Xeyriyyəçinin saxlanmasının və möhtəşəm dəstəyin səbəbi nədir?
Çoxları bu dünyada əməlləri və fəaliyyətləri ilə geniş dairədə tanınmır. Az adam var ki, qazandığını paylaşmaq zorunda olmasada, onu paylaşır və xeyirxahlığı ilə böyük hörmət qazanır.
Azərbaycan üçün, xalqı üçün yaşayan iş adamlarımızın azlıq təşkil etdiyi bir dönəmdə və xaricdə yaşayan soydaşlarımıza qarşı aqressiv münasibətlərin artdığı bir vaxtda haqqında bəhs edə biləcəyimiz və qorumağa borclu olduğumuz məsələlərə biganə yanaşmamalıyıq. Qazandığını paylaşmağa borclu olmayan, lakin Vətənini sevən, millətinə yaxşılıq etməyi öhdəlik kimi qarşısına qoyan və yorulmadan bu istiqamətdə çalışan bir insanın, Rusiyada bəzi şəxslər tərəfindən haqsızlığa məruz qaldığını eşitdikdə sarsıldıq. Amma sevənləri çox olan azərbaycanlı iş adamının həbsdə saxlamaq mümkün olmadı və ona görə birləşən insanlar ədalətin bərqərar olunması üçün çalışdılar və bacardılar…
Bir neçə gün öncə Moskavada saxlanılan iş adamı, xeyirxah insan Məhərrəm Quliyevə qarşı həyata keçirilən haqsızlıq gündəmin əsas mövzusuna çevrildi. Lakin qonşu ölkədə yaşayan azərbaycanlıların qısa müddətdə iş adamının saxlanıldığı istintaq idarəsinin qarşısına toplaşması, həmrəylik nümayiş etdirmələri nəticəsiz qalmadı. M.Quliyevin dərhal azad edilməsi üçün çalışanların və dostların dəstəyini alan iş adamı qısa zamanda sərbəst buraxılıb.
Realliqinfo.org saytının apardığı araşdırmalarından məlum olur ki, Məhərrəm Quliyevin polis tərəfindən saxlanılmasını sifariş edənlər Rusiyanın paytaxtında yerləşən Domadedovada çalışan səlahiyyətli şəxslər olub. Onlar azərbaycanlı iş adamından fəaliyyətini Domadedovada davam etdirməsini tələb ediblər. Lakin, Məhərrəm Quliyev onların təklifini rədd edib və yüzlərlə insanı işsiz qoymaqdan imtina edib. Bundan sonra o saxta ittihamla saxlanılıb. Lakin, azərbaycanlı iş adamına böyük dəstək verilib və o dərhal sərbəst buraxılıb. Məhərrəm Quliyevi sevənlər, onun xeyirxah əməllərinə görə ona sayğı göstərənlər Domadedovadan gələn sifarişi cavabsız qoymayıblar və onların əməyi nəticəsində həmin şəxslər işlərindən kənarlaşdırırlıb.
Azərbaycanlı iş adamına qarşı Domadedovadan başlanan təzyiqlərin cavabsız qalmadığını bildirsək də, çirkin niyyəti olanların dəyişəcəyinə şübhə edirik. Və inanırıq ki, millətinə və onun nümayəndələrinə daim dəstək verən Məhərrəm Quliyevin qorunması şərtdir. Bu mənada mediamızın üzərinə də bir öhdəlik düşür.
Məhərrəm Novruz oğlu Quliyevi Azərbaycanda yaşayanlar hamılıqla tanımır. Bu iş adamı, xeyirxah insan 1966 – cı ildə Şəmkir rayonunun Çinarlı kəndində dünyaya göz açıb. 8 – ci sinifdə oxuyarkən Rusiyaya gedib və özünə biznes qurub. Son hadisə göstərdi ki, Məhərrəm Quliyev qonşu ölkədə azərbaycanlıları daim himayə edib və onun insanlara qayğısı nəticəsiz qalmayıb. Saxlanılan zaman yüzlərlə insanın, həmyerlimizin istintaq idarəsinin qarşısına toplaşması və iş adamlarının verdiyi dəstək Quliyevin illərini boşa xərcləmədiyinin bariz nümünəsi sayılır.
Məhərrəm Quliyev Azərbaycandan olunan müraciətlərə də biganə qalmayıb. İnsanların işlə təmin olunması, yardıma ehiyac duyan insanlara daim yardım etməsi iş adamının həyat prinsiplərindən biri olub. Onun Azərbaycan və vətəninə olan sevgisi çoxlu həmyerlimizin qonşu dövlətdə iş adamına çevrilməsinə səbəb olub. Imkansız insanların müalicəsi üçün də var – dövlətini xərcləyən Məhərrəm Quliyevin, Şəmkir rayonunda tikdirdiyi məktəb və məscidlər onun fəaliyyətinin tarixcəsinə yazılıb .
İllərlə soydaşlarını himayəsinə alan, vətənini sevərək onun maraqlarını qoruyan iş adamı doğma kəndin yollarının abadlaşdırması ilə sakinlərin sevgisini qazanıb.
İsər Rusiyada, istərsədə digər dövlətlərdə yaşayan azərbaycanlılar sırasında Məhərrəm Quliyev kimi vətənini, millətini düşünənlərin azlıq təşkil etdiyi bir vaxtda belə insanın cəmiyyətimizdə tanınması şərtdir və onun etdikləri alqışlanmalıdır.
Azərbaycanlı iş adamı Rusiyada yaşadığı dönəmdə bir sıra yüksək dairələrdə də böyük hörmət qazanıb. Məhz ötən gün onun rast olduğu haqsızlıqdan dərhal sonra məşhur azərbaycanlı milyarder Qod Nisanov azərbaycanlı iş adamını dəvət edərək onunla görüşüb. Saytın əldə etdiyi məlumata görə, bu görüş də təsadüfü deyil və M.Quliyevə illərlə etdiklərinə görə Q.Nisanov tərəfindən göstərilən dəstəkdir.
Biz Realliqinfo.org olaraq Məhərrəm Quliyevin fəaliyyəti və keçdiyi həyat yolu ilə bağlı geniş material hazırlayırıq. Məqsədimiz azərbaycanlıların onun vətən və insanlarımız üçün etdiyi fədakarlıqlarla tanış olması və onu yaxından tanımasına yardımçı olmaqdır.
Bizi izləyin.
Realliqinfo.org