hazırlamışdım. Tədbirdən əvvəl BMT-nin bütün qətnamələrinin nömrələrini əzbərləmişdim ki, hər hansısa təxribat olarsa, emosiya və hissə qapılmadan faktlarla danışım.

– Tədbirdəki çıxışınızdan sonra azərbaycanlılardan yəqin ki, çox mesaj alırsınız.

– Mən çox qürurluyam. Bu çıxışımdan sonra dünyanın dörd bir yanından mesajlar alıram. Heç tanımadığım insanlar mənə yazır və bu, məni çox qürurlandırır. Almaniyada yaşayan bir azərbaycanlı qardaşımız yazıb ki, “unutma, sənin Almaniyada bir qardaşın var, nə vaxt nəyə ehtiyac olsa, mənə xəbər et”, Nyu Yorkdan bir ailə yazıb ki, sənin artıq burada da bir ailən var, nə problemin olsa, bizə bildir. Bu bir neçə gündür, azərbaycanlılardan çox möhtəşəm dəstək görürəm. Saysız-hesabsız mesajlar alıram. Hisslərimi necə ifadə edim, bilmirəm. Fürsətdən istifadə edərək, hər kəsə təşəkkürümü bildirmək istəyirəm.

– Təhsilinizi başa vurduqdan sonra Azərbaycana qayıdacaqsınızmı?

– Hələ ki, bununla bağlı plan qurmamışam. İndi əsas məqsədim ABŞ-da təhsil almaqdır. Təhsilimlə bağlı azı 2 il burada olacağam. Təbii ki, buradan iş təklifi gələrsə, mütləq şəkildə dəyərləndirəcəyəm.

Əvvəlki yazı

Yevlaxda qəribə olay: başçı qaça-qaça gəlib…

Sonrakı yazı

Sabah Səfər ayı başa çatır

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.