Hüquq müdafiəçisi Taleh Xasməmmədov təhsildə problemlərə diqqət çəkib.
Reportyor.info məlumat verir ki, o, Elm və Təhsil Nazirliyini tənqid edib. Yazını təqdim edirik:
Nazir, bir az da irəli gedərək məktəblərdə Prezident Fərmanını da şəxsi başına görə yönəldir.
Niyə, nə üçün? Kim bunu belə çaşdırdı ki, “Tərbiyə İşləri üzrə Direktor Müavinləri”ni zor gücünə direktor müavini statusundan mərhum etməyə çalışır? Məgər həmin müəllimlər imtahan verərkən “tərbiyə işləri üzrə direktoru müavini”, maaş almağa gəldikdə isə “təşkilatçı” olurlar?
01 sentyabr 2022-ci il tarixdən qüvvəyə minmiş “məktəb direktorları və məktəb direktorlarının müavinlərinin vəzifə maaşlarına əlavələr”lə bağlı Qanunun icrasına xəsisliklə yanaşan nazir, artıq qanunsuz şəkildə tərbiyə işləri üzrə direktor müavinlərini (təşkilatçı) sıxma-bogmaya salıb ki, onların əmək müqavilələrində dəyişiklik edilsin. Onların adı “məktəbdənkənar və sinifdənxaric” təşkilatçı olaraq qeyd edilsin.
Niyə, səbəb nədir ki?
Axı Prezident Fərmanına əsasən, sentyabrın 1-dən dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) sertifikatlaşdırmadan keçən təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavə müəyyən edilmişdi. Əlavələrə görə direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə);
– təhsilverənlərin (sertifikatlaşdırmanın) müəyyən edilmiş rəsmi rəqəmlər təsdiq edilib.
Hətta huşsuz elm və təhsil naziri Emin Əmrullayev brifinqdə özü qeyd etmişdi ki, “aylıq əlavələr təxminən 865 direktoru və 2343 direktor müavinini əhatə edəcək”. Bəs nə oldu, nə dəyişdi? 2343 direktor müavini sayı gözünə çoxmu göründü…?
Qanuna görə “TƏRBİYƏ İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ” (TƏŞKİLATÇI).Əmək funksiyasını yerinə yetirdiyinə görə direktordan 15% az əmək haqqı almalıdır. Bu təqdirdə, faktiki olaraq müavin statusu daşıyan müəllimlərə nəyi və necə izah edəcəklər?
Hə bir orta məktəb üçün vacib və mühüm iş vəzifəsi hesab edilən Tərbiyə İşləri üzrə Direktor Müavini (Təşkilatcı) adı, niyə dəyişdirilir, pula görəmi?
Təhsili bazara çevirən nazir, bəlkə bir az düşünəsəniz, əgər düsüncəniz varsa…?!
Düşüncəsiz demişkən, amma heç oxşamır …
Ölkədə hər kəsə bəllidir ki, Təhsil naziri Emin Əmirullayev təyinat aldığı vəzifədə özünü doğrulda bilmir. Bunun başlıca səbəblərindən biri də “gənc kadr”ın qocaman nəfsindən irəli gəlir. Bəllidir ki, bütün Regional Təhsil İdarələrdən aşağıya doğru sifarişlə istiqamət alan rüşvət tələbləri, eyni zamanda təhsildə formal tenderlərin təşkili, tender qaliblərilə iş birliyində baş tutan korrupsiya halları, maddi təminatın mənimsənilməsi və s. korrupsiya hüquqpozmalarına dair qanunsuz əməllər geniş vüsət alıb. Mediaya nə qədər pul basılsa da, yenə də “iş-gücünüz, zəhmətiniz” faktlar qarşısında aciz qalınır.
Məktəblərdə artıq etirazlar başlayıb…
Çoxsaylı xahişlərin ardınca, artıq məktələrdə tələblər irəli sürülür ki, “TƏRBİYƏ İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ” vəzifəsinin adı bərpa olunsun. (Necə ki, son 3 ayda qanundan kənar şəkildə bu adı zorla dəyişdirməyə formal cəhdlər edilib) Tərbiyə işləri üzrə direktor müavininin adı “TƏŞKİLATÇI” adı ilə qeyd olunmamalı, “məktəbdənkənar və sinifdənxaric” adlanan tərbiyyə islərində zəif funksiyalı bir vəzifə kimi aşağı endirilməməlidir.
Lap tutaq ki, Emin Əmirullayev zor gücünə istədiyinə nail oldu. Amma bütün hallarda, Qanuna görə TƏRBİYƏ İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ (TƏŞKİLATÇI) əmək funksiyasını yerinə yetirdiyinə görə direktordan 15% az əmək haqqı almalıdır.
Cənab nazir, təhsil adamısınız, bir daha düşünün! Siz düşünə bilməsəniz, biz də düşünməyə bilərik!