Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
No Result
View All Result
Reportyor
No Result
View All Result
Home Cəmiyyət

Təkrar seçkilərə gedən partiyalar məlum oldu

2022-01-17
in Cəmiyyət
A A
0
Təkrar seçkilərə gedən partiyalar məlum oldu
0
SHARES
7
VIEWS
Facebook-da paylaş"Twitter"-də paylaş

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bir müddət öncə Milli Məclisin boş yerlərinə təkrar seçkilər keçiriləcəyini bildirmişdi. Sədrin sözlərinə görə, Milli Məclisdə təmsilçisi olmayan dairələrə seçkilərin keçirilməsi yaxın vaxtlarda baş tuta bilər.

Qeyd edək ki, hazırda 5 seçki dairəsinin Milli Məclisdə təmsilçisi yoxdur və parlament 120 deputatla fəaliyyət göstərir. Bunlar 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd, 80 saylı İmişli-Beyləqan və 116 saylı Qəbələ seçki dairələridir.

Bəs maraqlıdır, hansı partiyalar təkrar seçkilərdə iştirak edəcək? Partiyaların namizədləri kimlər olacaq?

Modern.az saytı bu barədə partiyalar arasında sorğu keçirib.

Respublikaçı Alternativ Partiyasından (ReAl) bildirilib ki, onlar həmişə istənilən seçkilərdə iştirakın tərəfdarıdırlar. Partiyanın icra katibi Natiq Cəfərli söyləyib ki, parlamentin boş yerləri ilə bağlı təkrar seçkilər keçiriləcəksə, bu prosesdə iştirak edəcəklər:

“Amma hansı dairələrdən kimlərin namizəd olacağı haqqında qərar açıqlanandan sonra ictimaiyyətə bilgi veriləcək. Bununla əlaqədar, hələ ki araşdırmamız aparılır. Hansı namizədin hansı dairədə uğurlu olacağı ilə əlaqədar müzakirələr gedir. Amma qeyd etdiyim kimi, iştirak edəcəyimiz dəqiqdir”.
Ümid Partiyasının sədr müavini Tamilla Qulami söyləyib ki, partiya hər zaman seçkilərə qatılmağın tərəfdarıdır və yeni siyasi hakimiyyətin formalaşmasının seçkilər yolu ilə gerçəkləşəcəyi qənaətindədir:


“Təkrar seçkilərin keçirilməsi rəsmən elan olunduqdan sonra partiyanın müvafiq qurumları tərəfindən qərar qəbul ediləcək və biz də seçkilərə qatılacağıq.
Bilirsiniz ki, ötən il 9 fevral növbədənkənar parlament seçkilərində 35 saylı Xətai rayonu III Seçki Dairəsindən sədrimiz İqbal Ağazadənin seçicilərin səsini toplamasına baxmayaraq, nəticələr kobud surətdə saxtalaşdırılmış və mandat digər namizədə verilmişdi. Bütün bunlara baxmayaraq, Ümid Partiyası mübarizənin sonunadək getdi və hüquqi yolla saxta seçkilərin nəticəsini ləğv etdirdi. İqbal Ağazadə sözün əsl mənasında parlamentdə millət vəkili nümunəsi qoyan siyasətçi olub. Hətta indi belə deputat olmamasına baxmayaraq, parlamentə onun adına şikayət məktubları gedir, nəinki Xətai seçiciləri, başqa dairənin seçiciləri belə o dairədə təkrar seçki keçiriləcəyini səbrsizliklə gözləyir və dəstək olacaqlarını bildirirlər.

“Partiyamızdan təkrar seçkilərə kim qatılacaq” sualına gəlincə, bir daha qeyd edim ki, bu barədə “Ümid”in seçkilərlə bağlı aidiyyəti qurumu qərar verəcək. İştirak isə mütləq olacaq, çünki xalqdan mandat almaq iştirakın ən demokratik və ən qanuni yoludur”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə təkrar seçkilərə qatılmaq istəmədiyini qeyd edib:

“Bu məsələ hələ yenicə müzakirəyə çıxarılıb, partiya olaraq konkret qərarımız yoxdur. Mən özüm iştirak etmək niyyətində deyiləm. Hər dəfə iştirak edirik, boş yerə əziyyət çəkirik, seçkini saxtalaşdırırlar. İndi buna gərək duymuram”.

 

Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) Sosial, qadın və uşaq məsələləri üzrə sədr müavini Sevinc Fədai deyib ki, MSK rəhbəri Məzahir Pənahov bir müddət əvvəl Milli Məclisdə boş qalan yerlərə təkrar seçkilərin keçiriləcəyini açıqlasa da, son zamanlar cəmiyyətdə və siyasi kluarlarda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı fikirlər dolaşmaqdadır:


“Ümumiyyətlə, Azərbaycan Yüksəliş Partiyası təkrar yox, növbədənkənar seçkilərin keçirilməsinin tərəfdarıdır. Şəffaf, demokratik seçkilərin keçirilməsi artıq yeni dövrün tələbidir. Azərbaycanın cəmiyyətin bütün spektrini özündə cəmləşdirən yeni düşüncəli parlament və bələdiyyələrə böyük ehtiyacı var.

Hesab edirik ki, parlamentə seçkilər təkcə majoritar qaydada olmamalıdır. Proporsional seçki sisteminin bərpası vacibdir.

İstənilən seçki istənilən siyasi partiyanın özünüifadə formasıdır. Siyasi təşkilatlar eyni zamanda seçki vasitəsilə özünü cəmiyyətdə təsdiq edə bilər. Seçkilərin partiyalar üçün önəmi də daha çox bununla bağlıdır.

AY Partiya növbədənkənar parlament seçkiləri keçiriləcəyi təqdirdə, mütləq böyük komanda ilə prosesə qoşulacaq. Sadəcə, boş qalan yerlərə təkrar seçki keçirilsə, AY Partiya tək namizədlə seçkiyə qatılacaq.

Ümumiyyətlə, Yüksəliş Partiyasının ölkədə keçiriləcək bütün seçkilərdə iştirak etmək barədə qərarı var”.

 

AĞ Partiya sədri Tural Abbaslı isə partiyasının hələlik seçkiyə köklənmədiyini bildirib:

“Biz siyasi iqtidarda təmsil olunan yüksək ranqlı hər hansı siyasi kimliyin dilindən təkrar seçkilərlə bağlı elanı eşitmədikcə, bu məsələyə köklənə bilmərik. Məzahir Pənahov isə bu məsələlərdə texniki statusdadır.

İstənilən halda biz parlamentin boş deputat yerlərinə seçkilərin dərhal keçirilməsinin tərəfdarıyıq. Prosesin bu qədər yubadılması izaholunan deyil. Çünki pandemiyanın ən sərt vaxtlarında belə digər ölkələrdə geniş seçkilər keçirilə bilirdisə, Azərbaycanda cəmi 5 dairədə parlament seçkiləri niyə keçirilməsin?

Hökumətdən Konstitusiyanın tələblərini yerinə yetirməyi tələb edə bilərik. Biz partiya olaraq bütün seçkilərdə aktiv iştirakın tərəfdarıyıq və iddialıyıq. Demokratik və ədalətli seçki keçirilərsə, AĞ Partiyanın namizədləri hansı dairədə olur-olsun qalib çıxar. Bu gün Azərbaycanın ən güclü partiyalarından biri, bəlkə də birincisi AĞ Partiyadır. Bütün dairələr üzrə namizədimiz olacaq. Ola bilər, hər hansı seçki dairəsində müttəfiq partiyalardan biri ilə qarşılıqlı razılığa gəlib, ortaq namizədi dəstəklədik, onun xeyrinə güzəşt etdik. Amma bu sonranın işidir”.

 

Müasir Müsavat Partiyası da təkrar seçkilərdə iştirak etməkdə maraqlıdır. Lakin təşkilatın sədr müavini Könül İsmayılovanın sözlərinə görə, bunun üçün partiyanın öz şərtləri var:

“2020-ci il keçirilən parlament seçkilərində partiyamız 5 namizədlə iştirak etdi. Ancaq təəssüf ki, çox haqsızlıqlar, müdaxilələr gördük. Sonda 30 il parlament kreslosunu zəbt edənlər təyin edildi. Boş qalmış dairələrdə yenidən seçki keçirələcəyini MSK sədrindən eşitdik. Biz ölkədə demokratik seçki mühitinin olmasını, proporsional seçki sisteminin bərpasını, əhali  sayına gröə millət vəkillərinin sayının da artımını gözləyirik. Yalnız o zaman parlament seçkilərində iştirak etmək istəyirik”.

 

Cümhuriyyət Xalq Partiyası da seçkilərə qatılacaq. Partiyanın rəhbəri Bədrəddin Quliyev seçkilərlə bağlı yekun qərarın rəsmi açıqlanmasından sonra daxili müzakirələrə başlayacaqlarını bildirib:

“Siyasi Şura hansı dairələrin partiya üçün uyğun olduğunu müəyyən etdikdən sonra həmin dairələrdən uyğun namizədlərimizi irəli sürəcəyik”.

ShareTweetSendSendShareScan
Bizim Video
Previous Post

“Optimal”ın ətçəkən maşını zay çıxdı – Şikayət

Next Post

Prezident bu qanunu TƏSDİQLƏDİ

Next Post
Prezident bu qanunu TƏSDİQLƏDİ

Prezident bu qanunu TƏSDİQLƏDİ

Bakıda keçmiş məktəb direktoru dələduzluğa görə axtarışa verildi

Pay torpağı olan bəzi şəxslərə təqaüd veriləcək

Prezident hakimlərlə bağlı qanuna dəyişiklik etdi

Prezident hakimlərlə bağlı qanuna dəyişiklik etdi

Discussion about this post

Bizə Qoşulun

  • 11.9k Subscribers
  • 1.2k Subscribers

Son Xəbərlər

Bu gün Xarkovdakı Fəxri Konsulluğumuz işini bərpa edir

Bu gün Xarkovdakı Fəxri Konsulluğumuz işini bərpa edir

2022-05-16
Ana aktrisaya lüks avtomobil bağışladı

Ana aktrisaya lüks avtomobil bağışladı

2022-05-16

2022-05-16
Rusiya iki Su-25 təyyarəsini vurub

Rusiya iki Su-25 təyyarəsini vurub

2022-05-16
Məşhur klinikada insident: ədliyyə zabitləri mühafizəçini döydü

Məşhur klinikada insident: ədliyyə zabitləri mühafizəçini döydü

2022-05-16
Ukrayna ordusundan uğur: Rusiya sərhədinə çatıb – Foto

Ukrayna ordusundan uğur: Rusiya sərhədinə çatıb – Foto

2022-05-16
Benzinin qiyməti ilə bağlı SOCAR-dan AÇIQLAMA

Benzinin qiyməti ilə bağlı SOCAR-dan AÇIQLAMA

2022-05-16
Pomidor niyə bahadır? – Video

Pomidor niyə bahadır? – Video

2022-05-16
Yavər Camalovun oğlu 8 milyonluq evlər alıb – Foto

Yavər Camalovun oğlu 8 milyonluq evlər alıb – Foto

2022-05-16
İlham Əliyevin Türkiyəyə səfəri başladı

İlham Əliyevin Türkiyəyə səfəri başladı

2022-05-14
Abşeron rayonunda silsilə tədbirlər keçirilib

Abşeron rayonunda silsilə tədbirlər keçirilib

2022-05-14
Bakının mərkəzində aksiya – CANLI

Bakının mərkəzində aksiya – CANLI

2022-05-14
Cavanşir Feyziyev daha bir vəzifəsini itirdi

Cavanşir Feyziyev daha bir vəzifəsini itirdi

2022-05-14
Abşeronda Gender və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu toplandı

Abşeronda Gender və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu toplandı

2022-05-14
Bu şəxslərə hərbi xidmətdən möhlət verildi

Bu şəxslərə hərbi xidmətdən möhlət verildi

2022-05-13
Daha 9 nəfər koronavirusa yoluxdu, ölən olmadı

Daha 9 nəfər koronavirusa yoluxdu, ölən olmadı

2022-05-13
Sabunçunun icra başçısı şəhid anasını evini dağıtdırdı – Video

Sabunçunun icra başçısı şəhid anasını evini dağıtdırdı – Video

2022-05-13
Putinlə görüşməyə hazıram, ancaq…” – Zelenski

Putinlə görüşməyə hazıram, ancaq…” – Zelenski

2022-05-13
Füzulidə polis özünü silahla öldürüb

Füzulidə polis özünü silahla öldürüb

2022-05-13
Kremldən “Azovtsal”da mühasirədə qalanlarla bağlı – Açıqlama

Kremldən “Azovtsal”da mühasirədə qalanlarla bağlı – Açıqlama

2022-05-13

Seçmə

  • Bütün
  • SEÇMƏ
SEÇMƏ

2022-05-16
Yavər Camalovun oğlu 8 milyonluq evlər alıb – Foto
SEÇMƏ

Yavər Camalovun oğlu 8 milyonluq evlər alıb – Foto

2022-05-16
Cavanşir Feyziyev daha bir vəzifəsini itirdi
SEÇMƏ

Cavanşir Feyziyev daha bir vəzifəsini itirdi

2022-05-14
Səfa Mirzəyev işdən çıxarıldı
SEÇMƏ

Səfa Mirzəyev işdən çıxarıldı

2022-05-13
Gənc nazir müavinin qalmaqallı rəqsindən danışdı
SEÇMƏ

Gənc nazir müavinin qalmaqallı rəqsindən danışdı

2022-05-13
Xankəndidə ATIŞMA: general-mayor saxlanıldı
Manşet

Xankəndidə ATIŞMA: general-mayor saxlanıldı

2022-05-11
Reportyor

Bizi İzləyin

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized

Son əlavələr

Bu gün Xarkovdakı Fəxri Konsulluğumuz işini bərpa edir

Bu gün Xarkovdakı Fəxri Konsulluğumuz işini bərpa edir

2022-05-16
Ana aktrisaya lüks avtomobil bağışladı

Ana aktrisaya lüks avtomobil bağışladı

2022-05-16

Xeberler

  • Reportyor.İnfo
  • Əlaqə

© 2020 Reportyor.info.

  • Manşet
  • Gündəm
  • Cəmiyyət
  • SEÇMƏ
  • Siyasət
  • Dünya
  • Sosial
  • Araşdırma
No Result
View All Result

© 2020 Reportyor.info.