05-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Tahir Zəngilan”a 2 il  6 ay həbs cəzası verildi

17 İyun 2021, 17:44
Cəmiyyət
A A
“Tahir Zəngilan”a 2 il  6 ay həbs cəzası verildi

2020-ci ilin iyulunda Bakıda keçirilmiş Orduya dəstək yürüşünü başladanlardan biri olduğunu deyən Tahir Heydərov 2 il 6 ay azadlıqdan məhrum edilib. İyunun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Sosial şəbəkələrdə “Tahir Zəngilan” kimi tanınan Heydərov narkotik ittihamlı ilə təqsirli bilinib.

Amma hökmdən öncə məhkəmədə son sözünü deyən Heydərov bu ittihamın saxta olduğunu, siyasi sifarişlə həbs edildiyini vurğulayıb. O bildirib ki, haqqı olanı tələb etdiyinə görə bu gün dəmir barmaqlıqlar arxasındadır.

“Biz bu dövlətin düşməni deyilik”

“Məni tutan polislərin özləri də etiraf elədilər ki, bu iş sifarişdir. Mən qarabağlıyam. Qarabağı tələb eləmişəm, əcəb eləmişəm. Buna görə adamı şərləyib türməyə salarlar? Biz bu dövlətin düşməni deyilik. Vicdanlı adamlara böhtan atanlar, insanları şərləyib, ailələri ağlar qoyanlardır xalqın düşməni…”, – Heydərov son sözündə belə deyib.

O əlavə edib ki, nə narkotikdən istifadə edib, nə də onun satışıyla məşğul olub. (Azadliq.org)

Heydərov CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə suçlanırdı. Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. İddia olunurdu ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onu saxlayarkən cibindən külli miqdarda (6 qram) narkotik maddə tapılıb.

Məhkəmə bu ittihamı CM-in 234.1 (satış məqsədi olmadan narkotik əldə etmə, saxlama) maddəsinə tövsif edib və Heydərovun 2 il 6 ay azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb. O, 2020-ci ilin oktyabrından həbsdədir.

Onun ailə üzvləri AzadlıqRadiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək: “Bu hökm də bizi qane edə bilməz. Günahsız bir adamı evinin yanından tut apar, işgəncəyə məruz qoy, sonra da 2 il yarım cəza ver… Biz necə razı qalaq?”.

Heydərov məhkəmədə ifadə verərkən bildirib ki, oktyabrın 15-də Lökbatan qəsəbəsində yaşadığı yataqxananın yaxınlığındakı kafedə dostu ilə birlikdə oturduğu vaxt polislər onları tutub Qaradağ rayonu, 10-cu polis bölməsinə aparıblar. Yolda gedərkən cibinə narkotik maddəni atıblar. Onun sözlərinə görə, həm 10-cu polis bölməsində, həm də Baş Narkotiklərlə Mübarizə İdarəsində işgəncələrə məruz qalıb, ailə üzvləri ilə təhdid olunub.

Məhkəmədə dindirilən polis əməkdaşları isə onun cibinə narkotik atılması və işgəncəyə məruz qalması haqda dediklərini təkzib edib.

2020-ci ildə Ermənistanla Tovuz istiqamətində döyüşlərdən sonra iyulun 14-də Bakda orduya dəstək yürüşü keçirilib və orada olaylar yaşanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub. Bu cinayət işi üzrə həbs olunanlara özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. Təqsirləndirilənlərin işi üç qrupa ayrılıb. Bir qrupuna bu həftə şərti cəza kəsilib.

Əvvəlki yazı

Azərbaycanda koronavirusla bağlı sevindirici statistika – Ölən olmadı

Sonrakı yazı

Diaspor Komitəsi Van Dammın oğluna müraciət etdi

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.