Böyük Britaniya Xarici İşlər Nazirliyi sosial şəbəkədə Rusiyada mətbuat azadlığının itirilməsinə eyham vuraraq paylaşım edib. Yazıda “Rusiyada mətbuat azadlığı” ifadəsinin təkrarlandığı, lakin hər təkrarda bir cümlənin silindiyi və sonda yoxa çıxdığı görülüb.
Rusiya Xarici İşlər Nazirliyi isə Böyük Britaniyanın yazısına istinad edərək, İngiltərədə saxlanılan Wikileaks-in qurucusu Culian Assancın fotosunu paylaşıb.
Assanj 2006-cı ildə hökumətin məxfi məlumatlarını və fotoşəkillərini dərc edən Wikileaks saytını təsis edib və 2010-cu ildə ABŞ əsgərlərinin İraqda dinc sakinləri vertolyotdan vurduğunu göstərən kadrları dərc etdikdən sonra bütün dünyada məşhurlaşıb. Julian Assange 2019-cu ildə Ekvadorun Londondakı səfirliyində 7 il yaşadıqdan sonra müxtəlif ittihamlarla, o cümlədən cinsi qısnama ittihamı ilə Britaniya polisi tərəfindən saxlanılıb və həbs edilib.
