Sabah Çinin Sian şəhərində Çin-Mərkəzi Asiya Sammiti başlayır. Sammitdə Çin Prezidenti Si Cinpin, Qırğızıstan Prezidenti Sadir Japarov, Qazaxıstan Prezidenti Kasım Cömert Tokayev, Özbəkistan Prezidenti Şevkət Mirziyoyev, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və Tacikistan Prezidenti İmaməli Rəhman iştirak edəcək.
Müxtəlif sahələrdə əlaqələrin inkişafının müzakirə olunacağı sammitdə liderlərin Çin-Mərkəzi Asiya mexanizminin yaradılması ilə bağlı fikir mübadiləsi aparacaqları və mühüm siyasi sənədlərin imzalanacağı gözlənilir.
13 MÜQAVİLƏ İMZALANIB
Cinpinin sammit öncəsi liderlərlə keçirdiyi görüşlərdən sonra Çin və Mərkəzi Asiya ölkələri arasında müxtəlif sahələrdə əməkdaşlığın artırılması üçün müqavilələr imzalanıb.
Qırğızıstan Nazirlər Şurası ilə Çin Hökuməti arasında təhsil, elm, mədəniyyət, aviasiya, ticarət, media, avtomobil, enerji və kənd təsərrüfatı sahələrində təmənnasız yardımın göstərilməsi ilə bağlı 13 saziş imzalanıb.
Sammit 31 il əvvəl Çin ilə Mərkəzi Asiya ölkələri arasında diplomatik əlaqələrin qurulmasından sonra dövlət başçılarının ilk təkbətək görüşü olacaq. Sammitdən bir gün əvvəl Cinpinin dəvəti ilə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan prezidentləri Çinə gəldilər.