Bu beş ölkə üzvlük müddəti ilin sonunda başa çatacaq Albaniya, Braziliya, Qabon, Qana və Birləşmiş Ərəb Əmirliklərini əvəz edəcək. Yeni üzvlər yanvar ayından başlayaraq iki il müddətinə BMT TŞ-də yer alacaqlar. Səsvermədə Əlcəzair 184, Qayana 191, Cənubi Koreya 180, Syerra Leone 188 və Sloveniya 153 səs toplaya bildiyi halda, Sloveniya ilə Şərqi Avropa Qrupundan namizəd olan Belarus 38 səs toplayaraq seçilə bilməyib.
Çin, Fransa, Rusiya, Böyük Britaniya və ABŞ-dan ibarət BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü ilə yanaşı, BMT Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvü də var. Müvəqqəti üzvlərdən beşi hər il yenilənir.