Ramiz Mehdiyevin köməkçisi Eldar Əmirovun həbsinin təfərrüatları məlum olub.
Reportyor.info xəbər verir ki, E.Əmirov ötən həftə “Bandotdel” tərəfindən saxlanılıb. Onun barəsində çoxsaylı şikayətlər olub.
Şikayətlər əsasən E.Əmirovun işə düzəltmək adı ilə pul yığması ilə bağlıdır. iddia olunur ki, o, pul ilə işə adam düzəldirmiş.
Lakin E.Əmirovun başqa əməllərinin də üstünün açılacağı istisna edilmir.
Əldə etdiyimiz daha bir məlumata görə isə E.Əmirov barəsində artıq məhkəmə qərarı da var.