13-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Təhlükəsizlik, siyasi sabitlik və güclü iqtisadiyyat ölkələr arası əlaqələrin qurulmasında ən vacib amillərdəndir

29 Noyabr 2022, 15:12
Cəmiyyət
A A
Təhlükəsizlik, siyasi sabitlik və güclü iqtisadiyyat ölkələr arası əlaqələrin qurulmasında ən vacib amillərdəndir

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabr ayının 25-də ADA Uniersitetində “Orta Dəniz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən konfransda iştirak edib.
Bu mühüm tədbirdə eyni zamanda ABŞ-ın, Türkiyənin, Belçikanın, Fransanın, İsrailin, İsveçrənin, İtaliyanın, Misirin, Pakistanın, Gürcüstanın, Rumıniyanın və Rusiyanın aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri də iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev konfransda çıxış edərək deyib: “Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim daxili siyasətimiz sayəsində əmələ gəlmişdir. Çünki güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətimizin proqnozlaşdırılması – bütün bu amillər körpülərin və mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat – bütün bu amillər çox vacibdir”.
44 günlük Vətən müharibəsinin Azərbaycanın möhtəşəm qələbəsiylə başa çatması, öz suverenliyini qoruyub saxlaya bilməsi Azərbaycanı bütün dünyada nüfuz sahibi etmişdir. Azərbaycan eyni zamanda bütün dünyaya özünün haqlı və tarixi qələbəsini qəbul etdirmişdir.
İşğaldan azad edilmiş torpaqlarımıza gələn xarici nümayəndələr və jurnalistlər erməni vəhşiliyini, erməni vandallığını öz gözləri ilə gördülər. Respublika Prezidentinin güclü, düşünülmüş, uzaqgörən siyasəti nəticəsində Azərbaycana diqqət və maraq artdı.
Azərbaycan postmüharibə mərhələsinə kimsədən asılı olmayan və iqtisadi dinamik inkişaf edən müstəqil dövlət kimi qədəm qoydu. Eyni zamanda Qələbədən sonra nəqliyyat dəhlizləri, Zəngəzur dəhlizi və digər təşəbbüslər üçün imkanlar yarandı. Bu dəhlizlərin açılması Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin açılması həm də uzun illər Azərbaycanla əlaqəsi kəsilən Naxçıvan Muxtar Respublikasının yenidən quru əlaqələrinin açılması və insanların gediş-gəlişinin asanlaşması deməkdir.
İran və Ermənistan bildiyimiz kimi dəfələrlə ciddi cəhdlə regionun nəqliyyat-infrastruktur layihələrinə mane olmağa çalışıb, lakin bir çox səbəblərdən onlar görüləcək bu işlərə əngəl törədə bilməyəcəklər. Ermənistanın regionda nə coğrafi, nə də başqa bir imkanı, yaxud üstünlükləri yoxdur. Ermənistan demək olar ki, sanki hər tərəfi bağlı – “dalana dirənmiş ölkədir”. Ermənistandan sərbəst olaraq heç bir nəqliyyat marşrutu keçmir. Azərbaycanın təklif etdiyi layihələr isə heç bir ölkənin əleyhinə deyil, hər kəs üçün sərfəlidir. İran özü də regional kommunikasiya layihələrində maraqlı olmalıdır, çünki bu, İranın iqtisadiyyatına xeyir verə bilər.
Bu gün işğaldan azad olunmuş və demək olar ki, tamamilə dağıdılmış rayonlarımızda genişmiqyaslı, qlobal işlər gedir, bu işləri Azərbaycan öz daxili imkanları hesabına edir. Bununla bərabər ölkəmiz bir sıra ehtiyacı olan ölkələrə humanitar yardım da göstərir. Artıq dünyanın bir çox inkişaf etmiş ölkələri Azərbaycanla əməkdaşlıq etməyə can atır.
Azərbaycan Dövləti hərtərəfli iqtisadiyyatımızı gücləndirmək üçün genişmiqyaslı işlər görür, xarici dövlətlərlə siyasi və iqtisadi əlaqələr yaradır. Xarici ölkələrə işgüzar səfərlər edir. Respublikamız üçün mühüm əhəmiyyətli müqavilələr bağlayır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Bizim goğrafi mövqeyimizin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməyimizdir. Əslində iki qitənin ortasında yerləşməyimiz bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Lakin infrastrukturun fiziki olaraq mövcudluğu ən vacib məsələ idi və biz bu sektora uzun illər ərzində sərmayə yatırmışıq. İndi isə dəmir yolları əlaqələrimizə, yol infrastrukturumuza baxdıqda biz Azərbaycanda hər şeyin hazır olduğunu görürük.
Beş il bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını etdik. İndi isə ölkəmizdən keçən artan yük həcmlərini gördükdə biz Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırmağa başladıq. Bu layihə bizə 100 milyon ABŞ dollarından daha baha başa gələcək və biz bu layihəni bir il, ya ola bilsin bir il yarım müddətə bitirməyi planlaşdırmışıq. Eyni zamanda, Şimal-Cənub dəhlizi kimi digər nəqliyyat layihələri Şərq-Qərb dəhlizinə enerji əlavə edəcək.”
Bu gün Azərbaycan yük qatarlarının sürətini artırmaq üçün yeni, müasir dəmir yolları tikir. Dünyada yeni geosiyasi vəziyyətin mövcudluğuna və Azərbaycandan daha çox yüklərin daşınmasına zərurət olduğuna görə dəniz ticarət limanının 15 milyon tondan 25 milyon tona qədər genişləndirilməsi nəzərdə tutulub.
Ölkəmizdə eyni zamanda hava limanlarının da layihələri artıq tamamlanır. Hal-hazırda Laçında hava limanı tikilməkdədir. Laçın hava Limanı işğaldan azad olan ərazilərimizdə tikilən üçüncü Beynəlxalq Hava limanıdır. Bundan sonra daha altı hava limanı tikilərək, sərnişin və yük daşınmaları üçün tikilən hava limanlarının sayı doqquza çatdırılacaqdır.
Ticarət əlaqələrimiz getdikcə genişlənir. Xəzər dənizinin şərq sahillərindən Azərbaycan ərazisindən yüklərin nəql edilməsi üçün isə bərələr, bunkerlər tankerlər və daha çox yük gəmiləri lazımdır. Buna görə də Bakıda yeni gəmiqayırma zavodlarının inşasına başlamaq nəzərdə tutulub.
Azərbaycan Prezidenti cənab İlham Əliyev eyni zamanda konfransda regionda təhlükəsizlik məsələsinə də toxunub: “İndi təhlükəsizlik bəlkə də hər zaman olduğundan daha vacibdir. Ənənəvi əlaqələri olan ölkələr bu məsələyə ikitərəfli və çoxtərəfli müstəvidə toxunmalı, bir-birimizi necə dəstəkləyə biləcəyimizə nəzər salmalıyıq. Çünki dünya dəyişib, beynəlxalq hüquq işləmir və ya selektiv qaydada işləyir. Ona görə də, əgər gücünüz, güclü ordunuz varsa, yaxşı müttəfiqləriniz varsa, o zaman özünüzü təhlükəsizlikdə hiss edə bilərsiniz. Bu səbəbdən, düşünürəm ki, bizim həyata keçirdiyimiz kommunikasiya layihələri regional təhlükəsizliyi və sabitliyi daha da gücləndirəcək və bunları həyata keçirmək üçün böyük imkan var.”
Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru

Əvvəlki yazı

Sabah yağış yağacaq

Sonrakı yazı

Namiq Qaraçuxurlu atasını aləmə tanıtdı – Foto

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.