Sumqayıt şəhərində ər arvadı tərəfindən döyülüb.
“Report”un Sumqayıt-Abşeron bürosu xəbər verir ki, hadisə şəhərin 24-cü məhəlləsində baş verib.
Belə ki, şəhər sakini, 1956-cı il təvəllüdlü Nəsib İsgəndər oğlu Abışov yaşadığı evdə arvadı tərəfindən döyülüb.
Ağır bədən xəsarətləri alan N.Abışov xəstəxanaya yerləşdirilib, vəziyyəti normaldır.
Qeyd edək ki, N.Abışov təqaüddə olan polis əməkdaşıdır.