21-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

TƏXRİBAT, YOXSA KORRUPSİYANIN NƏTİCƏSİ? – Ekspertlərdən Pirverdiyevə cavab

14 İyul 2018, 09:38
Seçmə, Banner
A A
TƏXRİBAT, YOXSA KORRUPSİYANIN NƏTİCƏSİ?  – Ekspertlərdən Pirverdiyevə cavab

Iyulun 12-də Azərbaycanın 27 faiz hissəsində yenidən elektrik verilişində fasilə yarandı. Rəsmi məlumata görə, buna səbəb  Mingəçevir İES-dən gələn xəttin Yevlax şəhəri və Ağsu rayonu Bico kəndindən keçən hissəsində olan zəmilərdə naməlum yanğın hadisələri olub.  Nəticədə təhlükəsizlik məqsədilə respublikanın bəzi bölgələrinin elektrik enerjisi ilə təchizatı dayandırılıb.

Enerji fasiləsinin yaranması “Bakı Metropoliteni”nin işinə də təsir edib. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qeyd edib ki, saat 16:10-dan etibarən Bakı Metropoliteninin Bənövşəyi xəttinin iki stansiyası – “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları işləməyib.

Məsələ ilə bağlı mətbuata açıqlama verən “Azərenerji”nin rəhbəri Etibar Pirverdiyev hadisənin suallar doğurduğunu deyib: “Eyni zamanda Yevlaxda və Ağsuda elektrik xətlərinin altında yanğın başlayıb. Bu da çoxsaylı suallar doğurur. Nəyə görə birdən-birə iki yerdə? Biz Bakıya və Sumqayıta elektrik enerjisinin ötürülməsini dayandırmağa məcbur olduq”, – deyə Pirverdiyev söyləyib.

İlham İsmayıl ile ilgili görsel sonucu

Doğrudanmı burada kənar qüvvələrin təsiri var? “Yeni Müsavat”a danışan təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirib ki, hər hansı bir təxribatın olduğunu düşünmür: “Düşünürəm ki, Azərbaycanda elektrik avadanlıqları çox köhnəlib və buna görə də iş gərginliyinə, havaların isti keçməsinə dözə bilmir. Burada xüsusi təxribat görmürəm. Ən azından təxribat olsaydı, ilk olaraq Dövlət Təhlükəsizlik Xidməti, ardınca digər hüquq-mühafizə orqanları bununla məşğul olmalı idilər – əgər ortada element olardısa. Prezidentin yanında aparılan müşavirədə də məlum oldu ki, avadanlıqlara ayrılan vəsaitlər faktiki olaraq yeyilib. Yararsız hala düşən avadanlıqları da birdən-birə təzələmək olmaz. Elə müşavirədə də deyildi ki, buna zaman lazımdır. Bu zaman tam bitənə qədər düşünürəm ki, biz, elektrik kəsintisi ilə üzləşəcəyik”.

Əzim Məsimov ile ilgili görsel sonucu

Məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasında “Azərenerji”də də bir müddət çalışmış, ekspert Əzim Məsimov isə söylədi ki, ümumilikdə şəbəkədə olan problem aradan qaldırılmalıdır: “Bizim elə bir sistemimiz var ki, bir stansiyada qəza olduğu zaman ən azından strateji obyektlər işıqsız qalmamalıdır. Xüsusilə söhbət ”Bakı Metropoliteni”ndən gedir. O sistem bizdə var ki, bu obyekti daima işıqla təmin edə bilərik. Düşünürəm ki, şəbəkə-mühəndis quruluşları yetərincə deyil. Mingəçevirdəki hadisə ilə bağlı müşavirədə əslində cənab prezident tərəfindən hər şey dəqiqliyi ilə bildirildi. Yəni söylənildi ki, şəbəkədə problemlər var. Hər bir şəbəkədə giriş-çıxış xüsusi avadanlıqlarla bloklanır. Yəni bir sistem bağlanır, digər sistemə heç bir təsir etmir. Bu şəbəkə sistemini doğru qaydada qurmaq lazımdır. Belə olmasa, qəza hadisələri zamanı yenə də eyni vəziyyətə düşəcəyik.

Metro stansiyası burada deyərdim ki, əsas faktorlardan biridir. Bizdə birinci, ikinci və digər kateqoriyalı obyektlər var. Metro, təhlükəsizlik orqanları, Prezident Aparatı və digər bu kimi qurumların işıq təminatı bütün kateqoriyalardan yüksəkdə dayanır. Yəni aksiom budur ki, həmin qurumlarda, orqanlarda işıq daima olmalıdır. Əgər bir stansiyaya bağlı olsaydıq, deyərdik ki, şəbəkəni təmin etmək mümkün deyil. Lakin belə deyil axı. Sumqayıtda, şimal regionlarında, Neftayırma Zavodunda 500 min kilovat, Şirvanda 800 min kilovat gücündə stansiyalarımız var. Bu stansiyalar imkan verir ki, Bakı şəhəri stabil enerji ilə təmin olunsun. Bütün ərazilər də olmasa, əsas obyektlər işıqsız qala bilməz. Ancaq şəbəkənin quruluşunda olan texniki nöqsanlar buna imkan vermir. Bir hadisə baş verən kimi sistem dayanır. Metronun özünün generator sistemi olmalıdır ki, bu cür hadisələr zamanı problem yaranmasın. Sistemdə böyük mühəndislik savadsızlığı var. Mütəxəssis çatışmazlığını aradan qaldırmaq lazımdır”.

Ekspertə görə, baş verənlərdən sonra bütün sistem yoxlanmalıdır: “Çatışmazlıqlar bir-bir aradan qaldırılmalıdır. Xüsusilə də yuxarıda qeyd etdiyim bloklanma sistemi qurulmalıdır. 2002-ci ildə də Ağsudan keçən xətlərdə problem olduğu üçün Bakı işıqsız qalmışdı. Qanunda mühafizə zolağı məsələsi olsa da, xəttin altını bitkidən, əkindən məhrum etmək də çətin məsələdir. Məncə, ağlabatan deyil ki, istilik səbəbindən xətt sıradan çıxa. Çünki yerlə xəttin arasındakı məsafə böyükdür. Bu, meşə yanğını deyil ki, alovun hündürlüyü 10-15 metr qalxsın. Bununla bağlı doğrudan da ciddi araşdırmalar aparılmalıdır. Bəziləri Mingəçevir SES-in yerinə başqa SES-in tikintisi məsələsini qaldırmışdı. Bu, real söhbət deyil. İllərdir ki, Mingəçevir SES yaradılıb və bunun bütün xətləri qurulub, başa çatdırılıb. Orada böyük sistem var və bunu yenidən yaratmaq milyardlarla vəsaitə başa gələr. Mövcudu dağıtmaq yox, bərpa etmək lazımdır. Bunun üçün də ağıllı mütəxəssisləri işə dəvət edib, məsləhətlər almaq gərəkdir”.

“AzPolitika.info” xarırladır ki, “Azərenerji”nin saytındakı məlumatdan görünür ki, Naxçıvan da daxil olmaqla, Azərbaycanda 32 obyektdə elektrik istehsal olunur. Yəni, Mingəçevir elektrik istehsal olunan yeganə yer deyil. Bəs onda niyə ölkədə ENERJİ FƏLAKƏTİ yaşandı. Həm rəsmi açıqlamalardan, həm də iqtisadçı ekspertlərin fikirlərindən belə məlum olur ki, bunun bir səbəbi var: KORRUPSİYA!

images1-300x162

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Azadlıq Radiosuna deyib ki, 2005-2015-ci illərdə elektrik enerjisi infrastukturunun qurulmasına, azı 10 modul stansiyanın tikilməsinə 1 milyard manatdan çox pul ayrılıb, ümumilikdə isə son 15 ildə bu sahəyə 5 milyard manat yatırılıb: “Bu pulların necə xərclənməsi, nəticədə camaatın niyə qaranlıqda qalması elə 2 gün əvvəlki Bakı gecəsi qədər qaranlıqdır. 18 ildir ”Azərenerji”yə daxil ola bilmirəm. Etibar Pirverdiyev gələndən “Azərenerji”də dialoq olduğunu, kiminləsə müzakirə aparıldığını xatırlamıram. Ona görə də, mənə çətindir cavab vermək ki, bütün bunlar hansı səbəbdən baş verir”.

456354_498247-300x225İqtisadçı Vüqar Bayramov isə deyib ki,  qurumun enerji satışından əldə etdiyi gəlirinin yalnız ötən il 25.2 faiz artmasına baxmayaraq, “Azərenerji”nin zərəri 602,873 milyon manat olub. Halbuki, 2016-ci ildə adıçəkilən cəmiyyətin zərəri cəmi 108,928 milyon manat idi. “Maraqlıdır ki, 2016-cı ildə “Azərenerji”nin elektrik enerjisi satışından əldə etdiyi gəliri 807 milyon manat olub. Yəni, 2017-ci ildə “Azərenerji”nin elektrik enerjisi satışından əldə etdiyi gəlirinin əvvəlki illə nisbətən 200 milyon manata yaxın artmasına baxmayaraq, qurumun zərəri ötən il 6 dəfə çoxalıb”.

V.Bayramov qeyd edib ki, “Azərenerji” ASC eyni zamanda ən çox xarici borcu olan səhmdar Cəmiyyətlərdəndir: “Cəmiyyətin hazırda 1 milyard 951 milyon manat kredit və borc vəsaitləri üzrə öhdəliyi var. Bununla yanaşı, ticarət və digər kredit borcları üzrə öhdəliyi də 470 milyon manatdan çoxdur. Bütövlükdə isə cəmi kapitalı 1 milyard manatdan bir az atıq olan “Azərenerji”nin yığılmış zərəri 2 milyard 123 milyon manata çatıb…

Dövlət Neft Şirkəti tərəfindən idxal olunan təbii qazın “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi üçün dövlət büdcəsindən 300 milyon manat subsidiya olmaqla, vəsait ayrılıb: “Göründüyü kimi, “Azərenerji” ASC-yə böyük həcmdə maliyyə dəstəyinin olmasına baxmayaraq, qurum ən borclu təşkilatlar siyahısındadır və son 2 gündə baş verənlər də göstərir ki, elektrik sistemində modernləşdirmə problemi var. Buna görə də, sözügedən qurumun sağlamlaşdırılması ilə yanaşı bu sektorda şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə ciddi ehtiyac var.” 

Buna da bax:  5 MİLYARD TALANIB, 2 MİLYARD BORC YARANIB! –  “Azərenerji”nin gəliri artdıqca zərəri çoxalır!?

Əvvəlki yazı

Gəncədə təxribat yönümlü hərəkət: “OBA” marketdə İran bayraqlı oyuncaq silahlar satılır + FOTOLAR

Sonrakı yazı

“Bu cinayətkarlar müsəlman deyillər…” Prezidentdən Gəncə hadisələrinə qətiyyətli mövqe və ünvanlı mesajlar

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.