05-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Beyrut fəlakəti: Tramp və generalları nə düşünür?

05 Avqust 2020, 17:00
Dünya, Manşet
A A
Beyrut fəlakəti: Tramp və generalları nə düşünür?

Marianna Belenkaya

“Kommersant”, 04.06.2020

 

Beyrut limanında baş verən partlayışlarda yüzdən çox insan ölüb, minlərlə insan yaralanıb. Şəhərdəki binaların yarısı xaraba qalıb, xəstəxanalar həddindən dolub. Livan prezidenti Mişel Aun Ali Müdafiə Şurasının təcili iclasını çağırıb.

Yığıncaqdan sonra Beyrutda fəlakət elan olunub və ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Ordu dağılmış məhəllələri nəzarətə götürüb. İlkin versiyaya görə, partlayışlar müsadirə edilmiş ammonium nitrat olan anbarda baş verib. Beyrut valisi dəymiş ziyanı 3-5 milyard dollar arasında qiymətləndirib.

“Bu gün Beyrutda hamı ağlayır. Allah bütün qurbanlara rəhmət eləsin. Yaralılara qan bağışlayanlardan razı olsun”, – sosial şəbəkələrdə livanlılar Beyrut limanında baş verən partlayışların nəticələrini belə təsvir edirlər.

Livanlı həkimlər zərərçəkənlər haqqında danışdıqları zaman kədərlənirlər. Şəhərdəki bütün xəstəxanalarda iynə atsan, yerə düşməz.

İlkin məlumatlara görə, 100-dən çox insan ölüb, 4 mindən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.

Ölənlər arasında “Kataib” Partiyasının baş katibi Nazar Nacaryan da var. Zərərçəkənlər arasında isə Livan baş nazirinin xanımı və qızı, bir neçə müşaviri, BMT sülhməramlıları, Qazaxıstan səfirliyinin konsulu və Rusiya səfirliyinin əməkdaşı.

Limanda iki partlayış baş verib. Əvvəlcə boğuq səs eşidilib, beş dəqiqədən sonra qara və ağ tüstü meydana gəlib, daha sonra güclü partlayış olub, o, təkcə Livan sahillərində deyil, həm də Beyrutdan 240 km-dən çox məsafədə yerləşən Kiprdə də eşidilib. İordaniya Seysmoloji Rəsədxanasının məlumatına görə, partlayışlar Rixter cədvəli üzrə 4,5 bal gücündə zəlzələ ilə bərabər olub.

Şəhərdəki partlayışlar binaların yarısına ziyan vurub. Liman tamamilə dağılıb, partlayışların episentrindən təxminən 10 km məsafədə yerləşən hava limanının binası, prezident sarayı, baş nazirlik ofisi və bir neçə diplomatik nümayəndəliyin, o cümlədən Rusiya səfirliyinin binaları ziyan görüb.

“Partlayış dalğası qapıları çərçivəsindən çıxarıb və binanın qarşısındakı şüşəni çilik-şilik edib”, – deyə diplomatik nümayəndəliyin müşaviri Vyaçeslav Maksudov TASS-a bildirib.

Təhlükəsizlik qüvvələri və ordu limana aparan bütün küçələri mühasirəyə alıb. LBC kanalının verdiyi məlumata görə, partlayış nəticəsində dəyən zərəri Beyrut valisi Mərvan Abbud 3-5 milyard dollar olaraq qiymətləndirib.

Livan Baş Təhlükəsizlik Xidmətinin rəisi general Abbas İbrahimin sözlərinə görə, hadisə partlayıcı maddələr anbarında olub. Daha sonra Livan baş naziri və prezidenti partlayışın 6 il ərzində 2750 ton ammonium nitratın düzgün saxlanmaması nəticəsində baş verdiyini söyləyiblər.

Bu, Moldovada qeydə alınan “Rhosus” yük gəmisində Gürcüstandan Afrikaya gedən müsadirə edilmiş materiallar olub. Gəmi 2013-cü ilin oktyabr ayında Beyrutda liman nəzarəti müfəttişləri tərəfindən aşkar edilmiş qaydaların kobud şəkildə pozulması və ekipaja maaş verilməməsi səbəbindən tutulub. Yük 2014-cü ildə gəmidən sahilə çıxarılıb.

Eyni zamanda, ABŞ prezidenti Donald Tramp, amerikalı generalların fikrinə istinad edərək hücum versiyasını da istisna etməyib. “Bəzi generallarımızla görüşdüm… Deyəsən, bu hücum idi. Bu, bir növ, bomba idi”.

Livanlıların ilk qorxuları arasında İsrailin hücumu versiyaları da var idi, çünki bir neçə saat əvvəl bu ölkənin baş naziri Benyamin Netanyahu Livan “Hizbullah” hərəkatını təhdid etmişdi. Ancaq İsrail hadisədə iştirakını tez bir zamanda rədd edib.

“Hizbullah” silah-sursat anbarında partlayış baş verməyib. Bu hadisə təhlükəsizliyin təmin edilməsi ilə əlaqəli deyil”,- İsrail Müdafiə Qüvvələrindəki mənbə yerli mediaya bildirib. Öz növbəsində, “Hizbullah” da anbarında partlayışın baş vermədiyini bildirib.

Partlayışlar Livanın keçmiş baş naziri Səad Həririnin iqamətgahının yaxınlığında olub və Livan üçün yaranan ilk düşüncələrdən biri də terror hücumu ideyası idi. Baş nazir vəzifəsini də icra edən atası (1992-1998 və 2000-2004) 14 fevral 2005-ci ildə baş verən terror hadisəsində öldürülüb.

Maraqlıdır ki, limanda baş verən partlayışlardan əvvəl Səad Həriri atasının öldürülməsində günahlandırılan dörd şəxs barəsində BMT Tribunalının hökmünün qarşıdakı elanını müzakirə etmək üçün ölkənin yüksək təhlükəsizlik rəsmiləri ilə görüşüb.

Livan baş naziri Həsən Diab partlayışla bağlı bütün məlumatları açıqlamağa və günahkarları cəzalandıracağına söz verib. O, həmçinin “dost və qardaş dövlətləri Livana dəstək olmağa” çağırıb. “Livan bunu tək edə bilməz”.

Qətər, İran, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Suriya, Küveyt, Fransa, ABŞ və hətta İsrail də Livana kömək təklif edib. Başsağlığı sayı da artır.

Vladimir Putinin teleqramında deyilir:  “Rusiya Livan xalqının kədərini bölüşür. Xahiş edirəm, şəhid olanların ailələrinə və dostlarına başsağlığı verin, dəstəyimi bildirin. Bütün xəsarət alanların tez bir zamanda sağalmasını diləyirəm”.

Bundan əlavə, rusiyalı senatorlar “RİA Novosti”-yə verdiyi müsahibədə Moskvanın istintaqda Beyruta kömək edə biləcəyi barədə fikirlər söyləyiblər.

Bu arada, livanlılar xəsarət alanlara sığınacaq verərək inanılmaz həmrəylik nümayiş etdirirlər.

Tərcümə: Strateq.az

Əvvəlki yazı

Bu gün 492 nəfər sağalıb, 193 nəfər yoluxub, 3 ölü…

Sonrakı yazı

“Alaves” klubunun yeni baş məşqçisi bəlli olub

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.