10-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Hitlerin yeməyinin dadını yoxlayan qadınlar

09 Sentyabr 2019, 00:54
Araşdırma
A A
Hitlerin yeməyinin dadını yoxlayan qadınlar
Fürerin yeməklərinə zəhər atılıb-atılmadığını yoxlamaq üçün 15 qadından ibarət bir qrup olubmuş. 2013-cü ilə qədər bu barədə məlumat olmayıb. Edinburgh festivalında nümayiş etdirilmiş yeni pyes bu barədə bəhs edir.
Təsəvvür edin ki, yediyiniz hər bir boşqab yemək – səhər yeməyi, nahar və şam yeməyi – sonuncu ola bilər, lakin onları istənilən halda yeməlisən.
Üçüncü Reyxdəki bir qrup gənc qadın üçün bu, gündəlik reallıq idi: İkinci Dünya Müharibəsinin son iki il yarım dövründə onlar Hitlerin yeməklərinin dadına baxırdılar.
Fürer, əsl alman qanı axan bir qrup gənc qadından yeməklərin hər birinin dadına baxmağı tələb edirdi. Belə bir tapşırıq şərəfli xidmət növlərindən biri sayılırdı. O, müttəfiqlərdən və ya öz ətrafından kiminsə onun yeməyinə zəhər atmaq istəməsindən ehtiyat edirdi.
Bu gənc qadınların yaşadıqları heyrətedici həyat yalnız 2013-cü ildə açıqlanıb, o zaman 95 yaşında olan Margot Wölk Almaniyanın Der Spiegel jurnalına keçmiş vəzifəsi barədə məlumatı açıqlayıb.
Michelle Kholos Brooks-un “Hitlerin Dequstatorları” adlı pyesində hər çəngəli ağzına apardıgın zaman həyatının risk altına düşməsinin nə olduğu göstərilir.
Bu pyes ABŞ-da ölkə boyu müxtəlif teatrlarda göstərilib, indi isə dünyanın ən irimiqyaslı incəsənət festivalı sayılan Edinburgh festivalında nümayiş etdirilib.
Bu pyesdəki aktyorlar yalnız qadınlardır – gerçək həyatda Hitlerin 15 dequstator qadını olub.
Həmin qadınlar Hitlerin Şərqi Prussiyadakı (müasir Polşa ərazisi) Şərq Cəbhəsi qərargahında, Canavar Mağarası adlı istehkamın yanında yerləşən bir məktəb binasında yaşayıbılar.
Hitlerin Şərqi Prussiyadakı (müasir Polşa ərazisi) Şərq Cəbhəsi qərargahı Canavar Mağarası adlana istehkamda yerləşib.
Brooks Hitlerin yeməklərini yoxlayan qadınlar barədə təsadüfən eşidib – yazıçı dostlarından biri aeroportda uçuşu gözləyərkən vaxtı öldürmək üçün bu barədə ona danışıb. “Mən ondan soruşdum, bunu yazacaqmı? Yazmayacağı halda özüm bunu yazacaqdım”, – Brooks xatırlayır.
Brooks-a bu əhvalat olduqca maraqlı görünüb.
Bu əhvalatda Brooks üçün vacib olan bütün mövzular var idi: gənc qadınlarla rəftar, müharibə dövründə uşaqların aqibəti, yeniyetmə qızların üzləşdiyi çətinliklər, siyasi manipulyasiyalar və bu kimi digər mövzular.
Bütün bunlar tamaşaçıya, dinləyiciyə ağır təsir göstərə bilər, amma bu tamaşa əslində komediyadır – lap “qara komediya” olsa da belə.
Brooks bu pyesi müvafiq tarixi zaman kəsiyinə yerləşdirsə də, pyesdə barələrində bəhs edilən gənc qadınların müasir dövrün yeniyetmələri olduqlarını da nəzərə alıb.
Qızlar pop musiqisi sədaları altında rəqs edirlər, selfi çəkdirirlər, Frank Sinatra, Clark Gable və Hitleri müzakirə edirlər, kaliforniyalı qızlar kimi danışırlar, amma sonra da yəhudilərin ünvanına nifrət dolu sözlər söyləyirlər.
“Mən bu qızlara baxıb, onların selfi çəkmək həvəsini görüb anladım ki, onlar elə öz yaşlarına uyğun olan, adi qızlardır. Yalnız zaman kəsiyi, tarixi dövr fərqlidir, qızlar isə elə həmin qızlardır, yəni başqalarından fərqlənməyən qızlardır, – Brooks qeyd edir. – Mən bu obrazlara keçmiş tarixdə qalmış insanlara kimi baxılmasını istəmirdim – istəyirdim ki, onlar müasir obrazlar kimi qəbul olunsun.”
Bu pyesdə İkinci Dünya Müharibəsinin qeyd olunmuş epizodundan istifadə edilərək gənc qadın olmağın nə olduğundan bəhs edilir.
Pyesdə göstərilir ki, Hitlerin qadın dequstatorları hər gün risklə qarşılaşsalar da, eyni zamanda, onların həyatı çox adi və hətta darıxdırıcı tərzdə keçib.
“Hitlerin Dequstatorları” adlı pyesdə ifaçıların müasir dövrün yeniyetmələri olduqları tamaşaçıya hiss etdirilir.
Müharibə illərini yaşamış bir çox insanların həyat tərziylə müqayisədə qadın dequstatorların vəziyyəti heç də pis deyildi – 1944-cü ildə Almaniyada bir çox insan aclıq çəkib, dequstator qadınlar isə gündə 3 dəfə bol yemək yeyiblər.
Əlbəttə, onların yeməkləri vegetarian yeməklər idi, – Hitler məşhur vegetarian olub – Wölk xatırlayırdı ki, yeməklər tərəvəz, düyü, makaron, vermişel və ekzotik meyvələrdən hazırlanıb.
O qeyd edib ki, yeməklər “çox keyfiyyətli” olsa da, qadın dequstatorlar həmin yeməklərdən ləzzət ala bilməyiblər.
“Qızlardan bəziləri həmin yeməkləri yeməyə o dərəcədə qorxurdular ki, yeməyə başlayanda ağlayırdılar,” – Wölk 2013-cü ildə verdiyi müsahibəsində qeyd etmişdi.
“Biz o yeməkləri axıradək yeməli idik. Sonra biz bir saat ərzində gözləməli idik. Və hər dəfə biz qorxurduq ki, xəstələnə bilərik. Sağ qaldığımıza elə sevinirdik ki, sevincdən it kimi ulaşırdıq.”
Yeməyi SS bölməsinin üzvləri qaba çəkib gətirirdilər, sonra isə bir saat ərzində gözləyib baxırdılar ki, görsünlər yeməkdən kimsə ölür ya yox və hər şey qaydasında olanda yemək Hitlerə aparılırdı.
Yeməkarası vaxt ərzində gənc qadınların bir yerdə oturub yediklərinin onlara necə təsir göstərəcəyini gözləməkdən başqa edəcəkləri bir iş yox idi.
“Onların yerində olmaq, onların, vaxtı necə öldürdüklərini, darıxdırıcılıqla necə mübarizə apardıqlarını görmək deməkdir, – Brooks izah edir. – Onlar nə barədə danışır? Mənə elə gəlir ki, bu vəziyyətdən çıxmaq üçün onlar gənc qız olduqlarını unutmamalı idilər: bir-birinin saçını hörməli, danışıb-gülməli, şənlənməli idilər və bir sərsəmlik baş verdiyinin fərqində olmalı idilər.”
Hitler məşhur vegetarian olub – onun yeməkləri tərəvəz, düyü, makaron, vermişel və ekzotik meyvələrdən hazırlanıb.
“Məlumatlara görə, reallıqda qızlardan heç kim zəhərlənməmişdi. Lakin Wölk-un müsahibəsi olmasaydı, bu barədə heç zaman məlum olmayacaqdı. Hitlerin dequstatorlarından sağ qalan, deyəsən yalnız o idi”.
Rusiya qoşunları irəliləyəndə alman hərçilərdən biri Wölk-u Joseph Goebbels-in Berlinə yollanan qatarına otuzdurur.
Güman olunduğuna görə, bütün başqa dequstator qızlar Sövet əsgərləri tərəfindən güllələnmişdilər.
Bu cür əhvalatdan komediya düzəltmək “riskli bir iş ola bilərdi”, Brooks etiraf edir.
Onun təbirincə, bəzi insanlar ondan soruşurlar ki, pyesə baxılan zaman gülmək olarmı, bəziləri isə hətta tamaşaya baxmaqdan belə imtina edirlər.
“Bəzi insanlar deyirlər ki, onlar tamaşaya baxmaq istəmirlər, çünki dəhşətli hadisələrin gülüş doğurduğunu görmək istəmirlər. Lakin biz Hitlerlə sövdələşmə bağlamamışıq, biz onu xoşlamırıq!” – Brooks zarafat edir, çünki bunu deməyə heç ehtiyac da yoxdur.
“Hitlerin Dequstatorları” pyesi bu gənc və günahsız qadınlarla birgə gülməyə dəvət edən tamaşa olmaqla yanaşı meloman faşistlərə üstün gəlməyin bir yolunun da onlara gülməyin olduğunu göstərir.
Mənbə: BBC
Əvvəlki yazı

Növbəti əfv sərəncamı nə vaxt olacaq?

Sonrakı yazı

Canlı yayımda narkotik çəkən “göyçaylı Rafiq” kimdir? – Şok video

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.