05-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

TƏHSİL NAZİRLİYİ RƏSMİSİNİN “ALOV”LA ŞÜBHƏLİ SÖVDƏSİ – “İldə 1.8 milyon vəsait ayrılır, amma…”

15 Mart 2019, 11:23
Gündəm
A A
TƏHSİL NAZİRLİYİ RƏSMİSİNİN “ALOV”LA ŞÜBHƏLİ SÖVDƏSİ – “İldə 1.8 milyon vəsait ayrılır, amma…”

 

Mühafizəçilərin adına yazılan maaşlarının yarıdan çoxunun mənimsənildiyi iddia edilir

Azərbaycanda bir çox dövlət qurumlarında yüksək vəzifələr tutan şəxslərin öz mövqelərindən istifadə etməklə, onlara yaxın şirkət və firmalarla əlbir olub, büdcə vəsaitini mənimsəmələri faktları adi hal alıb.Bu proses əsas etibarilə şübhəli tenderlərin “qalibləri” vasitəsilə həyata keçirilir.

Ölkə prezidenti və hüquq-mühafizə orqanları ilə yanaşı “AzPolitika.info”-ya müraciət edən Binəqədi rayon Zahid Qənbərov küçəsi 11 A, ev 52 ünvanında yaşayan Hüseynov Zaur Mehdi oğlunun şikayət məktubunda göstərilənlər də bu qəbildəndir. Həmin məktubda büdcədən ayrılan külli miqdarda vəsaitin “Alov” Mühafizə Xidmətinin rəhbərliyi tərəfindən talandığı bildirilir.

Z.Hüseynov iddia edir ki, 2017-ci ilə qədər “Riyad” Mühafizə Xidməti kimi fəaliyyət göstərən, sonradan isə adı dəyişdirilərək “Alov” Mühafizə Xidməti kimi qeydiyyata alınan şirkətin rəhbərliyi o qədər də mürəkkəb olmayan mexanizm vasitəsilə il ərzində 100 minlərlə manat büdcə vəsaitini mənimsəyir.

tehsil-nazirliyi-bina

Şikayətçinin yazdığına görə, “Alov”-un rəhbərliyi, daha dəqiq desək, baş direktoru İlqar Rzayev əlaqələrindən istifadə etməklə, Təhsil Nazirliyinin tenderini qazanıb və nazirliyin tabeliyində olan internat məktəblərinin mühafizəsi üçün ildə 1 milyon 800 min (bir milyon səkkiz yüz min) manat vəsaitin ayrılmasına nail olub: “İlqar Rzayev Təhsil Nazirliyində işləyən dostu Rauf Orucovla (Nazirliyin iqtisadiyyat şöbəsinin müdiri-red.) əlbir olaraq, saxta yolla tender keçirməklə, nazirliyin tabeliyində olan internat məktəblərin mühafizəsi adı altında “Alov” Mühafizə Xidməti vasitəsilə ildə büdcəyə 1 milyon 800 min manat zərər vurur və talayır. Hər ay bu məqsədlə Təhsil Nazirliyi tərəfindən “Nikoil“ Bankın Nərimanov filialına 150 min manat köçürülür və bu vəsait İ.Rzayev tərəfindən götürülür”.

DT_oJI7W0AEca68

Z.Hüseynov iddia edir ki, həmin 150 min manatın cəmi 40 min manatı maaş kimi mühafizəçilərə ödənilsə də, yerdə qalanı mənimsənilir: “Bakıda çalışan hər mühafizəçiyə nəzərdə tutulan 700-800 manat maaşın cəmi 200 manatı ödənilir. Rayonlarda yerləşən internat məktəblərində isə ümumiyyətlə, “Alov” Mühafizə Xidmətinin mühafizəçiləri yoxdur. Həmin məktəblərin mühafizəsi üçün nəzərdə tutulan puldan 400 manat məktəb direktorlarına ödənilir…”

Göründüyü kimi, məktubdan belə nəticə çıxır ki, rayon və kənd internat məktəblərinin sözügedən şirkət tərəfindən mühafizəsi ümumiyyətlə təşkil olunmur və vəsaitin bir qismi məktəb direktorlarına çatır.

Şikayətçi bildirir ki, bu proses artıq 8 ildir davam edir və bunun sayəsində İ.Rzayev böyük var-dövlətə, obyektlərə, evlərə və avtomobillərə sahiblənib.

Z.Hüseynov məktubunda hətta “Alov”-un ayrı-ayrı filiallarının adına rəsmiləşdirilmiş həmin avtomobillərin nömrələrini və markalarını da göstərir: “10-MA-700” Mercedes Gelendwagen, “90-OC-200” Porshe Cayenne, “90-AA-275” Toyota Corolla, “90-AA-075” Toyota Camry, “90-AA-032” S Class Mercedes”.

Z.Hüseynov “Alov” Mühafizə Xidmətinin əməkdaşlıq etdiyi internat məktəblərin siyahısını da məktubuna əlavə edib. Siyahıya ucqar Xınalıq kənd internat məktəbindən tutmuş, Lerikdəki internat məktəbinə qədər, 60 təhsil müəssisəsinin adı daxildir.

Sonda ölkə başçısına müraciət edən şikayətçi bu işin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını və külli miqdarda büdcə vəsaitinin bu yolla talanmasının qarşısının alınmasına dair göstəriş verilməsini xahiş edir.

Müraciətdəki ittihamlara aydınlıq gətirməsi üçün “Alov” Mühafizə Xidmətinə sorgu göndərdik. Xidmətdən sorgumuza rəsmi cavab yazmasalar da, zəng edərək bildirdilər ki, müraciətdə göstərilənlərin heç biri həqiqətə uyğun deyil. Əlavə məsələlər barədə isə açıqlama vermək istəmədilər.

Bununla belə müraciətdə göstərilənlərlə bağlı “Alov” Mühafizə Xidmətinin baş direktoru İlqar Rzayevin, eləcə də Təhsil Nazirliyinin mövqeyini işıqlandırmağa hazırıq.

VAQİF
AzPolitika.info

Əvvəlki yazı

BDU rektorunun müşaviri işdən çıxarılıb

Sonrakı yazı

Genişmiqyaslı təlimlər yekunlaşdı –Zakir Həsənov kollegiya iclasını çağırdı (FOTO)

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

05 Sentyabr 2025, 15:10
Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

05 Sentyabr 2025, 14:52
Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

05 Sentyabr 2025, 14:51
Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı – Nişan efirdə olacaq

Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı – Nişan efirdə olacaq

05 Sentyabr 2025, 14:48
Prezident SƏRƏNCAM imzaladı

Prezident SƏRƏNCAM imzaladı

05 Sentyabr 2025, 14:46

Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib

05 Sentyabr 2025, 14:45
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

05 Sentyabr 2025, 14:44
Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

04 Sentyabr 2025, 17:00
Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

04 Sentyabr 2025, 14:59
Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

04 Sentyabr 2025, 14:56
Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

04 Sentyabr 2025, 14:55
Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

04 Sentyabr 2025, 14:53
Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

04 Sentyabr 2025, 14:46
Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

04 Sentyabr 2025, 14:45
Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

04 Sentyabr 2025, 14:43
23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

04 Sentyabr 2025, 14:29
Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

03 Sentyabr 2025, 17:01
Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

03 Sentyabr 2025, 16:31
Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

03 Sentyabr 2025, 16:27
Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

03 Sentyabr 2025, 16:09

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.