Azərbaycan təhsil nazirinə yeni müavin təyin olunub. Bu gün günorta saatlarında “AzPolitika.info”nun verdiyi məlumat təsdiqlənib.
Prezidenti müvafiq sərəncamli ilə Məhəbbət Məhərrəm qızı Vəliyeva təhsil naziri Ceyhun Bayramovun müavini vəzifəsinə təyin edilib.
O bunadək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsində işləyirdi.
***
Prezident seçkisindən sonra hökumətin yeni tərkibini təsdiqləyən dövlət başçıslı İlham Əliyev baş nazir, onun bəzi müavinləri ilə yanaşı, bir sıra nazirlik, komitə və xidmətlərin rəhbərlərini də dəyişdi. Uzun müddətdən sonra Nazirlər Kabinetinin tərkibində aparılan struktur və kadr islahatları çərçivəsində hökumətin tərkibinə yeni simalar qatıldı. Ancaq dəyişikliklər bununla yekunlaşmadı.
Nazirlik və komitələrdə müavinlərlə bağlı təyintlar davam etdirilir. Demək olar ki, bütün nazirliklərə və komitələrə yeni müavinlər gətirilir. Dünən prezidentin sərəncamı ilə mədəniyyət nazirinə 2 yeni müavin təyin olunması da bunun əyani göstəricisidir.
Yeni müavinlərin təyin olunacağı gözlənilən qurumlardan biri də Təhsil Nazirliyidir. “AzPolitika.info”ya verilən bilgiyə görə, yaxın zamanlarda bununla bağlı prezidentin sərəncamlarının elan olunacağı gözlənilir.
Dəqiq məlumat olmasa da, təhsil nazirinin müavinləri vəzifəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevanın və Təhsil Problemləri İnstitutunun (TPİ) direktor əvəzi Emin Əmrullayevin gətiriləcəyi gözlənilir.
Qeyd edək ki, Məhəbbət Vəliyeva1968-ci ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib.
1991-2003-cü illərdə Səbail rayonu 190 nömrəli tam orta məktəbdə müəllim, 2003-2008-ci illərdə “XXI əsr” Ümumtəhsil Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2008-2014-cü illərdə akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb.
Psixologiya üzrə fəlsəfə doktorudur.
2014-cü il 5 dekabrdan etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini kimi fəaliyyət göstərib.
Sabiq təhsil naziri Mikayıl Cabbarovun 28 dekabr 2015-ci il tarixli 11/1280 nömrəli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.
Emin Əmrullayev isə əvvəllər Təhsil Nazirliyində Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri vəzifəsində çalışıb. Sonradan Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri təyin olunub. 2016-cı ilin aprelindən Təhsil Problemləri İnstitutunun (TPİ) direktorunun səlahiyyətləri Emin Əmrullayevə həvalə olunub.
Rasim
AzPolitika.info