23-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Tağı Əhmədov YAP-ın binasında adam döyüb? – İstintaq

06 Fevral 2022, 16:24
Banner
A A
Tağı Əhmədov YAP-ın binasında adam döyüb? – İstintaq

Bu günlərdə səhhəti heç də yaxşı olmayan, özünün də təsdiq etdiyi kimi onurğa xəstəliyi ilə bağlı  hərəkət qabiliyyətini itirən Tağı Əhmədov – “Bakı Metropoliteni”nin keçmiş rəhbəri və YAP-ın Yasamal təşkilatının keçmiş sədri partiyanın binasında adam döydüyü üçün istintaqda dindirilib. Lakin ifadəsində bu deyilənləri təsdiq etməyib.

Reportyor.info xəbər verir ki, bu epizod  barədə Tağı Əhmədovun sələmə verdiyi 2 milyon manatın mənimsənilməsi işi üzrə davam etməkdə olan məhkəmədə danışılıb.  Tağı Əhmədovun YAP-ın Yasamal təşkilatının binasında ona sələmlə pul verdiyini, qaytara bilməyəndə isə onu döydüyünü iddia edən Səadət Xəlilov onun məhkəmədə dindirilməsini tələb edir.  Xəlilovun vəkili Hafiz Ələsgərov fevralın 4-də məhkəmədə bu barədə vəsatət qaldırıb. Vəkil deyir ki, aylardır bu məhkəmə prosesi davam edir və hər iclasda da Tağı Əhmədovun adı çəkilir.

Xəlilov 2 milyon manatlıq dələduzluqda suçlanır. Cinayət işinin materiallarında iddia olunur ki, o, Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini Soltan Əliyevdən mərmər biznesi adıyla pul alıb, sonra onu aldadaraq geri qaytarmayıb. Əliyev də bu iş üzrə zərərçəkmiş qismində tanınıb.

Xəlilov isə deyir ki, yalandır. Pulun sahibi Əhmədovdur. Onun sözlərinə görə, “Bakı Metropoliteni”nin sabiq rəisi pulu ona faizlə verib. Əvvəl 200 min, sonra 800 min, daha sonra 1 milyon manat sələmlə pul verib. Bunun müqabilində Əhmədova müəyyən qədər faiz də ödənilib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, sonradan İran və Qazaxıstandakı tərəfdaşları mərmərləri göndərmədiyindən biznes uğursuzluğa uğrayıb, pulu ödəyə bilməyib. Problemlər yarananda isə Tağı Əhmədovun həm özü, həm də qohumları tərəfindən zorakılığa məruz qalıb.

“Elə bir məhkəmə iclası olmayıb ki, orada Tağı Əhmədovun adı çəkilməsin. Hüquqlarını müdafiə etdiyim şəxslə Tağı Əhmədov arasında dəfələrlə telefon danışıqları olub. Xahiş edirəm, mobil operatora sorğu göndərilsin, müvəkkilimlə Tağı Əhmədov arasındakı telefon danışıqları haqda məlumat alınsın. Müvəkkilim bildirir ki, Tağı Əhmədov pulu ona YAP-ın binasında verib, onu YAP-ın binasında döyüb. Xahiş edirik, Tağı Əhmədov məhkəməyə çağırılsın…”, – vəkil bildirib.

Müdafiəçi xatırladıb ki, metropolitenin sabiq rəisi bu iş üzrə istintaqda dindirilib. Ona görə məhkəmədə də dindirilməsi vacibdir.

Təqsirləndirilən Xəlilov özü də onun məhkəməyə gəlməsini istəyib: “Mənim də ona veriləsi suallarım var”.

Amma hakimlər buna razılıq verməyib. Əvəzində Əhmədovun istintaqdakı ifadəsini məhkəmədə elan ediblər. Həmin ifadədə Tağı Əhmədov Səadət Xəlilovun YAP-ın Yasamal təşkilatında onun kabinetində olduğunu təsdiqləyib: “Təxminən dörd-beş il əvvəl dostum Soltan məndən borc pul istədi. Dedi ki, Səadət adlı tanışı mərmər işiylə məşğuldur, onlar birlikdə işləyəcəklər. Soltan Səadəti mənim otağıma gətirmişdi. Dedim ki, sizin işinizə qarışmayacam, məni maraqlandırmır”.

Xəlilov pulu qaytara bilməyəndə onu YAP-ın binasında döyməsi barədə təqsirləndirilən şəxsin dediklərinə gəlincə, T.Əhmədov ifadəsində bunu təkzib edib: “Elə şey olmayıb”.

Səadət Xəlilov CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunur. Bu maddədə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Xatırladaq ki, bir neçə il əvvəl də Tağı Əhmədovun adı məhkəmələrdə zərərçəkən qismində. Çünki “Bakı Metropoliteni” QSC-yə rəhbərlik etdiyi dövrdə MTN  generalı Akif Çovdarov onu həbslə qorxudub  3 milyon dollarını almışdı. T.Əhmədova qarşı kompromat kimi onun metrodan jetonları oğurlaması, metro keçidlərində ticarətdən daxil olan pulları mənimsəməsi və s. istifadə olunmuşdu.

Əvvəlki yazı

Əvəz Zeynallı Cavanşir Feyziyevi darmadağın etdi – VİDEO

Sonrakı yazı

Bahəddin Həzi Mətbuat Şurasından istefa verdi – Feyziyevə görə…

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20
Yol polisi piyadalara çağırış etdi

Yol polisi piyadalara çağırış etdi

22 Avqust 2025, 10:18
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

22 Avqust 2025, 10:16
Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

22 Avqust 2025, 10:14
İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

22 Avqust 2025, 10:12
Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48
“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

20 Avqust 2025, 14:41
İlham Əliyev xanımı ilə Gəncəyə getdi

İlham Əliyev xanımı ilə Gəncəyə getdi

20 Avqust 2025, 14:29
Roza Cəlilova qızını polisə verdi – Video

Roza Cəlilova qızını polisə verdi – Video

20 Avqust 2025, 12:33
“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

20 Avqust 2025, 12:30
Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

20 Avqust 2025, 11:52
“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

20 Avqust 2025, 11:51
TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

20 Avqust 2025, 11:49
“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

20 Avqust 2025, 11:38

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.