12-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Tibb bacıları körpələri qoyub mətbəxdə çay içiblər…

07 Oktyabr 2024, 13:56
Cəmiyyət
A A
“Tibb bacıları körpələri qoyub mətbəxdə çay içiblər…

 

Respublika Perinatal Mərkəzində 7 körpənin ölümü ilə nəticələnən hadisə ilə bağlı məhkəmə gedir. “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan iş gərgin başlayıb.

 

Məlumat üçün deyək ki, bu iş üzrə üç nəfər – Mərkəzin rəhbəri Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli mühakimə edilir.

 

İlk iclasdan görünən odur ki, həm təqsirləndirilən şəxslər, həm hüquqi varislərdən bəziləri işin istintaqından narazıdırlar. Mehriban Abasquliyeva iki vəkili və bir nümayəndəsi vasitəsilə etirazını məhkəmənin diqqətinə çatdırıb.

 

“Hadisə vaxtı işdə olan həkimlər uşaqları xilas etmək imkanları olduğu halda bunu etməyiblər. Məsələn, tibb bacıları körpələrin yanında olmalı olduğu halda gedib mətbəxdə çay içiblər. Amma həmin şəxslər bu gün ittiham edilmir. Niyə?”, – Abasquliyevanın vəkili Muxtar Mustafayev sual edib.

 

Hadisə nəticəsində körpəsini itirən Lalə Ramazanovanın nümayəndəsi də işin istintaqa qaytarılmasında maraqlıdır. Nümayəndə hesab edir ki, bu hadisədə başqa şəxslər də cinayət məsuliyyətinə cəlb edilməlidir.

 

“Hadisənin necə baş verməsi qalıb kənarda, istintaq başqa yöndə aparılıb. Bundan başqa, hadisə baş verən vaxt xəstəxanada olan bəzi işçilər məsuliyyətə cəlb edilməyib. Halbuki onlar kömək edə bilərdilər. İndi həmin işçilər zərərçəkmiş kimi tanınıblar. Evində olanlar cəlb edilib, iş başında olanlar yox. Hesab edirik ki, bu iş istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, bəzi məsələlərə yenidən baxılmalıdır”, – nümayəndə deyib.

 

Mehriban Abasquliyevanın qardaşı, keçmiş məhkəmə hakimi Çingiz Bəşirov da bacısının müdafiəsində iştirak edir. O, təqsirləndirilən şəxsin nümayəndəsi kimi məhkəmədə iştirak edib.

 

Çingiz Bəşirov bacısının işinə ilkin istintaq vaxtı düzgün qiymət verilmədiyini deyib, iddia edib ki, müstəntiqlər işdə saxta sənədlərdən istifadə ediblər. Onun sözlərinə görə, sənədlərin əksəriyyətinin əsli olmayıb, təqsirləndirilən şəxslərin adından imzalar atılıb.

 

Prokuror Orxan Səmədov isə nümayəndənin iddialarına sərt reaksiya verib, məhkəmədən tədbir görülməsini istəyib: “Nümayəndə dövlət orqanını saxta sənədlərdən istifadə etməkdə ittiham edir. Buna yol vermək olmaz. Məhkəmə buna qiymət verməlidir”.

 

Bundan sonra Çingiz Bəşirovla prokuror arasında sözlü mübahisə yaşanıb.

 

Müzakirə edilən digər məsələ hadisə vaxtı xəstəxanada yüngül xəsarət alan 4 işçinin zərərçəkmiş qismində tanınması ilə bağlı olub.

 

Abasquliyevanın vəkili həmin şəxslərin zərərçəkmiş qismində iştirakına xitam verilməsini istəyir. Müdafiə tərəfi hesab edir ki, həmin şəxslər hadisədə cüzi xəsarət alıblar, amma irəli sürülən ittihamlarda kiminsə yüngül xəsarət almasından söhbət getmir.

 

Qaldırılan vəsatətlər məhkəmə zalında əyləşən zərərçəkmişləri qıcıqlandırıb. Onlar öz istəkləri ilə zərərçəkmiş kimi tanınmadıqlarını, heç olmaq da istəmədiklərini deyiblər.

 

İlk iclasda müzakirə edilən sonuncu məsələ isə təqsirləndirilən şəxslər barəsində seçilmiş qətimkan tədbiri olub. Cinayət işi başlandıqdan sonra müttəhimlərin hər biri haqda ev dustaqlığı qətimkan tədbiri seçilmişdi. İclasda məlum olub ki, bir neçə ay sonra həmin qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilib.

 

Mehriban Abasquliyevanın vəkili məhkəmədən qüvvədə olan həmin tədbirinin “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilməsini xahiş edib.

 

Bütün vəsatətlər elan edildikdən sonra Leyla Əsgərova Məmmədovanın sədrlik etdiyi məhkəmə heyəti qərarını elan edib. Qərara əsasən, işin prokurora qaytarılması və əlavə şəxslərin təqsirləndirilən şəxs kimi cəlb edilməsi ilə bağlı vəsatətlər baxılmamış saxlanılıb. Qərarda deyilir ki, bu məsələlərə məhkəmə istintaqı dövründə qiymət veriləcək. Qətimkan tədbirinin əvəz edilməsi ilə bağlı vəsatət isə təmin edilməyib.

 

İlk baxış iclası oktyabrın 21-nə təyin edilib.

 

Xatırladaq ki, hadisə bu ilin yanvarında baş verib. Yanğında 7 körpə həyatını itirib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham verilib.

Əvvəlki yazı

Şiddətli töhmət alan Baba Rzayev – Onu da Pirverdiyevin aqibəti GÖZLƏYİR? – DOSYE

Sonrakı yazı

Fiziologiya və ya tibb üzrə Nobel mükafatının qalibləri açıqlandı

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.