04-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“TƏDBİR GÖRÜLMƏSƏ, METRODA BÖYÜK FACİƏ YAŞANACAQ!” – Metro işçilərindən metropoliten rəhbərliyinə ittihamlar

12 Mart 2019, 22:29
Gündəm
A A
“TƏDBİR GÖRÜLMƏSƏ, METRODA BÖYÜK FACİƏ YAŞANACAQ!” – Metro işçilərindən metropoliten rəhbərliyinə ittihamlar

Hazırda metroda sərnişinlər böyük təhlükə ilə üz-üzədir”, deyən şikayətçilərin sözlərinə görə, metroda işə qəbulda təcrübə və peşəkarlıq nəzərə alınmır

“Bakı Metropoliteni” QSC-nin bir qrup əməkdaşı “Yeni Müsavat” qəzetinin redaksiyasına gələrək, metropoliten rəhbərliyindən şikayətlərini bildiriblər. Şikayətçilər bildirirlər ki, problemləri ilə bağlı müvafiq qurumlara müraciət edib kömək ala bilməyincə, məsələni ictimailəşdirmək qərarına gəliblər.

Şikayətçilər özlərini aşağıdakı kimi təqdim ediblər: 

BMP-QSC-nin baş müfəttişlik aparatının Qatarların  hərəkət təhlükəsizliyi üzrə müfəttiş 37 ildən artıq fasiləsiz metropolitendə çalışan Nazim Mədət oğlu Abdullayev;

Maşinist, Qarabağ müharibəsi veteranı Asif Mirzə oğlu Rzayev;

Maşinist Fikrət Sərvər oğlu Şıxaliyev.

Şikayətçilər bildirdilər ki, bir neçə həmkarları da üzləşdikləri vəziyyətdən şikayətçidirlər, lakin iş rejimlərinin sərt olması səbəbindən metropolitendən ayrıla bilməyiblər.

Şikayətçilər başlarına gələni aşağıdakı kimi anlatdılar: “Nazirlər Kabinetinin 5 iyul 2004-cü il tarixli 92 saylı qərarında maşinist və maşinist köməkçisi peşəsi zərərli və ağır istehsalatın peşə və vəzifələri siyahısında öz əksini tapıb. Maşinist və maşinist köməkçilərinin əmək kitabçalarında xüsusi ağır əmək şəraiti və həftədə 36 saatlıq iş rejimi qeyd olunduğu halda ”Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı olmadan 25.09.2017- ci il tarixində 646 saylı əmrlə  10.10.2017-ci il tarixdən etibarən maşinistləri yeni iş qrafikinə keçirib. Həmçinin sədr bu qərarla maşinist köməkçisi peşəsini ləğv edib, metropolitendən heç bir məlumatı olmayan şəxsləri işə qəbul edib, qısa vaxt ərzində maşinist olacaqlarına dair onlara vəd verib. Tuneldə və qatarda heç vaxt işləməmiş, təlimata əsasən ən azı 3-cü çilingərlik dərəcəsi olmayan insanların qatarı necə idarə etməyi bilməmələri sərnişinlərin taleyini təhlükə altına atmaq deyilmi?! Metropoliten rəhbərliyi yaddan çıxarır ki, hər bir maşinist kabinasının arxasında minlərlə insan taleyi durur.

Yeni iş qrafikinə əsasən gecə saat 03-04 radələrindən başlayaraq (maşinistlərin yaşayış yerindən asılı olaraq vaxt tezləşdirilir) maşinistləri evlərindən götürüb işə gətirirlər. Gecikmə, itlərin hücumuna məruz qalma halları olduqda maşinistlər həkim komissiyasından keçmədən işə buraxılır. Həkim komissiyasından keçərkən təzyiqi 160-170 olan maşinistlər belə işə buraxılırlar. 4-5 saat işlədikdən sonra iş sona çatır. Gecə yuxusuz qalmış maşinistlərin  sərnişinləri mənzil başına təhlükəsiz çatdırması böyük riskdir.

“Bakı Metropoliteni”ndə çalışan  işçilərdən hər hansı biri şikayət etdikdə və ya öz hüquqlarını tələb etdikdə, İnsan Resursları və Xidmət departamentinin rəisi Tərlan Dadaşov, İnsan Resursları şöbəsinin rəisi Əli Əliyev, Hüquq şöbəsinin rəisi Adil Atakişiyev, baş müfəttiş Elxan Məmmədov həmin şəxsləri idarəyə çağırtdırıb, günlərlə onları süründürməçiliyə salır, təzyiq yolu ilə onlardan izahatlar alır, təhqir edir, heç bir əsas olmadan mükafatlarını kəsdirir, tutduqları peşədən, vəzifədən aşağı peşəyə, vəzifəyə keçirir. Öz ərizələri ilə işdən çıxmalarını tələb edir, işçi öz ərizəsi ilə işdən çıxmaq istəmədikdə Tərlan Dadaşovun imzası ilə qanunsuz ixtisara salıb, işdən azad edirlər. Bütün bunlarla bağlı əlimizdə kifayət qədər faktlar var.   Xoşları gəlməyən metropoliten işçilərini heç bir əsas olmadan, hətta işçinin istirahət günündə kafedə oturub söhbət etdiklərinə görə də cəzalandırırlar. Bütün bu əmrlərin surəti əlimizdədir. İşçini cəzalandırdıqda Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 1995-ci il tarixli 198 saylı qərarı ilə təsdiq edilmiş “Bakı Metropoliteni QSC ”  işçilərinin əmək intizamı haqqında Nizamnaməsi və təlimatlar deyil, “Zaur Hüseynov hökuməti”nin istəkləri nəzərə alınır”.

Şikayətçilər bildiriblər ki, metropolitenin texniki  istismar qaydaları kobud şəkildə pozulur və sərnişinlər təhlükə altındadır: “Metropolitenin texniki  istismar qaydaları  kitabının 6.26 bəndinə zidd olaraq ”İçərişəhər” stansiyasında 2-ci baş yolda stansiyanın girişində olan ətalətli avtostop Zaur Hüseynovun əmri ilə sökülüb. Həmin avtostop 2-ci baş yolda stansiyaya girən qatarların təhlükəsiz hərəkətini təmin etməklə bərabər, həm də qatar əks istiqamətdə hərəkət edərkən 2-ci baş yoldan 1-ci baş yola keçiddə sürətə nəzarət edirdi. Nəzərinizə çatdırırıq ki, hazırda “İçərişəhər” stansiyasına sərnişinlə 2-ci baş yola girən qatarların, həmçinin də 2-ci baş yoldan qayıdan qatarların və sərnişinlərin təhlükəsizliyi təmin olunmur.

Metropolitenin texniki istismar qaydaları kitabının 6.35 bəndində metropoliten xətləri, ötüb keçən qatarların vaqon bukslarının qızmasını avtomatik olaraq təmassız aşkara çıxaran və bu barədə müvafiq məlumatı yaxındakı stansiyanın mərkəzləşmə məntəqəsinə, yaxud qatar dispetçerinə ötürən qurğularla təchiz olunmalı olduğu halda Bakı Metropoliteninin rəhbərliyi bunu yaddan çıxarır. Sərnişinlə dolu qatarları heç bir təhlükəsizlik tədbiri görmədən yolda işlədirlər. Nəzərinizə çatdırırıq ki, həmin qurğu Bakı Metropolitenində 2 ədəd var idi, söküləndən sonra yerinə yenisini quraşdırmaq yaddan çıxıb.

Metro vaqonlarının təmiri üzrə rəhbər sənəd olan “Ü metro 4592″ saylı metropoliten vaqonu kitabının 1-ci başlıq 1.7 bəndində – Metro vaqonlarında istehsalçı zavodla razılaşdırmadan konstruktiv dəyişikliklərin edilməsi qadağan olunduğu halda, Bakı Metropolitenində vaqonların ayrı-ayrı aparatları, maşinist kabinələrı çox keyfiyyətsiz şəkildə, yanğın təhlükəsizliyi qaydalarına düzgün riayət edilmədən dəyişdirilir.

Maşinist kabinəsinin ön hissəsində fövqəladə hallar zamanı sərnişinlərin qatardan düşürülüb təxliyə edilməsindən ötəri qapı açılıb (yığılan pilləkən olduğu halda) onları ləğv edərək, yeni kabinə quraşdırılır“.

Şikayətçilərin sözlərinə görə, qatarların hərəkəti ilə bilavasitə əlaqəli olan işçilərlə əmək müqaviləsi pensiya yaşına çatana qədər bağlanmalı olduğu halda, işçilərlə istənilən yaş həddində əmək müqaviləsi bağlanır, bu da hərəkətin təhlükəsizliyini böyük risk altında qoyur: “Təlimata əsasən, lokomotiv briqadalarının ən azı 85 faizinin fərdi iş cədvəlləri ilə işləməsi göstərildiyi halda, indiyədək heç bir maşinistə fərdi iş cədvəli verilməyib. Həmin təlimata əsasən aylıq iş qrafiki və əmək qanunvericiliyinə uyğun surətdə istirahət günlərinin verilməsi ən gec növbəti təqvim ayının başlanmasına 5 gün qalmış elan olunmalıdır. Amma buna hələ də riayət olunmur. Hər il tibbi müayinədən keçməyə görə lokomotiv briqadalarının üzvlərinə ildə bir dəfə 6 iş saatının və texniki təlimə görə hər ay 2 iş saatının haqqı ödənilməli olduğu halda bu qanun icra edilmir”.

Şikayətçilər deyirlər ki, 16 iyun 2015-ci il tarixdə təsdiq edilmiş “Bakı Metropoliteni” QSC-nin elektrik hərəkət qatarının maşinistinə tək maşinist işləmək hüququnun verilməsi barədə əsasnamənin tələbləri yerinə yetirilmir, yeni təlimat yoxdur.

Maşinistlər bildiriblər ki, sədr onları qəbul etmir, iclasları isə rus dilində aparılır: “30 sentyabr 2002-ci il tarixli Azərbaycan Respublikasında Dövlət dili haqqında Azərbaycan Respublikası Qanununun 4.1 bəndinə zidd olaraq maşinistlərin iclasları rus dilində aparılır.

Metropoliten sədrinin 16 sentyabr 2014-cü il tarixli 82 saylı əmrinə müvafiq təsis olunmuş təlim-tədris mərkəzinin Təhsil Nazirliyi tərəfindən verilmiş lisenziyası yoxdur. Heç bir təhsili olmayan işçilər ali təhsilli mühəndislərə dərs keçir.

Təlim-tədris mərkəzinin təşkil etdiyi ixtisas kurslarını bitirən işçilərə etibarlılıq müddəti 1-2 il olan sertifikat verilir ki, bu da görünməmiş hadisədir.  Şikayətçilərin sözlərinə görə, vaqonların əsaslı təmiri demək olar ki, aparılmır: “Bir qatarın avadanlıqlarının sökülüb digər qatara yığılması və kabinənin dəyişdirilib, qatarın rənglənməsi ilə vaqonların əsaslı təmiri bitmiş hesab edilir. Yüzdən yuxarı artıq qaçışlı, əsaslı təmirə ehtiyacı olan vaqonlar əvvəlki, metropoliteni dərindən bilən metropoliten rəislərinin vaxtında ehtiyat hissələrinin çatışmaması səbəbindən əsaslı təmir oluna bilmədi, necə olur ki, metropolitendən xəbəri olmayan Zaur Hüseynov bunların hamısını az vaxtda təmir etdirdi? Bu cür təmirdən çıxmış vaqonlarda sərnişin daşınması sərnişinlərin həyatını təhlükəyə atmaq deməkdir.

Metropoliten vaqonlarının dartı mühərriklərinin təmiri “Ü Metro 3896″ saylı təlimatın heç bir bəndinə uyğun gəlmir. Yığılmış dartı mühərrikləri təmirdən sonra yoxlanılmır, stend tələblərə cavab vermir, vaqon formulyarlarına saxta parametrlər qeyd edilir. Bu cür dartı mühərrikləri ilə təchiz edilmiş vaqonlarla sərnişin daşınması sərnişinlərin təhlükəsizliyinə heç vaxt təminat verə bilməz.

29.11.2018 ci il tarixində 2659-2669 saylı qatar tərkibi sərnişinlə xətdə işləyərkən 2669 saylı vaqonda keyfiyyətsiz təmirin nəticəsində təkər cütlərinin reduktorunda “SERQA” adlanan detal sınmış, nəticədə sərnişinlər qatardan boşaldılıb, qatar depoya göndərilmişdir. Bu hadisə böyük bir faciə ilə nəticələnə bilərdi. Gecə işində motovozlarla daşınan yüklər acınacaqlı vəziyyətdə daşınır. Yük platformalarının əyləc avadanlıqları sökülüb əyləcsiz platformalarla yüklərin daşınması, gecə tuneldə işləyən işçilərin həyatlarını təhlükə altına atmaq deməkdir”.

Maşinistlər başqa bir vacib məqama da toxunublar. Onların sözlərinə görə, “Avtovağzal”-“Memar Əcəmi-2″ xəttində quraşdırılmış “THALES” sistemi tələblərə cavab vermir: “”THALES” sistemi “Avtovağzal” – “Memar Əcəmi-2″ xəttində təhlükəsizliyi təmin etməlidir, hazırda söndürülüb.

16.08.2017-ci il tarixdə maşinist Rafiq Hüseynov və maşinist köməkçisi Valeh Heybətov “Memar Əcəmi-2″ stansiyasını 73 metr keçmiş, qatar tuneldə iki yolun arasında yığılmış relslərə dəyərək dayanıb. Nəticədə 8857 saylı vaqonun 1-ci təkər cütünün reduktoru sınıb, 2-ci təkər cütünün reduktoru zədələnib və digər aparatlar da zədə alıb. Bu cür faktlar çoxdur və xahiş edirik ki, müvafiq qurumlar tədbir görsünlər. Əks halda, metroda böyük faciə yaşanacaq”.

Məsələ ilə bağlı “Bakı Metropoliteni”nə müraciət etdik. Bildirildi ki, şikayətlərlə tam tanış olduqdan sonra açıqlama veriləcək.

 

Əvvəlki yazı

OQTAY ƏSƏDOVA MOSKVADAN VURULAN “ZƏRBƏ” – Spiker niyə susur? + FOTO, VİDEO

Sonrakı yazı

“Nar” “İlin mobil operatoru” mükafatına layiq görüldü

Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

03 Sentyabr 2025, 17:01
Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

03 Sentyabr 2025, 16:31
Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

03 Sentyabr 2025, 16:27
Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

03 Sentyabr 2025, 16:09
Bakıda sürücü avtobusu idarə etməkdən niyə imtina edib? – FOTO/VİDEO

Bakıda sürücü avtobusu idarə etməkdən niyə imtina edib? – FOTO/VİDEO

03 Sentyabr 2025, 16:07
“Təfəkkür” Universitetinin binası məhkəməyə verildi

“Təfəkkür” Universitetinin binası məhkəməyə verildi

03 Sentyabr 2025, 16:05
17 yaşlı qızın 32 yaşlı kişiyə ərə verilməsinin qarşısı alındı

17 yaşlı qızın 32 yaşlı kişiyə ərə verilməsinin qarşısı alındı

03 Sentyabr 2025, 16:00
Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı – Video

Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı – Video

03 Sentyabr 2025, 15:57
Azərbaycan radiosunun binası söküləcək – Əməkdaşlar AzTV-yə köçürülür

Azərbaycan radiosunun binası söküləcək – Əməkdaşlar AzTV-yə köçürülür

03 Sentyabr 2025, 15:55
Qaxda yanğın — VİDEO

Qaxda yanğın — VİDEO

03 Sentyabr 2025, 13:41
Azərbaycanda müğənni narkotikə görə həbs edildi

Azərbaycanda müğənni narkotikə görə həbs edildi

03 Sentyabr 2025, 13:04
Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

03 Sentyabr 2025, 13:02
“Telegram” üzərindən yeni dələduzluq halları müşahidə olunur

“Telegram” üzərindən yeni dələduzluq halları müşahidə olunur

03 Sentyabr 2025, 13:01
Ermənilər Qazaxıstana, qazaxlar da Ermənistana şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər

Ermənilər Qazaxıstana, qazaxlar da Ermənistana şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər

03 Sentyabr 2025, 12:43
İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri azaldı

İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri azaldı

03 Sentyabr 2025, 12:32
Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub

Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub

03 Sentyabr 2025, 12:30
Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

02 Sentyabr 2025, 10:47
İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

02 Sentyabr 2025, 10:44
Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

02 Sentyabr 2025, 10:27
İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

02 Sentyabr 2025, 10:25

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.