Məşhur aktyorlar Tayanç Ayaydın və Mehmet Yılmaz Ak təcavüzdə ittiham olunur.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Doğa Lara Akkaya 2022-ci ildə eyni serialda rol aldığı Tayanç Ayaydının göndərdiyi mesajları sosial şəbəkədə paylaşaraq “O, məni davamlı olaraq şifahi və yazılı şəkildə sıxışdırırdı. Bunları çəkiliş bitdikdən sonra yazıb” sözlərini əlavə edib.
Fotoqraf Dilan Bozyel isə aktyor Mehmet Yılmaz Ak haqqında “16 yaşım var idi, məktəbdə eyni sinifdə oxuyurduq. O, başıma silah dayayaraq mənimlə münasibətdə olmağa çalışıb” sözlərini yazıb.
Qeyd edək ki, Mehmet Yılmaz Ak “Bahar” serialında rol alır. Tayanç Ayaydın isə “Ben Leman” layihəsi ilə ekranlara qayıdır.
Doğa Lara Akkaya da Tayanç Ayaydınla çəkildiyi “Tozluyaka” serialında canlandırdığı “Duru” obrazı ilə tanınıb.
Fotoda Doğa Lara Akkaya
Fotoda Dilan Bozyel

