Tacikistan hərbçilərini KTMT qüvvələrinin tərkibində Rusiya Federasiyasının İL-76 təyyarəsi Hisar aerodromundan havaya qalxıb. Reportyor.info bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Rusiya hərbi-nəqliyyat aviasiyası KTMT sülhməramlı qüvvələrinə daxil olan Tacikistan silahlı qüvvələrinin hərbi qulluqçularının Qazaxıstan Respublikasına köçürülməsini həyata keçirir, – nazirlikdən bildirilib.
Bu gün səhər saatlarında məlum olub ki, Tacikistan KTMT sülhməramlı qüvvələrinin tərkibində 200-ə yaxın hərbçisini Qazaxıstana göndərəcək.